Azərbaycan və Rusiya ali məktəblərinin əməkdaşlığında yeni mərhələ

 

Noyabrın 19-da “ADA” Universitetində Azərbaycan-Rusiya Universitetlərarası Forumunun açılışı olub. İki ölkənin aparıcı universitetlərinin rektorlarının tanınmış elm xadimlərinin iştirak etdiyi Forum Azərbaycan Respublikası Təhsil Nazirliyinin Rusiya Federasiyası Təhsil Elm Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilir.

AZƏRTAC xəbər verir ki, “ADA” Universitetinin rektoru Hafiz Paşayev tədbiri açaraq iştirakçıları salamlayıb bu forumun keçirilməsinə göstərilən köməyə görə Rusiya nümayəndə heyətinə minnətdarlığını bildirib. O, tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan Rusiya təhsil nazirliklərinin təşəbbüsü ilə noyabrın 20-də Rusiya Azərbaycan Ali Məktəbləri Assosiasiyasının yaradılması haqqında Memorandum imzalanacaq. Rektor bu sənədin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, həmin Memorandum iki ölkənin aparıcı universitetlərinin əməkdaşlığı tarixində yeni səhifə açacaq. Hafiz Paşayev “ADA” Universitetinin yaradılması tarixi fəaliyyəti barədə məlumat verib.

Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov forumun işini yüksək qiymətləndirərək vurğulaylıb ki, bu cür tədbirlər Azərbaycan Rusiya ali məktəblərinin rektorluqları arasında qarşılıqlı münasibətlərin dostluq əlaqələrinin möhkəmlənməsində böyük rol oynayır, çünki bu forumda bir sıra mühüm məsələlər müzakirə edilir, təcrübə mübadiləsi, müxtəlif mövzularda diskussiyalar aparılır.

Ufa Dövlət Neft-Texniki Universitetinin rektoru Ramil Baxtizin diqqətə çatdırıb ki, Azərbaycan həmişə təhsil ocağı olub, Azərbaycan universitetlərinin məzunlarına bütün dünyada tələbat var. O, Rusiya Azərbaycan Ali Məktəbləri Assosiasiyasının işinin uğurlu olacağına əminliyini bildirib.

Sonra Azərbaycan və Rusiya Universitetlərinin rektorları təhsil, elmtexnologiyalar sahəsində Rusiya-Azərbaycan əlaqələrinin inkişafı mövzusunda məruzələrlə çıxış ediblər.

Yeni Azərbaycan.- 2015.- 20 noyabr.- S.3