Xalq yazıçısı Elçinin
“Şekspir” pyesi Nyu-Yorkda tamaşaçıları heyran edib
Nyu-Yorkun dünya
şöhrətli “Brodvey” teatr
məhəlləsində yerləşən Mint
teatrında məşhur Azərbaycan yazıçısı Elçinin “Şekspir” pyesinin motivləri əsasında
hazırlanmış “Şekspir kosmosda” adlı ekssentrik komediya nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru
“The Complete Theatre Company” teatr truppasının bədii rəhbəri Enni Uarddır.
Pyesin mahiyyəti
insanların hər gün qarşılaşdığı
vacib problemlərə
baxmayaraq sevgi və sədaqət hisslərini uca tutmağı təbliğ
etməkdir. Qəhrəmanlar bu aktual problemlərin müasir cəmiyyətdə vəziyyətini
təcəssüm edirlər.
Başqa
planetdən gəlmə
bir varlıq hər kəsin şüuraltı dünyasında
sevginin qüdrətini
həm özü üçün, həm də tamaşanın qəhrəmanları üçün
kəşf edir.
Tamaşanın bədii rəhbəri
Enni Uard AZƏRTAC-a müsahibəsində “Şekspir”
əsərinin Nyu-Yorkda
tamaşaya qoyulması
imkanına görə
“The Complete Theatre Company” adından Elçin Əfəndiyevə
minnətdarlığını bildirərək qeyd edib ki, tamaşada
çıxış edən
8 aktyorun hamısı
öz rollarının
öhdəsindən gəlib.
Enni Uard deyib: “Biz Azərbaycan pyesini Nyu-York tamaşaçısı
üçün uyğunlaşdırmaq
məqsədilə ona
yaradıcılıq baxımından
müəyyən dəyişikliklər
etdik və yumoru “amerikanlaşdırdıq”.
Tamaşada hadisələr sürətlə
cərəyan edir, çoxlu musiqi və səs effekti var. Hər şey o qədər dinamikdir ki, hər pərdədən sonra aktyor sanki
indicə marafon yürüşü qaçmış
kimi, sözün yaxşı mənasında
əldən düşür.
Hərəkətlər çox enerjilidir.
Biz “Şekspir” əsərinin əvvəlki
adını dəyişdirərək,
tamaşanı “Şekspir
kosmosda” adlandırdıq.
Tezliklə “Ulduz müharibələri”
adlı növbəti
film ekranlara çıxacaq,
hazırda kinoteatrlarda
“Marslı” filmi nümayiş etdirilir, “Qravitasiya” isə nisbətən yaxın vaxtlarda ekranlara çıxıb. Buna görə biz tamaşanın
adını dəyişməklə,
onu kosmos haqqında göstərilən
filmlər məcrasına
daxil etməyə çalışmışıq”.
Sonra Enni Uard, bir
növ sürpriz kimi, bildirib ki, məhz bu
tamaşa onun həyatında radikal dəyişikliklərə səbəb
olub: “Tamaşa üçün kastinq zamanı məlum oldu ki, baş
həkim roluna birinci seçimim olan aktyor başqa
bir işdə çox məşğul olduğuna görə bu rolu ifa
edə bilməyəcək.
Mənim
üstünlük verdiyim
ikinci aktyor da başqa bir
tamaşanın aktyor heyətində məşğul
olduğuna görə
bu rolu ifa
edə bilmədi.
Bu rolu oynamaq
istəyən üçüncü
aktyor, mənim fikrimcə, o qədər də yaxşı namizəd deyildi. Amma o, kastinqdə iştirak etməyi xahiş etdi, kastinqdə seçildi və ən yaxşı aktyorlardan biri oldu və bütün
bunlar sonda bizim nişanlanmağımızla
nəticələndi”.
Nyu-Yorkun teatr cəmiyyətində
məşhurlaşmış bu tamaşa noyabrın 18-dən 22-dək 6 dəfə
göstərilib.
Elçin Əfəndiyev Azərbaycan incəsənətinin dünyada populyarlaşmasına böyük töhfələr verib.
“Şekspir” onun başqa ölkələrin, o
cümlədən Rusiya, Türkiyə, Böyük Britaniya və
ABŞ-ın teatrlarında tamaşaya qoyulmuş pyeslərindən biridir.
Yeni Azərbaycan.-
2015.- 23 noyabr.- S.6