“Milan Expo 2015”də Azərbaycan pavilyonunu 3 milyon 250 mindən çox insan ziyarət edib

 

“Milan Expo 2015” ümumdünya sərgisində Azərbaycanın iştirakının yekunları ilə əlaqədar noyabrın 19-da Heydər Əliyev Mərkəzində mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov “Milan Expo 2015” ümumdünya sərgisində Azərbaycan pavilyonu layihəsinin həyata keçirilməsi ilə bağlı görülən işlərdən danışıb. Bildirilib ki, “Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” (“Feeding the Planet, Energy for Life”) devizi altında keçirilən “Milan Expo 2015” sərgisinə maraq həddindən artıq böyük olub.

Qeyd edilib ki, “Milan Expo 2015” sərgisində dünyanın 145 ölkəsindən yalnız 54-ü, o cümlədən Azərbaycan öz milli pavilyonunu təqdim edib. Azərbaycan: Biomüxtəlifliyin xəzinəsiadlandırılan dördmərtəbəli, 2000-dək kvadratmetr ərazidə təşkil olunan milli pavilyonumuzun təməli 2014-cü ilin iyulunda qoyulub. Üç yüz nəfərdən ibarət işçi qrupu ümumdünya sərgisində Azərbaycan pavilyonu layihəsinin hazırlanmasında iştirak edib.

“Milan Expo 2015” sərgisində Azərbaycan milli pavilyonunda işlərin Heydər Əliyev Fondu Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil olunduğunu söyləyən Anar Ələkbərov deyib: “Həm xarici, həm yerli mütəxəssislər tərəfindən hazırlanan layihənin yekununda arxitektura tərtibat baxımından gözəl ərsəyə gəldi. Azərbaycan milli pavilyonu ölkəmiz üçün ən uğurlu layihələrdən biri oldu”.

A.Ələkbərov layihənin həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyini xüsusi vurğulayıb. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişləri tapşırıqları nəticəsində işlər tez bir vaxtda başa çatdırıldı.

Mərkəzin direktoru dünyada qidalanma sahəsində çağırışlara yeni cavablar axtarmaq üçün çox önəmli bir məkan olan sərgidə ölkəmizinAzərbaycan: Biomüxtəliflik xəzinəsipavilyonu ilə uğurla təmsil olduğunu söyləyib. İtaliya hökumətinin Azərbaycan pavilyonuna “Milan incisiadı verdiyini bildirən A.Ələkbərov deyib: “Azərbaycan pavilyonunun tikintisi bir neçə ay ərzində başa çatdı. İlk pavilyon idi ki, mart ayında artıq “Milan Expo 2015”ə tikintinin başa çatması haqqında məruzə etdik. Mayın 1-də isə pavilyonun açılışını etdik”.

A.Ələkbərov gözəl təbiətə bioloji müxtəlifliyə malik Azərbaycanın coğrafi iqlim müxtəlifliyini, mədəniyyətini, incəsənətini, füsunkar təbiətini, ləziz mətbəxini, qədim ənənələrini, keçmişini bu gününü daha ətraflı təqdim etmək üçün sərginin geniş imkanlar yaratdığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan milli pavilyonunun əldə etdiyi uğurlar Ermənistanın “Milan Expo 2015” iştirakdan imtina etməsinə səbəb olub.

Mərkəzin direktoru bildirib ki, ümumilikdə altı ay ərzində 23 milyondan çox insan “Milan Expo 2015” sərgisini ziyarət edib. Bu müddət ərzində Azərbaycan milli pavilyonunda 3 milyon 250 mindən çox izləyici olub. Anar Ələkbərov pavilyonun ərazisində, həmçinin IDEA Biomüxtəliflilik Parkının olduğunu qeyd edib. Bildirib ki, ərazisi 400 kvadratmetr olan parkda Azərbaycanda IDEA tərəfindən həyata keçirilən ekoloji layihələr, flora faunanın, nəsli kəsilməkdə olan heyvanların qorunması üzrə tədbirlər barədə məlumat verilib. Müxtəlif ekoloji tədbirlərin keçirildiyini diqqətə çatdırılıb. O bildirib ki, parkda quraşdırılmış böyük monitorlar vasitəsilə birinci Avropa Oyunları nümayiş etdirilib.

Milandakı Azərbaycan milli pavilyonunun ölkəmizə köçürüləcəyini söyləyən Mərkəzin direktoru deyib: “Biz istərdik ki, pavilyonu Azərbaycanın ən gözəl guşələrindən birində quraşdıraq. Bəzi dövlətlər öz pavilyonlarını artıq sökdülər. Amma biz bildirdik ki, pavilyonu Azərbaycana qaytaracağıq. Pavilyonun Bakı Bulvarında quraşdırılması məsələsinə baxılır. Şəhərdə uyğun məkanın ayrılması ilə bağlı Nazirlər Kabinetinə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Hazırda isə pavilyonun qardan, yağışdan qorunması üçün işlər aparılır. Bu işlər təxminən iki həftə davam edəcək. Bundan sonra isə konkret addımlar atacağıq”. Anar Ələkbərov qeyd edib ki, pavilyon Bakıda qurularkən hazırkı məzmun ümumən saxlanılacaq, lakin müəyyən yenilənmələr ediləcək.

Direktor vurğulayıb ki, layihə Azərbaycanın dünyada tanınması işinə xidmət edib: “Hesab edirəm ki, ölkəmizin 2015-ci ildə Avropa Oyunlarında qazandığı uğurdan sonra bu sərgi bizim növbəti yüksək nəticəmiz oldu”.

Pavilyonun memarı Rikardo Ciqolotti Azərbaycanın ecazkar təbiətə, zəngin mədəniyyətə malik olduğunu, layihəni hazırlayarkən bu elementlərə xüsusi fikir verdiyini söyləyib. Sərgidə ən gözəl pavilyonun Azərbaycana məxsus olduğunu deyən R.Ciqolotti ictimaiyyətin bu layihəni maraqla qarşılağını bildirib.

Mətbuat konfransında, həmçinin Azərbaycan pavilyonu ilə bağlı videoçarx nümayiş olunub.

Qeyd edək ki, pavilyonda qurulan 3 biosfera ətraf mühiti qədim mədəniyyəti daim harmoniyada olan Azərbaycanı təcəssüm etdirir. Pavilyonu əhatə edən taxta divarlar bu diyara xas olan küləyin həmişə burada dövr edən mədəni yaradıcı axının rəmzidir.

Pavilyonun birinci mərtəbəsiSəslər simfoniyasıadlanır. Burada Azərbaycanla bağlı məlumatlar təqdim olunub. İkinci mərtəbədə - “Rənglər simfoniyası”nda iqlim, landşaftla bağlı məlumatlar çatdırılıb. Üçüncü mərtəbəDadlar simfoniyasıadlanır. Bu mərtəbədə milli mətbəxlə bağlı nümunələr təqdim edilib.

Dördüncü mərtəbədə isə restorandır.

Pavilyonun tikintisi zamanı 18 kilometr qaynaq işləri, 15 ton dəmir istifadə edilib. Bundan əlavə, 680 şüşə panel istifadə olunub. Pavilyonun məzmununun hazırlanması ilə əlaqədar Azərbaycan 150 gün çəkiliş edib bu çəkilişlər bütün regionları əhatə edib.

Pavilyonun Milanda fəaliyyət göstərdiyi müddətdə, həmçinin təhsil, mədəniyyət, elm, iqtisadiyyat digər sahələrdə müxtəlif konfranslar, biznes forumlar təşkil olunub.

Milli pavilyon İtaliyanın Ətraf Mühit Dəniz Ehtiyatlarının Mühafizəsi NazirliyininDavamlı Ekspoya doğruproqramı çərçivəsindəDizayn materiallarnominasiyası üzrə ən uğurlu ekoloji layihə kimi mükafatla təltif olunub milli pavilyonlar sırasında öz kateqoriyası üzrə ən gözəl pavilyon seçilib.

Yeni  Azərbaycan.- 2015.- 20 noyabr.- S.- 6