Leyla Əliyeva kimi şəxsiyyətlər nadir əqidə gücünə malikdirlər və onların müraciətlərini milyonlar eşidə bilər

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri təyin edilməsi FAO-nun Azərbaycan ilə tərəfdaşlığa doğru daha bir vacib addımıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın resursların səfərbər edilməsi və donorlarla əlaqələr üzrə rəhbəri Nadin Valat bildirib.

Müəllif yazır ki, FAO 2015-ci il sentyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidentiFAO-nun xoşməramlı səfiri Leyla Əliyevanı təşkilatın baş ofisində qəbul etmək şərəfinə nail olub. Leyla Əliyeva 2015-ci il mayın 25-də FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın Bakıya səfəri zamanı təşkilatın xoşməramlı səfiri elan olunub. Səfər zamanı Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovla birlikdə FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Bürosunun yaradılması üzrə saziş imzalanıb.

Azərbaycanın 1995-ci ildən FAO-nun üzvü olmasını və həmin tarixdən etibarən tərəfdaşlığın inkişafını qeyd edən Nadin Valat yazır: “FAO 1999-cu ildə Azərbaycanın məcburi köçkünlərinə təcili köməyin göstərilməsi üzrə Niderlandın maliyyələşdirdiyi ilk layihəsini həyata keçirib. Son 20 il ərzində ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması və məcburi köçkünlərə kömək edilməsi üzrə bir neçə digər layihə reallaşdırılıb. Bu layihələr sırasına “quş qripi”nə nəzarət və onun aradan qaldırılması proqramları, eləcə də akvamədəniyyətin inkişafının dəstəklənməsi, köhnəlmiş pestisidlərin utilizasiyası, arıçılığın inkişafına dəstək, kənd təsərrüfatının qorunması və kənd qadınlarına dəstək üzrə layihələr daxildir”.

Nadin Valat Azərbaycanın beynəlxalq yardımı qəbul edən ölkə kimi statusunun dəyişdirilməsi üçün bu yaxınlarda birtərəfli qaydada konkret addım atdığını qeyd edir: “Ölkə ilkin olaraq Azərbaycanda olmaqla gələcəkdə regionun digər ölkələrinə və onun hüdudlarından kənardakı ölkələrə dəstək vermək imkanı ilə layihələr üçün tərəfdaş olmaq niyyətini bəyan edib”.

Müəllif vurğulayır ki, FAO bazar iqtisadiyyatı formalaşanorta səviyyəli gəlirləri olan ölkələr kimi yeni tərəfdaşları yüksək qiymətləndirir, çünki onlar beynəlxalq inkişaf arenasında əsas oyunçulardır və FAO-nun tərəfdaşlığın resurs bazasının şaxələndirilməsi üzrə səylərinə töhfə verə bilərlər.

2015-ci il mayın 25-də FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı imzalanıb. Proqram FAO-nun Bakıdakı Tərəfdaşlıq Bürosu tərəfindən həyata keçiriləcək. Beş il ərzində 10 milyon dollar vəsaitin yatırılmasını nəzərdə tutan yeni Tərəfdaşlıq Proqramı ilkin mərhələdə ölkə proqramları çərçivəsində Azərbaycan hökuməti və FAO-nun müəyyənləşdirdiyi prioritet sahələrə dəstək verilməsinə köklənəcək. Buraya heyvanların sağlamlığı və bitkilərin qorunması, o cümlədən heyvanların transsərhəd yerdəyişməsi və bitkilərin xəstəliyi ilə mübarizə, kənd təsərrüfatına, ərzaq təhlükəsizliyinə qoyulan investisiyalara dəstək və kənd rayonlarının inkişafı, təkmilləşdirilmiş kənd təsərrüfatı bitkiləri, balıqçılıq və heyvandarlığa dəstək, davamlı və səmərəli meşə təsərrüfatının inkişafı, torpaqsu resurslarının idarə edilməsi, potensialın, o cümlədən kənd təsərrüfatı təhsilinin, tədqiqatların inkişafı, eləcə də kənd təsərrüfatı və kənd rayonlarının inkişafı üçün siyasətin və institusional çərçivələrin genişləndirilməsi və möhkəmləndirilməsi daxildir.

FAO xoşməramlı səfir proqramına 1999-cu ildə başlayıb və o vaxtdan Karl Lyuis (atlet), Raul Bova (aktyor), Selin Dion (müğənni), Kraliça Letisiya (İspaniya) kimi dünya şöhrətli şəxsiyyətlər FAO-nun missiyasında xidmət edərək onu geniş ictimaiyyətə tanıtdırır, həmçinin FAO və onun mandatı adına çıxış edirlər. Dekabr ayında Tərəflərin Konfransı (COP21) iqlim dəyişikliyi məsələlərinin həlli üzrə yığıncaq keçirəcək. İqlim dəyişikliyinin milyonlarla insanın həyatına və onların ərzaq təhlükəsizliyinə böyük təsiri var. Dünyada daimi əsasda aclığı tam aradan qaldırmaq üçün texnologiyalarimkanlar mövcuddur.

Nadin Valat bildirir: “FAO hesab edir ki, təşkilatın xoşməramlı səfirlərinin dəstəyi ilə bu müraciəti bundan sonra da yaya və hamını inandıra bilər ki, aclığın qarşısını almaq arzu deyil, həyatımız boyu görə biləcəyimiz konkret imkandır”.

Qeyd olunur ki, Leyla Əliyeva kimi şəxsiyyətlər nadir əqidə gücünə malikdirlər və onların müraciəti milyonlarla insan tərəfindən eşidilə bilər: “Biz inanırıq ki, Leyla Əliyeva Azərbaycanda vəsaitlərin cəlb olunması üzrə böyük tədbirlərdə iştirak etməklə və FAO-nun fəaliyyəti barədə məlumat yaymaqla təşkilata uğurla kömək edəcək. Onun məşhurluğu yerli KİV-ləri regionda FAO-nun işinə cəlb edə və aclığa qarşı mübarizə barədə məlumatlılığı artıra bilər. Leyla Əliyeva Azərbaycan və regionda insanları FAO-nun layihələri və bu layihələrin nəticələri barədə məlumatlandıra bilər”.

FAO son illər ümumilikdə özəl sektor və xüsusilə də fondlar olmaqla digər əsas maraqlı tərəflərlə tərəfdaşlığının spektrini genişləndirir.

Müəllif yazıda, həmçinin bildirir ki, Heydər Əliyev Fondu çox məşhur təşkilatdır və Azərbaycanda inkişaf sahəsində fəaliyyəti, xüsusilə də qadınların gəlirlərinin generasiya edilməsinə və ətraf mühitin qorunmasına istiqamətlənmiş fəaliyyəti dəstəkləyir. FAO ümid edir ki, yaxın gələcəkdə Fondla tərəfdaşlığı inkişaf etdirmək mümkün olacaq. Leyla Əliyevanın təşəbbüsü ilə FAO və Heydər Əliyev Fondu kənd təsərrüfatında inkişaf və kəndin inkişafı sahəsində fəaliyyət barədə bilik və məlumatların mübadiləsi vasitəsilə səylərini uğurla birləşdirə və birlikdə aclıqdan xilas olan daha yaxşı dünya qura bilərlər.

 

Yeni Azərbaycan.-2015.- 9 sentyabr S. 3.