Regionların elektrik enerjisi sisteminin yenidən qurulması istiqamətində ardıcıl tədbirlər görülür

 

Ölkənin şimal bölgələrində bu yöndə irimiqyaslı işlər həyata keçirilir

Regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında dövlət siyasətinin mühüm bir tərkib hissəsini təşkil edir. Regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: son 12 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan, tam modernləşən dövlətə çevrilib.

Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008, 2009-2013 və 2014-2018-ci illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.

Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını Özünün fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etmişdi. Bu hədəfə çatmaq üçün ötən dövrdə regionların sosial-iqtisadi inkişafına dair 2 çoxşaxəli Dövlət Proqramı hazırlanıb və uğurla həyata keçirilib. 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. 2004-2008-ci illəri əhatə edən ilk Proqramda qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub.

Regionların inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi. Həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi. Nəticədə yerlərdə istehsalemal potensialı gücləndirildi. 10 il ərzində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artdı.

Hazırda isə 2014-2018-ci illəri əhatə edən regional inkişaf proqramı icra olunmaqdadır. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaradıb. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən inkişaf proqramlarının əsas hədəflərindən biri regionlarda işsizlik probleminin aradan qaldırılmasıdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq ötən müddət ərzində respublika ərazisində yüzminlərlə yeni yeri yaradılıb. Yaradılan yeni yerlərinin mütləq əksəriyyəti daimidir.

Onu da qeyd edək ki, bölgələrin elektrik enerjisi sisteminin yenidən qurulması istiqamətində ciddi tədbirlər görülür. Belə ki, qış mövsümünə hazırlıqla bağlı “Azərişıq” ASC tərəfindən bir sıra işlər reallaşdırılıb. ASC-nin şimal regionunda həyata keçirdiyi irimiqyaslı işlərinə diqqət yetirək. Əvvəlcə qeyd edək ki, “Azərişıq” ASC fəaliyyətə başladığı 9 ay ərzində paytaxt Bakı və bütün regionlar üzrə əhəmiyyətli dəyişikliklərə nail olub.

Bu sırada Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi hazırlanmış tədbirlər planına uyğun olaraq, öz fəaliyyəti dövründə yarımstansiyaların, paylayıcı qurğuların, kabelhava elektrik xətlərinin, onların mühafizə və avtomatika vasitələrinin normal və qəzasız rejiminin təmin edilməsi məqsədilə ciddi dönüş yaradıb. Qarşıdan gələn qış mövsümü üçünxüsusi hazırlıqlar görülməkdədir.

Şəbəkənin balansında olan 110/35/10-6 kV-luq yarımstansiyalarda avadanlıqlar cari təmir edilib, transformatorların əksəriyyəti test edilib, 2-ci kommutasiya dövrələri sazlanaraq, mühafizələri yoxlanılıb. Sumqayıt Elektrik Şəbəkəsinin əhatə zonasına daxil olan Corat, Saray qəsəbələrinin, Yaşma bağları, Stansiya Sumqayıt və Xəzər bağları yaşayış massivlərinin, Sumqayıt şəhəri 50-ci məhəllə, 11 və 12-ci mikrorayonlarının elektrik təchizatında uzun illər ərzində problemlər yaşandığını, əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq, həmin ərazilərdə müxtəlif gücə malik ümumilikdə 23 ədəd yeni güc mərkəzləri yaradılıb. Bu müddət ərzində ərazilərdə 2648 ədəd 0,4 kV-luq dayaq basdırılıb, 42 km SİP kabel xətti, 5,1 km 10 kV-luq xətt çəkilib, yeni qeydiyyata alınmış abonentlərə 579 ədəd sayğac quraşdırılıb. Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində 10 kV-luq 143 və 66 saylı KTM-lər arası, 10 kV-luq Saray -8, TM 120 və KTM-67, 6 kV-luq 46 və 47 TM-lər arası hava xətlərində yenidənqurma işləri görülüb. Stansiya Sumqayıt ərazisində əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin daxili imkanları hesabına gərginliyi 35/10 kV-luq, gücü 2,5 MVA olan 138A saylı yarımstansiya tikilib istismara verilib.

Xaçmaz rayonunda isə elektrik enerjisinə artan tələbatı nəzərə alaraq, Seyidli kəndi ərazisində gərginliyi 35/10kV-luq,2x6,3 MVA gücündə Seyidli (Nabran-2) YS tikilib. YS-nin qidalandırılması üçün 110/35/10 kV-luqYalama” YS-dən iki dövrəli 35 kV-luq hava xətti çəkilib. Xaçmaz şəhərinin elektrik təchizatının yaxşılaşdırılması üçün gərginliyi 35/10 kV-luq, 2x10MVA gücündə yeniXaçmaz” yarımstansiyası inşa edilib, həmin yarımstansiyaya 110/35/10 kV-luqXaçmaz” yarımstansiyasından iki dövrəli 3,1 km uzunluqda XLPE-300 markalı 35 kV-luq kabel xətləri çəkilib. Xaçmaz rayonunda 25 ədəd müxtəlif gücdə komplekt transformator məntəqəsi quraşdırılıb və şəbəkəyə qoşulub.

Quba rayonunun dağlıq ərazilərində yerləşən kənd və qəsəbələrinin elektrik təchizatını yaxşılaşdırmaq məqsədilə Təngəaltı kəndində 35/10 kV-luq “Təngəaltı” yarımstansiyası tikilib, 35 və 10 kV-luq elektrik avadanlıqları, hər birinin gücü 6,3 MVA olan iki ədəd transformator quraşdırılıb. Bu YS-də işlər yekunlaşmaq ərəfəsindədir. Qəçrəş massivində də 35/10 kV-luq 2 x 6,3 gücündə yarımstansiya quraşdırılıb və YS-yə 110/35/10 kV-luqQuba” YS-dən 6 km uzunluğunda iki dövrəli 35 kV-luq Qəçrəş hava xətti çəkilib. Qubanın ən ucqar dağ kəndlərindən olan Yerfi kəndində 35/10 kV-luq 1 MVA gücündə olanYerfi” yarımstansiyası inşa edilərək istismara verilib.

Quba rayonunda ümumilikdə 24 ədəd müxtəlif gücə malik KTM quraşdırılıb, 2 ədəd 630 KVA gücündə KTM üçün bünövrə hazırlanıb və yaxın günlərdə elektikquraşdırma işlərinə başlanacaqdır. Rayonun müxtəlif ərazilərində 0,4 kV-luq şəbəkələrin yenidən qurulması məqsədilə 1196 ədəd dayaq basdırılıb, 30 km SİP, 1000 metrdən artıq 10 kV-luq kabel xətləri çəkilib, abonentlərə 832 ədəd sayğac quraşdırılıb.

Qusar rayonunun kəndləri əsasən dağlıq ərazidə yerləşdiyindən payız-qış mövsümündə çətin relyefə malik ərazilərdə qısa zamanda xeyli görülüb. Şəhər ərazisində və kəndlərdə 19 ədəd KTM quraşdırılıb, 10 kV-luq Urva, Kuzunqışlaq, Caxarpalasa, 1 saylı Şəhər hava xətlərində yenidənqurma işləri görülüb. 0,4 kV-luq şəbəkələrin yenidən qurulması məqsədilə 784 ədəd dayaq basdırılıb, 26 km SİP, 1 km 10 kV-luq kabel xətləri çəkilib, 507 ədəd sayğac quraşdırılıb.

Şabran rayonunda isə Dağbilici kəndi ərazisində 35/10 kV-luq 1 MVA gücündə “Dağbilici”, Mumlu kəndində 35/0,4 kV-luq gücü 250 kVA olanMumlu” yarımstansiyaları, Şabran rayonunda və kəndlərində 20 ədəd müxtəlif gücə malik KTM quraşdırılıb, 10 kV-luq Qorqan, Ağalıq, Təzəkənd, 5 mərtəbə, Çölquşçu, Şəhər-1, Şəhər-2, Düzbilici hava xətlərində əsaslı təmir işləri yerinə yetirilib. 0,4 kV-luq şəbəkələrin yenidən qurulması məqsədilə 701 ədəd dayaq basdırılıb, 11,9 km SİP, 1,2 km 10 kV-luq kabel xətləri çəkilib və abonentlərə 219 ədəd sayğac quraşdırılıb.

Siyəzəndə də bu sahədə bir sıra işlər görülüb. Belə ki, Siyəzən şəhərinin və kəndlərinin elektrik təchizatını yaxşılaşdırmaq məqsədilə 14 ədəd KTM quraşdırılıb ki, bu da abonentlərin elektrik enerjisinə olan tələbatını ödəməyə imkan verir. Siyəzən rayonu ərazisində 6 kV-luq Kondensator, Tunel-Tikinti hava xətlərində yenidənqurma işləri görülüb. Ərazidə 0,4 kV-luq şəbəkənin yenidən qurulması məqsədilə 1265 ədəd dayaq basdırılıb, 27 km SİP, 1,1 km 10 kV-luq kabel xətti çəkilib, abonentlərə 472 ədəd sayğac quraşdırılıb.

Xızı rayonunun ərazisində isə 11 ədəd müxtəlif gücdə KTM quraşdırılıb, 1 ədəd 250 KVA KTM üçün bünövrə hazırlanıb və yaxın günlərdə quraşdırma işlərinə başlanacaqdır. Xızı rayonu ərazisində 6 kV-luq Azərenerji, Sitalçay,10 kV-luq Xələnc, FRP-2, FRP-3, Tıxlı hava xətlərində yenidənqurma işləri aparılıb, yararsız dayaqlar və naqillər yenisi ilə əvəz olunub. İstismara yararsız 0,4 kV-luq şəbəkələrin yenidən qurulması məqsədilə 348 ədəd dayaq basdırılıb, 4,5 km SİP və 0,7 km 10 kV-luq kabel xətti çəkilib, abonentlərə 247 ədəd sayğac quraşdırılıb.

Qarşıdan gələn qış mövsümünə hazırlıqla əlaqədər Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin elektrik şəbəkələrində geniş miqyaslı təmir və yenidənqurma işləri davam etdirilməkdədir.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2015.- 23 noyabr.- S.8