Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva Buzovnada körpələr evi-uşaq bağçasının
açılışında iştirak edib
Noyabrın 23-də Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilən 340 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Mehriban Əliyeva məktəbəqədər təhsil müəssisəsinin rəmzi açılışını bildirən lenti kəsib.
Heydər Əliyev Fondu uşaqlarımızın gələcəyinə yönələn müxtəlif layihələr reallaşdırır. Son illərdə Fondun təşəbbüsü ilə ölkəmizdəki bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni bağçalar inşa olunub, məktəbəqədər təhsilin inkişafı istiqamətində bir sıra tədbirlər görülüb.
Xəzər rayonunun Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivindəki 340 saylı körpələr evi-uşaq bağçası da Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilib.
Burada bütün işlər Fondun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramına əsasən görülüb. İkimərtəbəli körpələr evi-uşaq bağçası azyaşlı sakinlərin zövqünə uyğun qurulub. Burada uşaqların rahatlığının, istirahətinin və ilkin biliklərə yiyələnməsinin təmin edilməsi, onların bacarıq və istedadlarının aşkarlanması üçün hərtərəfli şərait yaradılıb. Hovuz, musiqi otağı, idman zalları da uşaqların ixtiyarında olacaq.
Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevaya məlumat verilib ki, 10 qrupdan ibarət bağçada 200 uşağa
qayğı göstəriləcək. Burada
uşaqların sağlam, bilikli,
vətənpərvər övladlar kimi böyümələri üç lazımi şərait yaradılıb.
Bağçanın həyətində ağaclar
əkilib, yaşıllıqlar salınıb, əyləncə
vasitələri quraşdırılıb.
Yeni Azərbaycan.-
2015.- 23 noyabr.- S.8