Müstəqil dövlətimiz Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir

 

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev

 

- Təmraz müəllim, bildiyimiz kimi noyabr ayında ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası seçkilərlə bağlı ciddi hazırlıq işləri aparır. Bu haqda fikirlərinizi bilmək istərdik...

- Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 660 min üzvü olan partiyamız ötən dövrdə şərəfli yol keçib. Ümumiyyətlə, Azərbaycan tarixində YAP qədər böyük, güclü partiya olmayıb. Bilirsiniz ki, partiyamız öz gücünü Heydər Əliyev ideyalarından alır. Biz bu ideyalar ətrafında birləşərək mütəşəkkil siyasi qüvvəyə çevrilmişik. Məhz Azərbaycanın bugünkü inkişafı Heydər Əliyev ideyaları ilə bağlıdır. Və partiyamız bu ideyaların təbliğatçısıdır. Ötən 23 il ərzində YAP böyük bir inkişaf yolu keçibbu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. Bizim partiyamız döyüşkən və mübariz partiyadır. YAP üzvləri Azərbaycanın inkişafı prosesində fəal rol oynayırlar. YAP-ın 23 illik fəaliyyətinə nəzər saldıqda, bu partiyanın yenilikçiavanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Partiyamızın Sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, partiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq bu mövqeyini qoruyacaqdaha da gücləndirəcək.

Düşünürəm ki, bu amil qarşıdan gələn parlament seçkilərində də özünü bir daha göstərəcək. Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə demokratik seçki sistemi formalaşıb. Azərbaycanda mükəmməl seçki qanunvericiliyi varbu hüquqi baza beynəlxalq standartlara tam uyğundur. Məhz bunun nəticəsidir ki, ildən-ilə seçki təcrübəsi təkmilləşdirilir və ölkəmizdə demokratik, şəffaf seçkilər keçirilir.

Ümumiyyətlə, ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP bütün seçkilərdə qələbə qazanıb. Qarşıdan gələn seçkilərdə də qələbəni təmin etmək üçün partiyamız tərəfindən zəruri addımlar atılır. Bilirsiniz ki, YAP İdarə Heyətinin seçkilərlə bağlı müvafiq qərarı varbu qərara uyğun olaraq tədbirlər planı hazırlanıb. Eyni zamanda, YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində də partiya rəhbərliyi tərəfindən müvafiq tövsiyə və tapşırıqlar verilib. YAP seçkilərin keçirilməsində böyük və zəngin təcrübəyə malikdir. Partiyamız seçki ilə əlaqədar  bütün gücünü səfərbər edib. Hesab edirəm ki, uğurlu seçki kampaniyası nəticəsi YAP bu seçkilərdə də böyük qələbə qazanacaq. Azərbaycanda  YAP ilə rəqabət apara biləcək gücdə olan siyasi partiya yoxdur. 

- Rəhbərlik etdiyiniz YAP Nərimanov rayon təşkilatının fəaliyyəti haqqında nə deyə bilərsiniz? Təşkilat qarşısında duran vəzifələri hansı səviyyədə yerinə yetirir?

- Bilirsiniz ki, Yeni Azərbaycan Partiyasının Bakı şəhəri üzrə ilk yerli strukturu Nərimanov rayonunda yaradılıb. Həmin vaxtdan etibarən rayon təşkilatı kəmiyyət və keyfiyyət baxımından inkişaf edib. Bu gün YAP Nərimanov rayon təşkilatında minlərlə Heydər Əliyev ideyalarına sadiq, əqidəli insanlar birləşib. Hazırda YAP Nərimanov rayon təşkilatının 136 ilk ərazi partiya təşkilatı mövcuddur. Təşkilat üzvlərinin sayı 20 min 635 nəfərdir. Onların da 8 min 993 nəfəri qadın, 7 min 500-ü isə gənclərdir. Təşkilatımızın üzvləri rayonun ictimai-siyasi həyatında, abadlıq və quruculuq işlərində yaxından iştirak edirlər.

Ümumiyyətlə, rayon təşkilatı olaraq hər ilin əvvəlində tədbirlər planı təsdiq edirikbu plana uyğun olaraq fəaliyyətimizi qururuq. Hər il bütün əlamətdar günlər, tarixi hadisələrlə və s. bağlı tədbirlər keçiririk. Bütövlükdə, YAP Nərimanov rayon təşkilatı öz fəaliyyətini partiyanın proqram və nizamnaməsinə uyğun şəkildə qurub. Biz öhdəmizə düşən vəzifələri layiqincə yerinə yetirməklə  partiya rəhbərliyinin etimadını doğrultmağa çalışırıq. Xüsusilə, seçki kampaniyaları dövründə partiyamızın qələbəsini təmin etmək üçün yerli təşkilat olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq.

- Yeri gəlmişkən, YAP Nərimanov rayon təşkilatı parlament seçkilərinə necə hazırlaşır? 

- YAP Nərimanov rayon təşkilatı olaraq seçki prosesinə ciddi şəkildə hazırlaşırıq. Biz öz işimizi partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun şəkildə qurmuşuq. Bir müddət öncə,  YAP Mərkəzi Seçki Qərargahının  Nərimanov rayon şöbəsi yaradılıb. Qərargahın rayon şöbəsinin 23 nəfər üzvü var ki, onlar mütəmadi olaraq toplaşırlar. Qərargah üzvləri arasında bölgüsü aparılıb, onların hər biri gördükləri işlər barədə mütəmadi olaraq məlumat verirlər.

Qeyd edim ki, Nərimanov rayonu üzrə 3 Seçki Dairəsi mövcuddur. 18 saylı Nərimanov-Nizami Seçki Dairəsi üzrə 16 məntəqədə 20 min 716 seçici, 19 saylı Nərimanov birinci Seçki Dairəsi üzrə 35 məntəqədə 45 min 718 seçici, 20 saylı Nərimanov ikinci Seçki Dairəsində isə 33 məntəqədə 44 min 773 seçici qeydiyyatdadır. Artıq qərargahda seçkilərə hazırlıqla bağlı bir sıra tədbirlər görülüb. Belə ki, partiyanın namizədləri üçün seçici imzası toplayacaq 25 partiya fəalı müəyyənləşib. Həmin 25 nəfər isə rayon ərazisini yaxşı tanıyan, seçki təcrübəsi olan insanlardır. Artıq onlara treninqlər də keçirilib.

Eyni zamanda, hər Seçki Dairəsinə və məntəqələrə bir müşahidəçi və bir məşvərətçi səs hüquqlu üzv təyin ediləcək. Bu işlərlə də məşğul olacaq şəxslər müəyyənləşib. Yəni işlərimiz qrafik əsasında həyata keçirilir. Bilirsiniz ki, YAP hər zaman bütün seçkilərdə uğurlu seçki kampaniyası həyata keçirir. Seçki kampaniyasının səmərəli təşkil olunması uğur qazanılmasında mühüm rol oynayır. Ona görə də, biz seçki prosesinə ciddi şəkildə hazırlaşırıq. İndiki mərhələdə işlər plana uyğun davam edir. İnanıram ki, partiyamız növbəti seçkilərdə də parlaq qələbə qazanacaq”.

- Təmraz müəllim, rayon təşkilatının sıralarında minlərlə gənc birləşib. Bu seçki kampaniyasında fəal gənclərin potensialından necə istifadə olunacaq?

- Müstəqil dövlətimiz Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edirbu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir. Bu gün Azərbaycanda böyük quruculuq işləri aparılır. Təbii ki, inkişaf siyasətindən gənclərimizə də pay düşür. Gənclərimiz isə, öz növbəsində, onlar üçün yaradılan şəraiti düzgün dəyərləndirməli və bu siyasətin yerlərdə icrası işində yaxından iştirak etməlidirlər. Çünki XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək çoxsaylı işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti gənclərin üzərinə düşür”.

Azərbaycan dövləti gənc nəslin yüksək biliklərə yiyələnməsi, layiqli vətəndaş kimi formalaşması üçün uğurlu siyasət həyata keçirir. Bu baxımdan, azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramı çox əhəmiyyətlidir. Bu proqram çərçivəsində minlərlə gəncimiz dünyanın nüfuzlu ali məktəblərində təhsil alır. Onlar yüksək biliklərə yiyələnməli və dövlətimizin etimadını doğrultmalıdırlar. Təbii ki, bu fakt neft kapitalının insan kapitalına çevrilməsinin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirir. Xaricdə təhsil alan gənclərimizin vəzifəsi yüksək biliklərə yiyələnməklə yanaşı, oxuduqları ölkələrdə Azərbaycanı geniş təbliğ etməkdən ibarət olmalıdır.

YAP Nərimanov rayon təşkilatının da üzvləri arasında xaricdə təhsil alan gənclərimiz var. Ümumilikdə, təşkilatımızın sıralarında olan gənclərin əksəriyyəti ali təhsillidir, onlar yüksək biliklərə sahibdirlər. Gənclər siyasi fəaliyyətlərini isə YAP-la əlaqələndirirlər. Çünki partiyamız da gəncliyin inkişafına xüsusi diqqət yetirir. Gənclər onlar üçün yaradılmış şəraitdən istifadə edərək, intellektual və yaradıcılıq baxımından kamilləşirlər və YAP-ın təqdim etdiyi fəaliyyət platformasında təcrübi prosesində özlərini təsdiq edirlər. Bu baxımdandır ki, gənclərin Yeni Azərbaycan Partiyasına axını daha da sürətlənir, onlar siyasi fəaliyyətlərini, məhz Yeni Azərbaycan Partiyası ilə bağlayırlar.

Gənclər seçki prosesində də hər zaman fəal iştirak ediblər və özlərini doğruldublar. Qarşıdan gələn parlament seçkilərində də gənclərin potensialından səmərəli istifadə etməyə çalışacağıq. Bu məqsədlə onlarla mütəmadi olaraq görüşürük. Elə bir neçə gün öncə təşkilatımızın fəal gəncləri ilə görüşərək seçki kampaniyası ilə bağlı tövsiyələrimizi vermişik. İnanırıq ki, gənclərimiz üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirəcəklər.

 

Yeni Azərbaycan.-2015.- 1 sentyabr.- S. 5.