2011-ci ildə, 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda “Ərəb baharı”nın yaranmasından söhbət açır, burada vəziyyəti gərginləşdirməyə, sabitliyi pozmağa çalışırdılar

 

Prezident İlham Əliyev: Bu gün Yaxın Şərqdə həyata keçirilən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdı

 

Müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru olan Azərbaycan beynəlxalq dialoq əməkdaşlıq məkanı kimi çıxış edir. Cənubi Qafqaz regionunun lider dövləti olan ölkəmiz həm də beynəlxalq miqyasda etibarlı strateji tərəfdaş kimi tanınır və Azərbaycanla əməkdaşlıq siyasi, iqtisadi, geopolitik nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya edir, beynəlxalq əməkdaşlıq və təhlükəsizlik platformalarının formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Bir sözlə, ölkəmiz pozitiv beynəlxalq imicə malik olan suveren aktor kimi tanınır.

Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan regional güc mərkəzi kimi...

Azərbaycanın xarici siyasəti həyata keçirilən səmərəli daxili siyasətə uyğundur, başqa sözlə, bu kursu tamamlayır. Reallaşdırılan uğurlu daxilixarici siyasətin fonunda Azərbaycanın dinamik inkişaf strategiyası rasional səciyyə daşıyır, eləcə də ölkəmiz heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir. Yəni Azərbaycanda həyata keçirilən siyasət sırf ölkənin milli maraqlarına söykənir və əsas strateji hədəf uzunmüddətli inkişafın təmin olunması, beynəlxalq mövqelərin daha da möhkəmləndirilməsidir. Məhz buna paralel olaraq ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuzgüc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Rasional inkişaf strategiyasının həyata keçirilməsi bütün sahə və sektorların inkişafını təmin etməklə yanaşı, Azərbaycan iqtisadiyyatının beynəlxalq iqtisadi sistemə uğurlu inteqrasiyasına da təkan verir. Ölkə iqtisadiyyatı dünyanın rəqabətqabiliyyətli iqtisadiyyatları pilləsində davamlı surətdə irəliləyir.

Ümumiyyətlə, regionda, bütövlükdə Avrasiya geosiyasi məkanında baş verən son mürəkkəb geosiyasi hadisələrin nəticələri bir daha göstərdi ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları əsasında davam etdirir.

Dolayısıyla, əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır.

Bəzi dairələr Azərbaycanın müstəqil xarici siyasətini narahatlıqla qarşılayırlar

Amma bütün bunlara baxmayaraq, bəzi dairələr Azərbaycanın müstəqil xarici siyasətini narahatlıqla qarşılayır, bu kontekstdə öz məhdud geosiyasi maraqları naminə ölkəmizin daxilixarici siyasət kursuna müdaxilə etməyə çalışırlar. Azərbaycan dövlətinin milli-suveren siyasi iradəsi onu tələb edir ki, ikitərəfli münasibətlər sırf qarşılıqlı hörmət əsasında davaminkişaf etdirilsin, milli maraqlar əsas strateji prinsip kimi qəbul edilsin.

Bütövlükdə Avrasiya materikində ayrı-ayrı milli dövlətlərin müxtəlif siyasi kataklizmlər və iqtisadi böhranlarla qarşı-qarşıya qalması hegemon qüvvələrin imperialist siyasətinin nəticəsi kimi ortaya çıxıb və qeyri-sabitlik, xaos, anarxiya kimi hallar real nəticələr kimi çıxış edir. Məlum olduğu kimi, sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib. Müşavirədəki nitqi zamanı bu məsələlərə toxunan dövlətimizin başçısı qeyd edib ki, Yaxın Şərqdə son illər ərzində yüz minlərlə insan xarici müdaxilələr, qanlı toqquşmalar nəticəsində həlak olub: “Bu müharibənin, bu toqquşmanın sonu görünmür. Əksinə, yeni müharibə ocaqları yaranır və günahsız insanlar bundan əziyyət çəkir, yüz minlərlə insan, dediyim kimi, həlak olub”.

Prezident İlham Əliyev onu da diqqətə çatdırıb ki, postsovet məkanında vəziyyət daha da gərginləşir, həm qanlı toqquşmalar, eyni zamanda, siyasiiqtisadi böhranlar hökm sürür, qarşıdurma meyilləri güclənir: “Postsovet məkanı əlbəttə ki, bizim qonşuluğumuzdur. Burada da, - biz hamımız yaxşı görürük və ictimaiyyət də bunu bilir, - xarici müdaxilə öz rolunu oynayır və bundan əziyyət çəkən yenə də günahsız insanlardır”.

Azərbaycana qarşı təxribatçı və dağıdıcı geosiyasi planlar iflasa məhkumdur

Qeyd etdiyimiz kimi, Azərbaycanın müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin davamlı surətdə möhkəmlənməsindən narahatlıq keçirən bəzi xarici dairələr ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Xüsusilə də, mötəbər beynəlxalq tədbirlər ərəfəsində ölkəmizin imicinə - nüfuzuna zərbə vurmaq istəyən qüvvələr “qara piar” kampaniyasına istinad edirlər. Bununla yanaşı, Azərbaycana qarşı təxribatçı və dağıdıcı geosiyasi planlar hazırlanır, qeyri-müəyyən ssenarilərin tətbiqi sayəsində ölkəmizdə xaos mühiti yaratmağa çalışılır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: Bu gün Yaxın Şərqdə həyata keçirilən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdır. 2011-ci ildə, 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda “Ərəb baharı”nın yaranmasından söhbət açırdılar və deyirdilər ki, bu, qaçılmazdır. Burada vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışlar. Bizim hüquq-mühafizə orqanları bütün bu işlərin üstünü açıb. Azərbaycanda “Maydan hərəkatı”nı yaratmaq istəyirdilər. Gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib. On milyonlarla dollar vəsait aşkarlanıb ki, qanunsuz yollarla, yerlibeşinci kolonun vasitəsilə, qeyri-hökumət təşkilatları adı ilə Azərbaycana gətirilsin, vəziyyət gərginləşsin və burada bəzi xarici dairələrin xidmətində olan insanları da hakimiyyətə gətirsinlər. 2013-cü ilin əvvəlindən başlayaraq bu proseslər daha da ciddi formalar almışdır. Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri müşahidə olunub. Mən bunu açıq deyirəm. Mən bunu başqa cür qəbul etmirəm. Ancaq Azərbaycan xalqının, dövlətinin düşmənləri bu işlərdə iştirak edə bilərdi”.

Bəli, mühüm, mötəbər yerli və beynəlxalq tədbirlər ərəfəsində Azərbaycana qarşı dağıdıcı ssenarilərin gerçəkləşdirilməsi istiqamətində atılan addımlar, “beşinci kolonun qeyri-leqal vasitələrlə hərəkətə gətirilməsi, ölkəmizin pozitiv nüfuzuna qarşı yönəlmiş “qara piar” kampaniyasının arxasında müəyyən imperialist mərkəzlərin geosiyasi ambisiyaları dayanırdı. Bu proses çərçivəsində o da aydın oldu ki, “demokratiya”, “insan hüquqları” kimi məfhumları istismar mexanizminə çevirən həmin qüvvələr müstəqil siyasət həyata keçirən Azərbaycanın suveren mövqeyini, davamlı nailiyyətlərini həzm edə bilmirlər. Onlar müxtəlif anti-Azərbaycan dairələrlə sinxron hərəkət etməklə yanaşı, “beşinci kolonun da xidmətlərindən istifadə etməyə çalışmaqla, bütövlükdə Azərbaycanı xaos məkanına çevirmək niyyətində idilər.

Amma həmin dairələr nəzərə almalıdırlar ki, Azərbaycanın öz inkişaf yolu var və ölkəmiz hər hansı bir qurumya ölkədən asılı deyil, müstəqil siyasi iradə əsasında daxilixarici strateji kursunu davam etdirir. Müxtəlif təşkilatlarda ölkəmiz əleyhinə qərəzli dinləmələrin keçirilməsi, bəyanatların verilməsi, dağıdıcı geosiyasi ssenarilərin, xaos planlarının hazırlanması kimi cılız vasitələr isə təsir qüvvəsinə malik deyil. Çünki müstəqil siyasət həyata keçirən Azərbaycan bütün hallarda öz inkişaf yolunda irəliləyir və anti-Azərbaycan dairələrin bu cür neqativ cəhdləri iflasa məhkumdur. Eyni zamanda, belə manipulyasiyalarla ölkəmizdə ictimai rəyə neqativ təsir etmək və Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək mümkün deyil. Bu səylər nə Azərbaycanın beynəlxalq mövqeyinə, nə də uğurlu xarici siyasətinə təsir edə bilər. Yaxşı olar ki, regional güc mərkəzi kimi çıxış edən Azərbaycana qarşı adekvat yanaşma ortaya qoyulsun, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əməl edilsin. Dünya siyasətində yaradılmış neqativ situasiya Azərbaycanın müstəqil siyasətinə təsir etməyib və bundan sonra da ölkəmiz suverenlik prinsipi əsasında öz strateji kursunu davam etdirəcək. Ən əsası, dövlətimizin başçısının bildirdiyi kimi: “Bütün bu mənfi mənzərə fonunda ölkə iqtisadiyyatı inkişaf edir. Ölkədə sabitlik möhkəmlənir. Bizim beynəlxalq mövqelərimiz daha da güclənir. Bizimlə əməkdaşlıq edənlərin sayı gündən-günə artır. Azərbaycan beynəlxalq birliyin dəyərli, böyük hörmətə malik bir üzvüdür. Ölkədə proseslər müsbət istiqamətdə gedir. Xalq bizim siyasətimizi dəstəkləyir. Hətta böhranlı illərdə də bizim iqtisadiyyatımız uğurla inkişaf edir”.

Azərbaycan suverenlik prinsipinə əsaslanan rasional mövqeyini davam etdirir

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın müstəqil daxili xarici siyasət kursunun narahatlıqla qarşılanması həmin anti-Azərbaycan dairələrin ölkəmizə yönəlik dağıdıcı planlarının, neqativ yanaşmasının puça çıxması kimi xarakterizə edilməlidir. Çünki bütün mümkün təzyiq vasitələrindən istifadə edilməsinə rəğmən, Azərbaycan öz yolundan dönmür suverenliyə əsaslanan rasional mövqeyini davam etdirir. Buna paralel olaraq Azərbaycan həm beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Yəni istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm regional qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir. Eyni zamanda, Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş demokratik inkişafa malik olan ölkə kimi tanınır. Ölkəmizdə keçirilən bütün seçkilərdən sonra Qərbin aparıcı təsisatları Azərbaycanın demokratik inkişaf kursuna sadiq qaldığını əminliklə ifadə edirlər. Prezident İlham Əliyevin vurğuladığı kimi: “... Bu gün Azərbaycan dünya miqyasında müasir, dünyəvi, inkişafda olan, açıq, tolerant bir dövlətdir. Biz kimə mane oluruq?! Heç kimə! Bizim bütün ölkələrlə qarşılıqlı hörmət əsasında münasibətlərimiz var. Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Biz kimə mane oluruq?! Ancaq o dairələrə ki, hər yerə hakim olmaq, hər yerdəmarionetkagörmək istəyirlər. Ləyaqətli, öz xalqına güvənən, xalq tərəfindən dəstəklənən siyasətçiləri artıq görmək istəmirlər”.

Xalq-iqtidar birliyi Azərbaycanın milli güc komponenti kimi...

Azərbaycana yönəlik dağıdıcı plan ssenarilərə malik olan qüvvələrin iflasını şərtləndirən digər amil isə ölkəmizdə mövcud olan sarsılmaz xalq-iqtidar birliyidir. Ümumiyyətlə, xalq-iqtidar birliyi Azərbaycanın milli güc komponenti kimi çıxış edir.

Onu da vurğulamaq gərəkdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər. Başqa sözlə, Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü nüfuzunu artıran mexanizm qismində çıxış edir.

Bunlarla yanaşı, ölkəmizdə mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi Azərbaycanın milli gücünün artmasında ifadə olunur. Əminliklə qeyd etmək olar ki, bu gün dünya azərbaycanlıları qürur iftixar hissi keçirirlər ki, onları müdafiə himayə edən, hər bir azərbaycanlının inam güvən yeri olan müstəqil Azərbaycan dövləti var. Müasir, müstəqil dövlətimizin inkişafı soydaşlarımızın birlik həmrəyliyini təmin edən mexanizmə çevrilib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara söykənən daxili xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi sayəsində ölkəmiz artıq hər bir azərbaycanlının görmək istədiyi ideal məmləkətdir.

Dövlətimizin başçısı bəhs olunan çıxışı zamanı onu da qeyd edib ki, Azərbaycanda hər şey xalqın iradəsi ilə həll olunur, xarici dairələrin təhriki ilə yox: “Azərbaycan xalqı bütün bu çirkin niyyətlərə yox dedi, Azərbaycan iqtidarını dəstəklədi bu gün bu dəstək bizim əsas güc mənbəyimizdir. Xalq ilə iqtidar arasındakı birlik Azərbaycanda sabitliyin qarantıdır. Bizim bütün uğurlarımıza xor baxanlar da bunu bilsinlər. Biz heç kimin qabağında gözükölgəli deyilik öz sözümüzü deyirik, deyəcəyik. Azərbaycanın müstəqil həyatını təmin edəcəyik”.

Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycanda sabitlik, inkişaf, normal həyat davam edir: “Biz ölkəmizi bax bu bəlalardan qorumuşuq. Bizə qarşı uzanan o çirkin əlləri kəsmişik bundan sonra da ölkəmizi qoruyacağıq, xalqımızın inamlı inkişafını təmin edəcəyik”.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.-2015.- 10 sentyabr S. 2.