Növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu qalmayacaq

 

Prezident İlham Əliyev: Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər

 

Son illərdə bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsi müasir Azərbaycanın dinamik inkişaf mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir. Təsadüfi deyil ki, son 12 ildə respublikamızda regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının böyük uğurla reallaşdırılması sayəsində Azərbaycanın bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib. Həyata keçirilən yeni layihələr sayəsində ölkəmizdə sərnişin və yük daşımalarının həcmi artıb, eyni zamanda, respublikamız regionun nəqliyyat, loqistika mərkəzinə çevrilməkdədir. Əsas məqam isə ondan ibarətdir ki, müasir yol infrastrukturunun yaradılması sayəsində bölgələrdə,. ələlxüsus da kənd yerlərində yaşayan insanların rahatlığı təmin olunub.

Azərbaycan müasir yol-nəqliyyat infrastrukturu qurmaqla regionun tranzit potensialından daha səmərəli istifadə olunmasına sanballı töhfə verir

Son illərdə bütün istiqamətlərdə yüksək inkişaf göstəriciləri ilə diqqət mərkəzində olan Azərbaycanın infrastruktur quruculuğu, o cümlədən də, yeni müasir yolların inşa olunması sahəsində qazandığı uğurlar da diqqətəlayiqdir. Ölkəmiz qısa müddətdə öz yol-nəqliyyat infrastrukturunu yüksək səviyyədə qurmağa nail olub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2014-cü ilin oktyabrında ölkəmizdə keçirilən “Bakı-Tbilisi-Qars dəmir yolu xətti - İpək yolu dəhlizinin inkişafında yeni imkanlar” beynəlxalq konfransının iştirakçılarına ünvanladığı təbrik məktubunda respublikamızda nəqliyyat imkanlarının genişləndirildiyini, bu sahəmüasir infrastruktur yaradıldığını xüsusi vurğulayıb: “Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir”.

Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsini zəruri edən mühüm amillərdən biri Azərbaycanın tranzit daşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi ilə bağlıdır. Qədim İpək yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də qurusu sərhədlərinə malik olmasına, eləcə də, iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Eyni zamanda, respublikamızda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapacaq, həm də onların da tranzit imkanları artacaq.

Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizin istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Prezident İlham Əliyev beynəlxalq miqyaslı İpək yolu layihəsinin inşasını daim diqqət mərkəzində saxlayır. Həmin layihə Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin, respublika ərazisində nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. Artıq Bakıdan Gürcüstan sərhədinədək 513 kilometr məsafəni əhatə edən magistralın Bakı-Ələt hissəsinin yenidən inşa edilmiş 4-14-cü kilometrlik sahəsinin, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir dairəvi, Kürdəmir-Ucar, Ucar-Yevlax, Yevlax-Gəncə, Gəncə-Qazax, Qazax-Gürcüstan ilə dövlət sərhədi hissələri dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib. Hazırda həmin yolun bəzi hissələrinin əlavə 2 hərəkət zolağı tikilməklə, birinci texniki dərəcəyə çatdırılması işləri davam etdirilir.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta AsiyaQafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmçinin, dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq ölkələri arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.

Geniş nəqliyyat-tranzit imkanlarına malik olan Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında da mühüm rol oynayır. Milli Məclis “Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Sazişə qoşulması barədə” qanun layihəsini təsdiqləyib, ölkə Prezidenti İlham Əliyev isə 10 sentyabr 2005-ci ildə həmin qanunu imzalayıb. Azərbaycanın dövlət başçısı haqqında bəhs olunan nəqliyyat dəhlizinin reallaşdırılmasına böyük önəm verir. İndiyədək ölkənin yol-nəqliyyat sistemində mühüm yer tutan və Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması istiqamətində böyük həcmi yerinə yetirilib. Uzunluğu 208 kilometr olan magistralın 6-16-cı kilometrlik hissəsi asfalt-beton, 16-134-cü kilometrlik hissəsi sement-beton örtüklü olmaqla yenidən qurulub, eyni zamanda, Sumqayıt dairəvi, Gəndob-Quba hissələrinin, 11-ci və 16-cı kilometrlərində yol qovşaqlarının, Masazır dairəsində yol ötürücüsünün və Dəvəçi çayı üzərində körpünün tikintisi başa çatdırılıb. Hazırda magistralın Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsinin tikintisi davam etdirilir.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçən hissələrinin əsasını təşkil edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yollarını əlaqələndirən və tranzit daşımaları üçün müstəsna əhəmiyyət kəsb edən H.Z.Tağıyev-Sahil avtomobil yolunun 2 zolaqlı olmaqla yenidən qurulması həyata keçirilir. Bu yol respublikanın cənub və qərb istiqamətlərindən gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 36-cı kilometrinə çıxışını təmin etməklə, hər iki istiqamətdə məsafəni 100 kilometrədək qısaltmağa imkan verəcək.

Yeni layihələr hesabına Azərbaycanın tranzit imkanları daha da genişlənir

Son illərdə yol-nəqliyyat sektorunda reallaşdırılan yeni layihələr Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək. Bu nöqteyi-nəzərdən Azərbaycanın təşəbbüsü, güclü siyasi iradəsi və böyük maliyyə dəstəyi ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Yeni dəmir yolu xəttinin, həmçinin, Bosfor boğazında dəmir yolu tunelinin inşası Trans-AvropaTrans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə AvropaAsiyaya çıxarılmasını təmin edəcək. Layihənin reallaşması nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin Orta Asiya, ÇinAvropa ilə etibarlı və sərfəli nəqliyyat əlaqəsi yaranacaq. Bu dəmir yolu ilə yük daşımaları həcminin mərhələlərlə ildə 10 milyon tondan çox olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, indiyədək yeni nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması çərçivəsində respublikamızda böyük həcmi yerinə yetirilib. Belə ki, Azərbaycan dəmir yolunun Bakı-Gürcüstan sərhədi istiqamətində 347 kilometri yenidən qurulub, Kür çayı üzərində ikinci yeni Poylu körpüsü inşa edilib və ikiistiqamətli hərəkət təmin olunub.

Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi baxımından Ələtdə inşa olunan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının da əhəmiyyəti kifayət qədər böyükdür. Ötən ilin sentyabrında limanın tikintisinin 1-ci mərhələsi çərçivəsində bərə terminalı istismara verilib. Körpüdə eyni vaxtda 2 bərənin yüklənib-boşaldılması mümkündür. İlk mərhələdə limanın daşıma imkanları 10 milyon ton yük və 50 min ədəd irihəcmli konteyner olacaq. Növbəti mərhələlərdə liman ildə 25 milyon ton yük və 1 milyon ədəd konteynerin daşınmasını təmin edəcək.

Yerli əhəmiyyətli yolların inşası ilə bağlı statistika da kifayət qədər zəngindir

Son 12 ildə Azərbaycanda yerli əhəmiyyətli yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika da kifayət qədər zəngindir. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk iki Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunelyol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminal binası isə ötən il istifadəyə verilib. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilirbu amil bütövlükdə Azərbaycanın inkişafına əlavə impuls verir.

Ölkənin yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələrin böyük bir qismi paytaxt Bakıda və ətraf qəsəbələrdə həyata keçirilir. Prezident İlham Əliyevin Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı 2006-2007-ci və 2008-2013-cü illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncamları qısa müddətdə paytaxtda irimiqyaslı layihələrin həyata keçirilməsinə yol açdı. Bu layihələrin icrası nəticəsində son illərdə paytaxtda 60-dan artıq yol ötürücüsütunel tikilərək istifadəyə verilib. Bundan əlavə, Bakıda yol-nəqliyyat infrastrukturunun yenilənməsi sürücülərlə yanaşı, piyadaların da rahatlığını təmin edib. Belə ki, son illərdə paytaxtda 10 piyada keçidi əsaslı təmir olunub, 60-a yaxın yeni yerüstü və yeraltı piyada keçidi tikilib.

Yeni hədəf kənd yollarının yenidən qurulması ilə bağlıdır

Prezident İlham Əliyevin respublikamızda yol-nəqliyyat infrastrukturunun yüksək səviyyəyə qaldırılması sahəsində qarşıya qoyduğu yeni hədəflərdən biri də kənd yollarının yenidən qurulması ilə bağlıdır. Həm artıq başa çatan Dövlət proqramlarında, həm də yeni Dövlət Proqramında kənd yollarının yenidən qurulması ilə bağlı geniş tədbirlər öz əksini tapıb. Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində bu barədə danışan Prezident İlham Əliyev kənd yollarının insanları narahat edən məsələ olduğunu xüsusi vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, bütövlükdə son illərdə bu sahəyə ayrılan vəsaitin həcmi artır. Əhalinin böyük əksəriyyəti, xüsusilə kəndlərdə yaşayan insanlar artıq yaxşı yollarla təmin olunublar. Ancaq hələ də bərbad vəziyyətdə olan yollar çoxdur. “Mənim bölgələrə səfərlərim zamanı bu məsələ daim müzakirə edilir. Yerlərdən gələn təkliflər sonra dövlət investisiya proqramına salınır. Üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisi xüsusi yer tutur. Eyni zamanda, vətəndaşlar tərəfindən il ərzində də müraciətlər olur”, - deyə vurğulayan dövlətimizin başçısı diqqətə çatdırıb ki, Prezidentin ehtiyat fondundan ayrılan vəsaitin böyük hissəsi kənd yollarının tikintisinə gedir. Prezident İlham Əliyev nəzərə çatdırıb ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaqdır: “Məsələ də belə qoyulub. Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər”.

Yerli əhəmiyyətli yolların inşası intensiv şəkildə davam etdirilir

Yerli əhəmiyyətli yolların, o cümlədən, kənd yollarının yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Yeni Dövlət Proqramının icrasının birinci ili ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30-dan çox yeni körpü və yolötürücüləri tikilibya təmir olunub. O cümlədən, cari ilin birinci yarısında Qəbələ-Ağdaş, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar, Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Şəki-Qax və digər avtomobil yollarında əsaslı təmir işləri davam etdirilib. Hacıqabul-Kürdəmir (80 km), Kürdəmir-Ucar-Yevlax (87 km) avtomobil yollarının birinci texniki dərəcə səviyyəsində tikintisi, Muğanlı-Yevlax yolunun yenidən qurulması (115 km), Bakı-Şamaxı-Yevlax yolunun 15-67-ci kilometrlik hissəsində əlavə 2 zolağın tikintisi (52 km), Ələt-Astara avtomobil yolunun Masallı-Lənkəran (22 km) hissəsinin, Kür çayı üzərində yeni körpünün tikintisidavam etdirilib. Haqqında bəhs olunan layihələrin 2015-ci ilin sonunadək tamamlanması nəzərdə tutulub. Bundan başqa, avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, xidmət səviyyəsinin yüksəldilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması üzrə davamlı tədbirlər həyata keçirilməkdədir. Bu məqsədlə Bərdə, Ağsu, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Quba, Yevlax, Daşkəsən, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilib, Qusar, Oğuz, Xudat, Biləsuvar və Tovuz avtovağzalları yenidən qurulub. Hazırda Gəncə, Horadiz və Quzanlıda yeni avtovağzallar inşa olunur. Prezident İlham Əliyev bu yaxınlarda Cəlilabad rayonuna səfəri çərçivəsində sakinlərlə görüşündə kənd yollarının yenidən qurulmasının əhəmiyyətini bir daha diqqətə çatdırıb: “Cəlilabad rayonu əhalisinin böyük əksəriyyəti qəsəbələrdə, kəndlərdə yaşadığına görə yolların, o cümlədən, kənd yollarının yenidən qurulmasının xüsusi əhəmiyyəti var”.

Yeri gəlmişkən qeyd edək ki, indiyədək Cəlilabad rayonunda bir neçə yol layihəsi həyata keçirilib. Bu layihələr çərçivəsində təxminən 100 min əhalinin yaşadığı 60-dək yaşayış məntəqəsində yollar yenidən qurulub. Prezident İlham Əliyevin rayona səfəri çərçivəsində dövlət başçısının iştirakı ilə Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışı olub. Tikintisinə 2014-cü ilin mayında başlanılan bu yolun inşası yüksək səviyyədə və keyfiyyətlə aparılıb. Yolun istifadəyə verilməsi sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, həmin kəndlərin inkişafında da mühüm rol oynayacaq.

Prezident İlham Əliyev kənd yollarının inşasının bundan sonra da davam etdiriləcəyini bildirib: “Alar-Cəfərxanlı kənd yolunun açılışı da növbəti layihədir. Əlbəttə ki, gələcəkdə kənd yollarının tikintisi davam etməlidir, çünki hələ ki buna ehtiyac var...”

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.-2015.- 8 sentyabr S. 3.