Fədakarlıq və axtarış

 

Akademik İsa Həbibbəyli Azərbaycanda humanitar elmi fikrin seçkin simalarından biri, elmi-nəzəri düşüncə dövriyyəsində səlahiyyətli mövqenüfuz sahibidir. O, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, Əməkdar elm xadimi, akademikdir.

İsa Əkbər oğlu Həbibbəyli 1949-cu il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Şərur bölgəsinin Danzik (Danyeri) kəndində xeyirxah, zəhmətkeş və maarifçi bir ailədə, ömrünü gənc nəslin təlim-tərbiyəsinə sərf etmiş Əkbər müəllimin ocağında dünyaya gəlib. O, ilk təhsilini Danzik məktəbində (1956-1962), 7-ci sinfi isə Əbrəqunus internat məktəbində alıb, 1965-66-cı illərdə Şərurun Ülya Noraşen (Oğlanqala) məktəbində oxuyub. 1966-cı ildə orta məktəbi bitirib. 1967-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda Əziz Şərif, Abbas Zamanov, Əli Əliyev, Yavuz Axundlu, Quşdan Bağırov, Cəfər Cəfərov, İzzət Maqsudov, Yusif Seyidov, Əlisa Şükürlü kimi tanınmış alimlərin dərs dediyi ali məktəb ocağında təhsil alıb, institutun ictimai həyatında fəal iştirak edib. Tələbə Elmi Cəmiyyətinin sədri olub. Elmi konfranslarda çıxışlar edib, ilk uğurlarını qazanıb. 1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib.

Akademik İsa Həbibbəyli 1974-cü ildə Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat nəzəriyyəsi” ixtisası üzrə aspiranturasına daxil olub. Akademik Məmməd Cəfər Cəfərovun rəhbərlik etdiyi şöbədə aspirant kimi fəaliyyətə başlayıb. Filologiya elmləri doktoru, professor Kamran Məmmədovun rəhbərliyi ilə “XX əsrin əvvəllərində Azərbaycan romantik lirikasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda ilk tədqiqatlarını aparıb.

Aspirantura illərində onun “XX əsr Azərbaycan romantik lirikasında Füzuli ənənəsi”, “Hadi lirikasının sənətkarlıq xüsusiyyətləri”, “Poetik formalarda novatorluq” və sair məqalələri maraqla qarşılanıb.

Akademik İsa Həbibbəyli 1980-ci il martın 14-də Nizami adına Ədəbiyyat İnstitutunun Müdafiə Şurasında “XX əsrin əvvəllərində Azərbaycan romantik lirikasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Rəsmi opponentləri AMEA-nın müxbir üzvü, prof. Ə.Mirəhmədov, prof. A.Abbasov olub. Akademik M.C.Cəfərov, AMEA-nın müxbir üzvi, professor Y.Qarayev əsərə yüksək rəy verib.

1980-ci illərdə akademik İsa Həbibbəyli “Tələbələrin elmi-tədqiqat işlərinin təşkili yolları” (1984), “Ədəbi yüksəliş” (1985), “Ədəbiyyat nəzəriyyəsi” (1985), “Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının əsas tarixləri” (1987), “M.Ə.Sabirin həyatı və yaradıcılığının əsas tarixləri” (1987), “Cəlil Məmmədquluzadə” (1999) kitablarını çap etdirib. Alimin “Ədəbi yüksəliş” əsəri Naxçıvan ədəbi prosesinin elmi salnaməsidir.

Görkəmli ədəbiyyatşünasın Türkiyədə, Ərzurumda “Seçkin Azərbaycan yazarı Cəlil Məmmədquluzadə” (1994), Bakıda “Cəlil Məmmədquluzadə” (1994, 1997) adlı irihəcmli monoqrafiyası, 1999-cu ildə “Ustad Məhəmməd Hüseyn Şəhriyar”, “Sabir Rüstəmxanlı: ömür və sənət yolu” adlı qiymətli əsərləri nəşr olunub. 2003-cü ildə onun “Cəlil Məmmədquluzadə” monoqrafiyası Moskvada rus dilində, 2004-cü ildə Pakistanın İslamabad şəhərində urdu dilində, “Görkəmli Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadə” əsəri Qahirədə ingilis və ərəb dillərində, “XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı” kitabı isə Türkiyədə, MoskvadaUkraynada çapdan çıxıb.

Akademik İsa Həbibbəyli 1982-ci ildən “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyası üzərində tədqiqlərə başlayıb və “Mübariz molla nəsrəddinçi”, “Bir əsr əvvəlin ab-havası” məqalələri ilə ilk uğurlarını əldə edib. Bakı, Tbilisi, Moskva, Kiyev, Odessa, Yasnaya Polyana, Qori, İran və Naxçıvanın ədəbiyyat, mədəniyyət arxivlərində axtarışlarını genişləndirib. “Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətinin Baş Nuraşen dövrü” (1983), “Cəlil Məmmədquluzadənin naməlum müasirləri” (1984), “Prototiplər və real obrazlar” (1985), “1565 nömrəli şəxsi ” (1986), “Kefli İsgəndərin əsas prototipi” (1986), “Cəlil Məmmədquluzadənin ədəbi-pedaqoji fəaliyyətinin ilk dövrü” (1989), “Cəlil Məmmədquluzadə nə vaxt anadan olmuşdur” (1990), “Bir şəklin izi ilə”, “Cəlil Məmmədquluzadənin Qori seminariyasında keçdiyi pedaqoji təcrübə” məqalələri elmi-nəzəri yeniliyi ilə diqqəti çəkib.

Akademik İsa Həbibbəylinin “Zamanın dühası” adlı qiymətli monoqrafiyası Azərbaycan, rus, ingilisfars dillərində yayımlanıb. Alimin qiymətli məqalə və monoqrafiyalarında Cəlil Məmmədquluzadənin dramaturgiya, bədii nəsr və publisistikasına əhatəli ədəbi-elmi diqqət yetirilib, Mirzə Cəlil irsi beynəlxalq dövriyyəyə çıxarılıb. “Xalq şairi Məmməd Araz” (1994) monoqrafiyası elmi ictimaiyyətə təqdim olunub.

Akademik İsa Həbibbəyli 1994-cü ildə Azərbaycan nümayəndə heyətinin tərkibində İraqda keçirilmişFüzuli günləri”ndə iştirak edib, Bağdad, Nəcəf və Kərkükdə olub. Kərbəlada İmam Hüseynin və Məhəmməd Füzulinin məzarlarını ziyarət edib.

1995-ci ildə Şimali Kipr Türk Cümhuriyyətində Uluslararası Atatürk Simpoziumunda “Azərbaycan yazarı Əli bəy Hüseynzadənin yaradıcılığında Atatürk”, Marağa şəhərində Beynəlxalq Əvhədi konqresində “Əvhədi əsərlərinin tərcüməsi və nəşri”, Nəsrəddin Tusinin 800 illiyinə həsr edilmiş simpoziumda “Nəsrəddin Tusi irsimüasirlik”, Tehranda Beynəlxalq Şəhriyar Konqresində “Məhəmməd Hüseyn Şəhriyarın yaradıcılığında Heydərbaba” mövzularında məruzələri dinlənilib.

Fədakar alim 1996-cı ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun İxtisaslaşdırma Şurasında “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Akademik İsa Həbbibəyli Azərbaycan ədəbiyyatı tarixi və ədəbiyyat nəzəriyyəsi problemləri ilə ardıcıl məşğul olur. Onun “Ədəbi-tarixi yaddaşmüasirlik” (2007) monoqrafiyası irihəcmli, əhəmiyyətli tədqiqat əsəridir. Kitabın birinci bölməsində S.M.Qənizadə, S.S.Axundov, N.Nərimanov, R.Əfəndiyev, İ.Musabəyov və H.K.Sanılının maarifçi görüşləri, ikinci bölməsində C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ü.Hacıbəyov, M.Şahtaxtlı, Ə.Nəzmi, Ə.Qəmküsar, Y.V.Çəmənzəminli, E.Sultanov, Ö.F.Nemanzadə, Ə.Müznib, M.Ə.Möcüz, B.Abbaszadə və H.Z.Marağalının tənqidi-realist baxışları, üçüncü bölməsində M.Hadi, H.Cavid, Ə.Hüseynzadə, A.Şaiq, A.Səhhət, C.Cabbarlı və Ə.Cavadın romantik yaradıcılığı, dördüncü bölməsində F.Köçərli, A.Sur, M.Ə.Rəsulzadə və S.Hüseynin tənqidçi və ədəbiyyatşünas kimi fəaliyyəti ətraflı öyrənilib, mühüm elmi nəticələr əldə edilib.

Yorulmaz tədqiqatçı ABŞ, İngiltərə, Çin, Fransa, Yaponiya, Rusiya, Türkiyə, Almaniya, Cənubi Koreya, İspaniya, İran, İraq, Polşa, Bolqarıstan, Avstriya, Misir Ərəb Respublikası, Tunis, Ukrayna, Pakistan, Macarıstan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və başqa ölkələrdə rəsmi səfərlərdə olub. Beynəlxalq simpozium, qurultaykonfranslarda aktual elmi məruzələrlə Azərbaycanı təmsil edib.

Hazırda görkəmli alim elmi-nəzəri problemlərlə bərabər, ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığının yeni baxışla nəzərdən keçirilməsinə diqqəti yönləndirir, təzə monoqrafik tədqiqatların yazılışını sürətləndirir, özüdövrümüzün aktual problemləri ətrafında ədəbi-nəzəri axtarışlarını fədakarlıqla davam etdirir.

Akademik İsa Həbibbəyli 16 oktyabr 1996-cı ildə Naxçıvan Dövlət Universitetinin rektoru təyin olunub və 16 il universitetə rəhbərlik edib, elmi-pedaqoji kadrların hazırlanması sahəsində mühüm xidmətlər göstərib. Onun ali təhsil sahəsində Tələbə Elmi Cəmiyyətinə dair ilk kitabı, “Tələbələrin elmi tədqiqat işlərinin təşkili yolları”, “Ədəbiyyat nəzəriyyəsi” və “XX əsr Azərbaycan yazıçıları” (1992) dərs vəsaitləri elmi-pedaqoji fikrimizi xeyli zənginləşdirib. İ.Həbibbəyli universitetinElmi əsərlər” jurnalına redaktorluq edib.

İsa müəllim elm-tədris təşkilatçısı kimi yüksək kadrların hazırlanması sahəsində gərgin çalışıb, Naxçıvan Dövlət Universitetində Dissertasiya Şurasının yaradılmasına nail olub, namizədlik və doktorluq dissertasiyalarının müdafiə edilməsinə şərait yaradıb, diqqət və qayğı göstərib.

Akademik İsa Həbibbəyli 2001-ci ildən AMEA-nın müxbir üzvü, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2003-cü ildən AMEA-nın həqiqi üzvü, 2006-cı ildən BMT yanında Beynəlxalq İnformasiya Akademiyasının həqiqi üzvüdür. 400-dən çox elmi məqalə, 12 monoqrafiya, bir orta məktəb dərsliyi, 28 broşür, 21 tərtib kitabının müəllifidir. Əsərləri Azərbaycan, türk, ingilis, rus, fransız, ərəb, fars, urdu, bolqar, polyakmacar dillərində çapdan çıxıb.

Görkəmli elm xadimi 2013-cü ildən AMEA-nın vitse-prezidenti, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktorudur. O, institutun elmi-təşkilati cəhətdən yenidən qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi və kadr hazırlığı sahəsində məhsuldar fəaliyyət göstərir. Akademik İsa Həbibbəyli kifayət qədər fəal, işgüzar, zəhmətkeş və diqqətcil ziyalı, nikbinmüdrik, sadə və səmimi insandır. O, 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Onun elm sahəsində xidmətləri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına (1999), “Şöhrət” (2007) və “Şərəf” ordenlərinə (2009), “Ankara Universitetinin fəxri dostu” (1999), “Amerika Bioqrafiya İnstitutunun ilin adamı” (2001), Türkiyə Cümhuriyyətinin dil qurumununÜstün Hizmət Baratı” (2004), Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının “İnformasiya aləminin elitası” diplomlarına və “Elmi istiqamətin rəhbəri” (2009), “Şəhriyar” medallarına (2015) layiq görülüb.

Akademik İsa Həbibbəyli 1998-ci ildə Naxçıvan MR Ali Məclisinə, 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır, Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-Belçika, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Pakistan, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür. O, hazırda alimictimai-siyasi xadim kimi fasiləsiz çalışır. AMEA-nın yaradılmasının 70 illiyi münasibətilə səmərəli işlər görür. Akademik İsa Həbibbəyli həm də “Azərbaycanın elm məbədi” filminin ssenari müəllifidir.

Bu azərbaycanşünas-alimin Yeni Azərbaycan Partiyası tərəfindən 2 saylı Şərur Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülüb. İnanırıq ki, o, bu dəfə də seçicilərinin böyük etimadını qazanacaqdır. Meydanda böyük zəhmətin nəticəsi olan qiymətli elmi əsərlər, çoxillik məsuliyyətli xidmət, inametibar vardır. Müdrikliyi vicdanla üzvi surətdə birləşdirən görkəmli alimin fədakarlığı, axtarış və uğurları davam edir. Akademik İsa Əkbər oğlu Həbibbəyliyə seçkilərdə böyük qələbə arzulayır, görkəmli ədəbiyyatşünas-alim və ictimai-siyasi xadim kimi fəaliyyətində yeni uğurlar diləyirik.

Əlizadə Əsgərli,

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi,

filologiya üzrə elmlər doktoru

Yeni Azərbaycan.- 2015.- 15 oktyabr.- S.10.