Azərbaycanın regionlarında aqrar sektorun dinamik inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir

 

Bölgələrdə kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, öz növbəsində, aqrar sektorda istehsal göstəricilərinin artması ilə nəticələnib

Müasir Azərbaycanın inkişaf platforması bir sıra mühüm addımların atılması və innovativ iqtisadiyyatın yaradılması fonunda daha da zənginləşməkdədir. Sözsüz ki, respublikamızın bütün sahələrdə yüksək artım templəri əldə etməsinin, həmçinin çoxsaylı uğurlar qazanmasının təməlində Ulu öndər Heydər Əliyevin əsasını qoyduğuPrezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilən inkişaf strategiyası dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin əsasını təşkil edib.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı sistemli tədbirlər toplusu olan inkişaf proqramları da məhz modernləşmə və tərəqqi modelinin prioritet istiqamətlərini təşkil edir. Ümumiyyətlə, regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında dövlət siyasətinin mühüm bir tərkib hissəsini təşkil edir.

Təsadüfi deyil ki, Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır. Prezident İlham Əliyevin gərgin əməyi və əzmkarlığının nəticəsi olaraq hazırlanaraq həyata keçirilən bu mükəmməl proqram Azərbaycanın son 12 ildə ən mütərəqqi islahatları reallaşdıran ölkə statusuna malik olmasını da şərtləndirib. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları elmi-iqtisadi-nəzəri mahiyyətinə görə fundamental strateji inkişaf konsepsiyası sayılmaqla, bölgələrin tarazlı və yüksək inkişafını təmin edib.

Qeyd etmək lazımdır ki, Azərbaycanın regionlarında aqrar sektorun dinamik inkişafı istiqamətində də davamlı tədbirlər həyata keçirilir. Ümumiyyətlə, Azərbaycan kənd təsərrüfatının inkişafı baxımından böyük potensiala malik ölkələrdən hesab olunur. Hazırda ölkəmizdə aqrar sektorun inkişafı əhalinin əsas kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəməyə imkan verir.

Ölkəmizdə aqrar islahatların həyata keçirilməsi məqsədi ilə bazar iqtisadi münasibətlərinə uyğun xüsusi təsərrüfat formaları təşkil olunur, aqrar bölmənin bütün sahələrində sahibkarlığın inkisaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər görülür, əhalinin ərzaqla etibarlı təminatı məqsədilə çoxlu tədbirlər və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı Dövlət proqramları həyata keçirilir. Hazırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ilielan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqaməti olduğunu bir daha təsdiqləyir. Sərəncamda vurğulandığı kimi, respublikada həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Respublikamızda 2015-ci ilin “Kənd təsərrüfatı ilielan olunması isə kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemlikompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi daşıyır.

Ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, öz növbəsində, aqrar sektorda istehsal göstəricilərinin artması ilə nəticələnib. Dünya Bankının məlumatına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz artıq olub. Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramının icrasının birinci ilində ölkəmizdə 5,2 milyard manat dəyərində kənd təsərrüfatı məhsulları, o cümlədən 2,8 milyard manat həcmində heyvandarlıq məhsulları buraxılıb ki, bu da əvvəlki ilə nisbətən 3 faiz artım deməkdir. Haqqında bəhs olunan dövrdə ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının əsasını təşkil edən meyvə-tərəvəz ixracının həcmi əvvəlki illə müqayisədə 16,1 faiz çox olub. Yerli istehsalın artımı nəticəsində respublikaya meyvə-tərəvəz idxalı da əhəmiyyətli dərəcədə azalıb. Son illərdə kənd təsərrüfatında intensiv metodların tətbiqi yaxşı nəticələr verir. Bunun sayəsində respublikada bitkiçilikdə istehsalın artım tempi əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi tempini üstələyib, mal-qaranın baş sayı 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artıma nail olunub.

Aqrar bölmənin idarə edilməsində mövcud pərakəndəliyi aradan qaldırmaq, bu sahənin davamlı inkişafını təmin edən idarəetmə sistemini yaratmaq məqsədilə həmçinin dövlət tərəfindən bir sıra uğurlu islahatlar həyata keçirilib. Belə ki, çevik və işlək mexanizmlər əsasında respublikada aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını yaxşılaşdırmaq üçün ilk növbədə qanunvericilik bazası təkmilləşdirilib. Dövlət proqramları və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin edib. Kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmaq məqsədilə aqrar sahəyə dövlət büdcəsindən subsidiyaların ayrılması bu sahənin inkişafına xüsusi təkan verib. Belə ki, ölkə başçısı İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamına uyğun olaraq istehsalçılara becərilən hər hektara görə 2007-ci ildən başlayaraq kompensasiya ödənilir. Bununla yanaşı, “AqrolizinqASC-nin xətti ilə respublikamıza alınıb idxal olunan kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, mineral gübrələr və yüksək məhsuldar damazlıq heyvanlar kənd təsərrüfatı məhsullarının istehsalçılarına, emal və xidmət sahələri ilə məşğul olan sahibkarlara lizinq yolu ilə verilirya güzəştlə satılır. Dövlətin xətti ilə ölkəyə gətirilən kənd təsərrüfatı texnikası icarə əsasında fermerlərə paylanıb. Aqrar sahədə güzəştli kreditləşdirmə imkanlarının genişlənməsi, kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsi, onların texnika, gübrə və kimyəvi vasitələrlə təminatının yaxşılaşdırılması öz müsbət nəticələrini verməkdədir. Bütün bunlar aqrar sektorda istehsal həcmini artırmaqla yanaşı, bu sahədə yüksək məhsuldarlığa və səmərəliliyə, qabaqcıl texnologiyaların tətbiqinə, emal müəssisələri şəbəkəsinin genişləndirilməsinə, ən əsası isə yerli məhsullarımızın rəqabət qabiliyyətinin artırılmasına gətirib çıxarır. Hazırda dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına geniş texniki və maliyyə dəstəyi davam edir. Beynəlxalq maliyyə təşkilatları ilə birlikdə regionlarda layihələr həyata keçirilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılan vəsaitlərin, dövlət büdcəsindən kənd təsərrüfatına birbaşa yardımların və kəndlərdə infrastrukturun yaradılmasına yönəldilən investisiyaların həcmi ildən-ilə artırılır. Respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edən dövlət aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atır. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı Dövlət Proqramı ölkədə ərzaq təhlükəsizliyinin həlli baxımından xüsusi əhəmiyyət daşıyır.

Bütün bu görülən işlər bir daha onu deməyə əsas verir ki, bu gün ölkədə əhalini zəruri qida məhsulları və kənd təsərrüfatı malları ilə təmin etmək üçün güclü potensial mövcuddur. Dünyada baş verən iqlim dəyişiklikləri və təbii fəlakətlərlə əlaqədar bir çox dövlətlərin ərzaq təhlükəsizliyində problemlərin yarandığı bir dövrdə Azərbaycanda əhali kənd təsərrüfatı məhsulları ilə etibarlı təmin olunur. Ölkə başçısı İlham Əliyev tərəfindən aqrar sahənin dinamik inkişafı uğurla davam etdirilir və məhz dövlət başçısının ardıcıl diqqət və qayğısı, eləcə də qəbul etdiyi Dövlət proqramları, imzaladığı sərəncamlar sayəsində ölkədə aqrar islahatlar öz uğurlu həllini tapır. Digər tərəfdən, əhalinin ərzaq təhlükəsizliyinin etibarlı təminatı, ölkənin kənd təsərrüfatı məhsullarının idxalından asılılığını tam aradan qaldırmaq aqrar sahədə yeni inkişaf modelinin müəllifi olan Prezident İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri olduğunu göstərir.

Vüsalə CAVANŞİR

Yeni Azərbaycan.- 2015.- 15 oktyabr.- S.12.