Azərbaycanın regionlarında heyvandarlığın yeni inkişaf mərhələsi başlayıb

Heyvandarlıqda intensiv metodların geniş tətbiqi ölkədə ət və ət məhsulları idxalının azalması, istehlakın tam olaraq yerli istehsal hesabına ödənilməsi ilə nəticələnib

Son illərdə Azərbaycanın regionlarında aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin imzaladığı heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi və hevandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında müvafiq sərəncamlar ölkəmizdə heyvandarlığın inkişafı sahəsində yeni perspektivlər açıb. Haqqında bəhs olunan sərəncamlarda Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalının daha da artırılması, cins iribuynuzlu damazlıq heyvanlara olan tələbatın ödənilməsi, eləcə də heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyinin gücləndirilməsi məqsədi ilə maliyyə təminatının artırılması da daxil olmaqla bir sıra vacib tədbirlərin görülməsi nəzərdə tutulub. Dövlət başçısının imzaladığı sərəncamların birində ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundanAqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15,0 (on beş) milyon manat vəsait ayrılması nəzərdə tutulub. Digər Sərəncamla isə əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya veriləcək.

Heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması ət və ət məhsulları istehsalında dönüş yaradıb

Son bir neçə ildə respublikanın 19 rayonunda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kredit yönəldilib.

Ölkədə heyvandarlığın inkişafında intensiv metodlardan istifadə edilməsinin rolunu isə xüsusi vurğulamaq lazımdır. Bu sahədə intensiv metodların tətbiqi sayəsində son bir ildə ölkəmizdə mal-qaranın baş sayı cəmi 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artım əldə olunub. Heyvandarlıqda əldə olunan bu kimi uğurlar son nəticədə ölkəmizə ət və ət məhsulları idxalının azalmasını, istehlakın tam olaraq yerli istehsal hesabına ödənilməsini təmin edib.

Yeri gəlmişkən, bu günlərdə Göyçayda keçirilən zona müşavirəsində heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları aranıb. Belə ki, tədbirdə heyvandarlıq sahəsində prioritetlərin müəyyənləşdirilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın müayinəsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması məsələləri müzakirə edilib.

Müşavirədə Göyçay, Kürdəmir, Ucar, Ağdaş və Zərdab rayonlarından heyvandarlıqla məşğul olan fermerlər, süni mayalama mütəxəssisləri iştirak ediblər.

Zona müşavirəsində Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ilielan edilməsi ilə bağlı indiyədək görülən işlər, qarşıda duran vəzifələr, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədilə mütərəqqi texnologiyalar, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkili barədə ətraflı məlumat verib.

Müşavirədə heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, heyvandarlıqda möhkəm yem bazasının yaradılması yolları və süni mayalandırmanın əhəmiyyəti barədə təqdimatlar və çıxışlar olub. Tədbirdə müasir heyvandarlıq komplekslərində və yüksək məhsuldar heyvan saxlayan kiçikhəcmli ailə təsərrüfatlarında qabaqcıl təcrübə nümayiş etdirilib.

Cari ilin əvvəlindən bəri Bərdə rayonunda 2227 baş sağlam cins buzov alınıb

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən respublikanın regionlarında cins heyvandarlığın inkişafı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu baxımdan Bərdə rayonu da istisna deyil. Cari ilin əvvəlindən bəri rayon üzrə 3104 baş inək və düyə süni yolla mayalandırılıb, 2227 baş sağlam cins buzov alınıb. Bundan başqa, rayona 2922 baş südlük cins heyvan gətirilib.

Mirzalıbəyli kəndi ərazisində 500 başlıq heyvandarlıq kompleksinin tikintisinin birinci mərhələsi başa çatdırılıb və kompleksə güzəştli hesabla 327 baş cins heyvan alınıb gətirilib. Hazırda yeni doğulmuş balalarla birlikdə kompleksdə 602 baş cins heyvan var.

Aqrar sahəyə göstərilən dövlət qayğısının nəticəsidir ki, rayonda mal-qaranın baş sayı və heyvandarlıq məhsullarının istehsalı artıb. Belə ki, ilin doqquz ayında mal-qaranın baş sayı 1 faiz artaraq 89 min 816 başa, o cümlədən ana inək və camışların sayı 2 faiz artaraq 43 min 400 başa, qoyun və keçilərin baş sayı 1,3 faiz artaraq 138 min 751 başa çatıb. Bu dövrdə diri çəkidə 12 min 065 ton ət, 47501 ton süd, 451 ton yun istehsal edilib. 2014-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 16,3 faiz, süd istehsalı 7,3 faiz, yun istehsalı 2,5 faiz artıb.

Şəkidə doqquz ayda 2958 baş heyvan süni yolla mayalandırılıb

Respublikanın digər bölgələrində olduğu kimi, Şəkidə heyvanların süni mayalandırılması işinə xüsusi diqqət yetirilir. Cari ilin doqquz ayında rayonun təsərrüfatlarında 2958 baş heyvan süni yolla mayalandırılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 334 baş çoxdur. Həmin dövrdə süni mayalandırılmış heyvanlardan 1381 baş sağlam bala alınıb.

Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədi ilə bu yaxınlarda yerli sahibkar tərəfindən Şəki rayonuna südlük istiqamətdəHolştin frizcinsindən olan 20 baş damazlıq düyə gətirilib. Oxud kənd sakini Vaqif Salamov Hollandiya cinsindən olan bu heyvanlarıAqrolizinq” ASC-dən güzəştli qaydada lizinq yolu ilə əldə edib.

Qeyd edək ki, dövlət vəsaiti hesabına respublikamıza xaricdən gətirilən damazlıq heyvanlar fermerlərə 50 faiz güzəştli qiymətlə lizinqə verilir. Damazlıq düyələr gün ərzində yerli cinslərdən 2-3 dəfə çox, yəni 20-25 litr süd verirlər. Bu ilin sonunadək rayona daha 30 baş damazlıq düyənin gətirilməsi nəzərdə tutulub.

Türyançayfermer təsərrüfatı mal-qaranın baş sayını artırır

Türyançayfermer təsərrüfatı Ağdaş rayonunun Ərəbocağı kəndində fəalyyət göstərən yeni fermer təsərrüfatıdır. Yeni heyvandarlıq kompleksinin yaradılmasındaTüryançayFermer Təsərrüfatı MMC-nin öz vəsaiti ilə yanaşı, İqtisadiyyat Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunub. Kompleks sağmal inəklər üçün fermalar, yem təsərrüfatı, avtopark digər köməkçi sahələrdən ibarətdir. Müəssisə xarici ölkə şirkətlərinin ferma avadanlığı, avtomatik yönləndirmə yemləmə, sağım, soyutma sistemləri digər avadanlıqla təchiz edilib. Hazırda kompleksdə 1275 baş cins heyvan bəslənilir ki, bunun 681 başı cins südlük inək, qalanı isə buzovdur. Gələcəkdə sağmal inəklərin sayının 2500 başa çatdırılması nəzərdə tutulur. Kompleks üçün Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisindəki əkin sahələri hesabına yem təsərrüfatı da yaradılıb. Bütün aqrotexniki normalara riayət etməklə aparılan növbəli əkin hesabına təsərrüfatda yüksək məhsuldarlığa nail olunur. Bunun nəticəsində müəssisənin yemə olan tələbatı tam ödənilir. Kompleksdə tətbiq olunan müasir texnologiyanın istifadəsi, cins heyvanların yemlənməsi bəslənməsi, kənd təsərrüfatı texnikalarından istifadə qaydalarının daha dərindən mənimsənilməsi dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədi ilə işçilər üçün xüsusi kurslar təşkil olunub. Ümumilikdə, 30 hektar ərazini əhatə edən kompleksdə beş böyük ferma, yem anbarları, işçilər üçün evlər, ikimərtəbəli ofis binası, nasosxana inşa edilib. Ərazidə yardımçı binalar tikilib, ətraf abadlaşdırılıb.

Aqrolizinq” ASC ilə imzalanan müqaviləyə əsasən, “TüryançayFermer Təsərrüfatı MMC Avropa ölkələrindən daha 4 min baş cins inək alacaq. Ümumiyyətlə, heyvandarlıq kompleksinin inkişaf etdirilməsi, gələcəkdə inək buzovların sayının 6500 başa çatdırılması nəzərdə tutulur. Almaniya, Avstriya Macarıstandan gətirilən heyvanların hər gün qidalanması üçün silos, yonca, ot, saman, qarğıdalı, arpa kəpəkdən istifadə olunur.

Ağcabədidə kiçik ailə-fermer təsərrüfatları yaradılır

Ağcabədi rayonunda da heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Kəndlərdə aparılan geniş maarifləndirmə tədbirləri əldə edilən yüksək nəticələr heyvandarlıqla məşğul olan fermerlərin süni mayalama tədbirlərinə marağını artırıb. İlin əvvəlindən rayonda fəaliyyət göstərən 9 süni mayalanma texniki tərəfindən 4766 baş inək düyə süni yolla mayalandırılıb, 2653 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasənHolştein-frizcinsindən olan buğaların toxumları istifadə edilir. İlin sonunadək 5 min başdan çox heyvanın süni mayalandırılması nəzərdə tutulub.

Bundan başqa, bu il rayona sahibkarlar tərəfindən lizinq yolu ilə 67 baş südlük istiqamətli cins iribuynuzlu heyvan gətirilib. Rayonun Təzəkənd kəndində isə kiçik ailə-fermer cins heyvandarlıq təsərrüfatlarının yaradılması layihəsi həyata keçirilir. Artıq 25 ailə-fermer təsərrüfatı üçün tövlələr tikilib, yem bazası yaradılıb. Təsərrüfatlara 200 baş cins heyvanın gətirilməsi nəzərdə tutulur.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2015.- 26 noyabr. S.8