Londonda Azərbaycanın Xalq yazıçısı Elçinin əsəri əsasında hazırlanmış musiqili tamaşanın premyerası olub

 

Britaniyada fəaliyyət göstərən “Alov” teatrının təşkilatçılığı ilə LondonunSt. James” teatrında Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” pyesinin motivləri əsasında hazırlanmış “Gecə yarısı” (“Midnight”) adlı musiqili tamaşanın premyerası olub.

Alov” teatrının prodüseri Sənan Əliyev AZƏRTAC-a bildirib ki, tamaşanın quruluşçu rejissoru Matthev Qold, musiqi tərtibatçısı isə Ceyms Klivdir. Tamaşanın musiqisi və sözləri Lourens Mark WhyteTimoti Knepmen tərəfindən yazılıb. Rollarda “West End” teatrının tanınmış aktyorları Devid Hanter, Rebekka Trehern Nikolas Kolikos oynayıblar. Devid Hanter Londonun “West End” teatrında səhnəyə qoyulmuşBir dəfə” (“Once”) müziklı ilə tanınır, həmçinin Britaniyanın İTV kanalında keçirilmiş “Superstar” proqramının yarımfinalçısıdır. Rebekka TrehernMələklər şəhəri” (“City of Angels”), Nikolas Kolikos isə məşhur “Bodyguard” müziklından tamaşaçılara tanışdır. Bununla yanaşı, aktyor heyətinə Nik Heys, Tomas Satkliff, Qreq Kastilyoni, Kiara Ceys Cenni O’Lirini cəlb olunublar.

Tamaşanın premyerasında bir çox tanınmış simalar, teatr tənqidçiləri, prodüserlər, rejissor musiqiçilər iştirak ediblər.

Bu səhnə əsərindəki hadisələr 1937-ci ildə Bakıda baş verir. Tamaşa dövrün bütün qorxu repressiyalarına baxmayaraq, isti normal münasibətlərini qoruyub saxlayan azərbaycanlı ziyalı ailəsində, ər-arvadın təzadlı tale yolundan bəhs edir.

Səhnə əsərində cərəyan edən dramatik hadisələr sanki reallıq qeyri-reallıq arasında bir körpü yaradır. Tamaşanın sonunda bir sual yaranır: “Görəsən, biz cəhənnəm sakinləriyik?!”

Teatr tənqidçiləri tamaşanı yüksək qiymətləndiriblər.

Tamaşanın tam səhnələşdirilməsi 2016-cı ildə planlaşdırılır. Uzunmüddətli səhnələşdirilməsi planlaşdırılan əsərin, həmçinin Britaniyada regional teatrlarda da nümayişi nəzərdə tutulur”, - deyə Sənan Əliyev bildirib.

Tamaşa barədə daha əraflı məlumatı bu linklərdə oxumaq olar: www.midnightmusical.com www.alofftheatre.org.

 

Yeni Azərbaycan.- 2015.- 14 oktyabr.- S.12.