Siyavuş Novruzov: Azərbaycanın inkişafı bəzi dairələri çox narahat edir

 

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:

 

- Siyavuş müəllim, sentyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirildi. Dövlət başçısı bildirdi ki, “Qərb mediası miqrantlara tamamilə biganə və etinasız yanaşır”. Siz bu barədə nə deyərdiniz?

- Ümumiyyətlə qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə çox vacib məqamlarla yadda qaldı. Dövlət başçısı aidiyyəti strukturlara hökumətin gələcək fəaliyyətini hansı istiqamətdə qurması, Azərbaycanda başlanan tikinti, quruculuq və abadlıq işləri, islahatların həyata keçirilməsi, yeni yerlərinin açılması, sosial layihələrlə bağlı proqramların yerinə yetirilməsi, investisiya layihələri ilə bağlı birbaşa tapşırıq və tövsiyələrini verdi. Bütün aparılan və görülən bu işlərin hamısı əhali, xalq, cəmiyyət üçündür. Müşavirədə də qeyd olunduğu kimi, dünyada, regionda baş verən hadisələr və səbəbi bizdən asılı olmayan, iqtisadiyyatda baş verən təlatümlər, təbii ki, Azərbaycandan da yan keçmir. Çünki ölkəmiz hər hansı bir adada deyil, əksinə bu dövlətlərlə ünsiyyətdədir və onlarla iqtisadi, ticari dövriyyələri var. Əgər Avropada, Yaxın Şərqdə, postsovet məkanında hər hansı bir hadisə baş verirsə, istər-istəməz bizdən asılı olmayan səbəblərdən ölkəmizə də təsir edir. Ümumiyyətlə, elə hallar baş verir ki, biz nə qədər istəsək də, onun qarşısını ala bilmərik. Çalışırıq ki, bu kimi hallar Azərbaycan vətəndaşına, ölkəmizdə yaşayan insanlara təsirsiz ötüşsün. Vaxtilə Azərbaycanda qoyulan iqtisadi inkişaf strategiyası, qeyri-neft sektorunun inkişafı və bununla bağlı olan digər xidmət sahələrinin inkişaf etdirilməsi, neftdən gələn gəlirlərin Azərbaycanın infrastruktur layihələrinə cəlb olunması bizi digər ölkələrdən xeyli qabağa saldı. Nəticə etibarilə bu müddət ərzində Azərbaycanda neçə onilliklərlə görülməyən işlər görüldübaşa çatdırıldı. Biz bu gün dünyaya nəzər salsaq görürük ki, stabil dövlətlərin dağıdılması, orada yaşayan xalqların iradəsi ilə deyil, əksinə kənar güclərin həmin dövlətlərin təbii sərvətlərinin mənimsənilməsi və öz maraqlarına xidmət etməsinin nəticəsində yaradılan süni konfliktlər bu gün Avropadan da yan keçmir. Yəni Avropanın özünə aid olmayanbaşqa ölkələrin daxili işlərinə qarışması prosesinin nəticəsi olaraq bu gün dünyanın bir çox yerlərində yeni-yeni münaqişə ocaqları yaranıb. Təbii ki, bu getdikcə davam etməkdədir. Əgər vaxtilə “soyuq müharibə” bitənədək bir münaqişə ocağı var idisə, bu gün İsrail-Fələstin münaqişəsi çox-çox geridə qalır və ondan qat-qat böyük miqyaslı insanlara, ölkələrə ziyan verən, dövlətləri parçalayan və s. süni münaqişələr yaranıb. Bizlər də bunun şahidiyik. Bu xaosun qarşısı alınmasa, bundan sonra daha böyük fəlakətlər gözlənilər bilər və gözlənilməkdədir.

Əgər əvvəllər Avropa özünün həmişə əsas dəyəri kimi insan haqları prinsiplərini ortaya qoyurdusa, bu gün insan hüquqlarının pozulmasını, insana qarşı ən alçaldıcı hərəkətlərin edilməsini biz mətbuat, televiziya vasitəsilə şahidi oluruq. Görürük ki, onlar insanları miqrant kimi deyil, əksinə, yaşından, cinsindən asılı olmayaraq uşaqlı, böyüklü, qocalı qul kimi vaqonlara yığaraq bir ölkədən başqa ölkəyə deportasiya edirlər. Burada hansı insan dəyərindən, hüququndan danışırlar. Bütün bu olanlara Avropa mətbuatı susur. Əksinə, hətta bəzi yerlərdə miqrantlara qarşı etiraz aksiyaları keçirirlər və onları gündəlik qida məhsullarından da məhrum edirlər. Onlara qarşı çox amansız şəkildə davranış sərgiləyirlər. Böyük Britaniya kimi güclü bir dövlət iki il müddətinə cəmi 5 min miqrant qəbul etmək haqqında qərar qəbul edib. Hətta o miqrantların böyük əksəriyyəti dini seçimlə bağlıdır. Aparılan təhlillər nəticəsində məlum olub ki, Ərəb ölkələrindən, Afrikadan oraya üz tutan insanlar başqa dini inanca məxsus olanlardır. Bu gün Almaniyada 150 min mühəndis, 40 mindən artıq xidmət sahəsi, 90 mindən artıq təmizlik işləri ilə bağlı vakansiya yeri var. Əhali yaşlı olduğu üçün istər-istəməz burada boş yerləri yaranır. Məhz bunun nəticəsi olaraq onlar Avropa ölkələrindən deyil, digər ölkələrdən ucuz işçi qüvvəsi cəlb edirlər. Cənab Prezident İlham Əliyevin də keçirdiyi müşavirə bir növ Azərbaycan xalqına müraciət idi. Bu yaxınlarda Aralıq dənizinin Türkiyə sahillərində körpə uşaq cəsədi tapıldı. Suriya müharibəsindən qaçan bir ailənin faciəsi olan bu hadisə bütün bəşəriyyəti ayağa qaldırmalıdır. Türkiyə kimi bir dövlət iki milyondan artıq qaçqın qəbul edib. Bütövlükdə Avropa İttifaqı isə 5 il müddətinə 150 min miqrantı qəbul edib-etməmək haqqında hələ də fikirləşir. Yunanıstan adalarında miqrantlar bir növ əsir kimi saxlanılır. Bəyəm onların hüquqları yoxdur, onlar insan deyil? Avropa Xartiyasında da var ki, siyasi və hərbi münaqişə nəticəsində miqrant olmuş şəxslər heç bir maneə törədilmədən Avropanın istənilən dövlətinin ərazisində yaşamaq hüququna malikdir. Bu gün biz bunun şahidi olmuruq. Vaxtilə hinduların, qaradərililərin başına gətirilənlər bunun yanında çox yüngül hadisələrdir. Hətta burada insan alverinin qurbanına çevrilənlər var. Onlar itkin adı altında bu sahə ilə məşğul olan tacirlərin qurbanına çevrilirlər. Hesab edirəm ki, biz bu məsələyə çox ciddi yanaşmalıyıq. Türkiyədə baş verən hadisələrə nəzər salsaq görərik ki, NATO-nun üzvü olan dövlətə qarşı riyakarcasına təxribatlar həyata keçirilir. Bir zaman qeyd etdilər ki, “İraq-Şam İslam Dövləti” (“İŞİD”) Türkiyə sərhədlərinə yaxınlaşır. Bəs nə oldu ki, “İŞİD” birdən-birə Türkiyə sərhədlərindən uzaqlaşdı? Orada PKK-nı silahlandırdılar ki, guya “İŞİD”ə qarşı döyüşsün. Əslində şahidi oluruq ki, PKK terrorçuları silahlandırılır və Türkiyənin üzərinə göndərilir. Azərbaycan xalqı hər zaman ölkə iqtidarını dəstəkləyib və bundan sonra da daha güclü şəkildə dəstəkləməlidir.

- Müşavirədə də qeyd edildiyi kimi, bu gün Yaxın Şərqdə həyata keçirilən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdır. 2011-ci ildə, 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda “Ərəb baharı”nın yaranmasından söhbət açırdılar və deyirdilər ki, bu, qaçılmazdır. Burada vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışlar.

- Biz hələ Ərəb yarımadasında hadisələr baş verərkən həmin olayları pisləmişdik və indinin özündə də bunu pisləyirik. Orada müxalifət adı altında, guya demokratiya uğrunda mübarizə aparan insanların hamısı Əfqanıstan, Pakistan ərazisində terrorla məşğul olan “Əl-Qaidə”nin və ona himayədarlıq edən böyük dövlətlərin nümayəndələri idi. Sonradan onlar adlarını dəyişdirsələr də məqsəd və məramları eyni idi. Avropa İttifaqına daxil olan ölkələrin özündən on mindən artıq insan bu gün İraq-Şam İslam Dövləti (“İŞİD”) sıralarında döyüşürlər. Həmçinin orada hərbi xidmətdə olmuş NATO-ya məxsus qüvvələrin əsgərləri və digərləri artıq bu qruplaşmanın tərkibindədir. Yəni onu hansısa din adı altında verməyə, maskalamağa çalışırlarsa da, bu alınmır. Əslində bu, çox səhv addımdır. Təbii ki, müsəlmanlar gözəl bilir və “Qurani-Kərim”də də göstərilib ki, yönümündən asılı olmayaraq terror (qəddarlıq, insana əzab vermək və s.) qadağandır. Ona görə də din pərdəsi arxasında bunu etməyin heç bir mənası yoxdur. Bütün İslam üləmaları, alimləri də bunu təsdiq edə bilərlər. Hər bir ölkədə bunlara haqq qazandıran, onların işinə siyasi don geyindirən əlaltıları mövcuddur. İndiyədək onlar həmin əlaltılarını müxtəlif vəsaitlərlə, qrantlarla, yardımlarla kölə, qul vəziyyətinə salıblar. Vaxtilə Ukraynada ilk çevriliş baş verəndə (“Narıncı” inqilab), Azərbaycanda da bir qrup boğazına şərf bağlayaraq narıncı ayaqqabı, şalvar və köynək geyindi. Məsələn, Gürcüstanda “Qızılgül” inqilabı baş verərkən onlar da əllərinə bir dəstə gül götürüb başladılar küçələrə çıxmağa. O cümlədən də “Ərəb baharı” başlayan kimi bir qrup ortaya düşərək dedi ki, bizbunu edirik.

Bu insanların dərrakəsi o qədər aşağı səviyyədədir və başa düşmürlər ki, Azərbaycan inkişaf etmiş bir dövlətdir. Azərbaycan demokratik dövlət quranda, o dövlətlərin heç biri dünya xəritəsində yox idi. Hətta ölkəmizdə ilk opera yaradılanda bu ölkələrin mədəniyyətdən məlumatları yox idi. Eləcə də Azərbaycanda 1918-ci ildə qadına seçki hüququ veriləndə ABŞ-da 1962-67-ci ilə qədər qadınların seçki hüququ mövcud deyildi.

Beləcə, zamanı, məkanı, xalq-iqtidar birliyini nəzərə almayan, sosial bazası, elektoratı olmayan bu insanlar ortaya düşüb özlərinin riyakar, satqın, başqa dövlətin əlaltısı olmaq missiyasını üzərlərinə götürüblər. Sonda iflasa uğradılar. Nəticədə, ətrafında olan insanlar anti-Azərbaycan mövqelərinə görə həmin partiyalardan, təşkilatdan uzaqlaşdılar. Sadəcə, orada 3-5 nəfər vətən xaini, milli satqın qalıb. OnlarMilli şura”nın yanında “Milli satqınlar şurası” yazmalı idilər. Çünki bunlar bəlli insanlardır. Azərbaycanda hər hansı bir təbii fəlakət baş verəndə və xaricdə Azərbaycan əleyhinə yazı yazılan kimi buna dərhal reaksiya verirlər. Onları bu hadisələrin millətə, dövlətə ziyanı maraqlandırmır. Ən azından zərrə qədər də olsa vətənpərvərlik, azərbaycançılıq hissi olan insan buna öz etirazını bildirməlidir. Ümumiyyətlə, bu şəxslərin axırına az qalıb. Onlar artıq Azərbaycanın ictimai-siyasi həyatından siliniblər.

- Prezident həmçinin bildirdi ki, bəzi xarici dairələr Azərbaycanda “Maydan” hərəkatını yaratmaq istəyirdilər, gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər. Bu haqda sizdüşünürsünüz?

- Ümumiyyətlə, bəzi beynəlxalq təşkilatlar var ki, onların arxasında erməni lobbisi dayanır. Onların mərkəzi ofislərində, təşkilatların idarə heyətlərində bilavasitə ermənilər təmsil olunurlar və bəlli mənbələrdən vəsait alırlar. Həmin vəsaitin bir hissəsi onu verən təşkilatın özünə qayıdır, digər hissəsi isə Azərbaycanın imicinə xələl gətirmək, ictimai-siyasi sabitliyi pozmaq, müxtəlif iğtişaşlar yaratmaq və ölkəmizi hansısa xaos, müharibə şəraitində və s. olan dövlət kimi qələmə verməyə sərf olunur. Onların əsas məqsədi müxtəlif üsullardan, vasitələrdən istifadə etməklə öz firmalarını, təşkilatlarını ölkəmizdə güzəştli şərtlərlə yaratmaqdır. Digər tərəfdən müsəlman ölkəsi olaraq Azərbaycanın inkişaf etməsi, müasirləşməsi, bütün dinlərin, təriqətlərin eyni qaydada ölkəmizdə fəaliyyət göstərməsi və s. onları çox narahat edir. Təbii ki, bunun üçün də “sapı özümüzdən olan baltalar” tapıb ortaya çıxarırlar. Məsələn, “Milli şurayaranan kimi qondarma “Talış-Muğan Respublikası”na müraciət etdi. Hansı ki bu söhbət çoxdan bitmişdi. Hətta “TMR”-in qondarma başçısı Əlikram Hümbətov Ermənistana səfər edib orada etdiyi çıxışlarda Azərbaycan əleyhinə fikirlər söyləyirdi. “Milli şura”nın üzvlərindən biri isə onu dəstəkləmişdi. Artıq xoruzun quyruğu görünür. Yəni onlara verilən qrantların məqsədi, məramı odur ki, nə edirsiniz edin, nə qədər mənimsəyirsiniz mənimsəyin, amma qalan hissəsini mütləq Azərbaycanda iğtişaşların törədilməsinə yönəldin. Hətta sizlər də şahidi oldunuz ki, Azərbaycanın bir neçə rayonunda buna cəhd etdilər. Lakin hüquq-mühafizə və digər təhlükəsizlik orqanları həmin olayların qarşısını vaxtında aldı. İkincisi isə heç bir dövlətə, hətta bizi istəyən dövlət olsa belə, güclü Azərbaycan dövləti, Prezidenti sərf etmir. Onlar hesab edirlər ki, həmin dövlət arabanın beşinci təkəri olmalıdır.

Bu gün Azərbaycan regionda sırf müstəqil və ölkələrlə bərabərhüquqlu siyasət aparan bir dövlətdir. Burada bir növ Azərbaycan xalqının maraqları təmsil olunur. Yəni hansısa bir dövlətin, qurumun, təşkilatın yox. Onlar Ukrayna hadisələri başlanan zaman gördülər ki, heç nə etmək mümkün deyil. Hətta Azərbaycan müxalifəti belə bir fikir söyləmişdi ki, Ukraynaya Heydər Əliyev lazımdır. Artıq ayrı-ayrı yerlərdə bunu etiraf edirlər. Bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycanın uğurlu siyasəti daha geniş və çoxşaxəli şəkildə davam etdirilir. Azərbaycanda I Avropa Oyunları keçirildi. Hər dəfə keçmiş dövlət başçıları, siyasət, mədəniyyət, incəsənət xadimləri ölkəmizə gəlir, burada yaradılan şəraiti görürlər. İlk Avropa Oyunlarında bir milyarddan artıq insan televiziya vasitəsilə Azərbaycanı izlədi. Ümumilikdə götürdükdə, Azərbaycan bu gün regionda bir təhlükəsizlik, stabillik adasıdır.

- Siyavuş müəllim, artıq parlament seçkilərinə az bir müddət qalıb. Amma müxalifət hələ də Yeni Azərbaycan Partiyasının namizədlərinin siyahısının çıxmasını gözləyir. Sizcə, onların bu narahatçılığı nə ilə bağlıdır?

- Heç şübhəsiz ki, mən müxalifətin Yeni Azərbaycan Partiyasının namizədlərinin siyahısını açıqlamamasına görə narahatçılığını başa düşürəm. Hər bir partiya namizədlərini elan etsə də, biz gündəlik dairələrlə, yerli təşkilatlarla, seçki qərargahları ilə əlaqə saxlayırıq. Çalışırıq ki, müəyyənləşdirək görək kimlər dairə seçki komissiyasına müraciət edibonlar hansı partiyalardır və s. Onlar gözləmə mövqeyi tuturlar ki, hansı dairədən YAP-ın hansı namizədi irəli sürüləcək. Bundan sonra da ola bilsin ki, onlar öz dairələrində dəyişikliklər etsinlər. Bu şəxslər çalışacaqlar ki, zəif nöqtə axtarsınlar və həmin nöqtədən namizəd irəli sürüb Milli Məclisdə yer qazanmaq uğrunda mübarizə aparsınlar.

Ümumilikdə götürəndə, parlament seçkiləri ilə bağlı həm ictimai-siyasi mühit sağlamdır, həm qanunvericilik bazası var, həm də seçkilərə hazırlıq prosesi tam normal qaydada gedir. Azərbaycanda olan ictimai-siyasi təşkilatlar, o cümlədən qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri, bütün təbəqədən olan insanlar seçkilərdə iştirak etmələri ilə bağlı bəyanat veriblər. Artıq onların müəyyən hissəsi dairələrə müraciət etməyə başlayıblar. Yerdə qalan bir neçə qurum isə sosial bazası, elektoratı olmayan siyasi təşkilatlardır. Bəllidir ki, onlar milli satqınlardır. “Milli şura” adlı bu qurum dairələrin heç birindən namizəd irəli sürə bilmədiyindən və bu gün tənəzzül dövrü yaşadığından bu prosesdə iştirak etmirlər. Qeydiyyatdan keçən siyasi təşkilatların demək olar ki, əksəriyyəti seçki prosesində iştirak edir.

- AXCP ətrafında Əli Kərimli ilə Razi Nurullayev arasında konfliktlər getdikcə güclənməkdədir. Bunun sonu necə ola bilər?

- Ümumiyyətlə, AXCP-də antimilli qüvvələr toplaşıb. Az-çox millətini, xalqını, dövlətini sevən, dünyada gedən prosesləri bilən və başa düşən insanlar artıq AXCP-dən üz döndəriblər. Beləcə, onlar haqlı olaraq özlərinin haqlarını tələb edirlər. Vaxtilə Əbülfəz Elçibəyin müavinləri olanlar bu gün özləri siyasi təşkilat yaradıblar. Əli Kərimli AXCP-nin deyil, sadəcə olaraq, “Yurd” təşkilatının varisi kimi fəaliyyət göstərir. AXCP ona etibarnamə ilə verilməyib. Əli Kərimli AXCP adını mənimsəyib. Bu baxımdan daSiyasi partiyalar haqqında” qanuna uyğun olaraq AXCP-dən ayrılanlar demokratik qaydada öz haqlarını tələb edirlər. Əli Kərimli və ətrafı isə söz, fikir azadlığı barədə düşünən insanları dərhal partiya sıralarından uzaqlaşdırır, üstəlik, onlaraiqtidara işləyənlər” damğası vururlar. Əslində iqtidara işləmək millətə, xalqa, dövlətə işləməkdir. Erməni lobbisinə, Azərbaycanı dağıtmaq istəyən qüvvələrə işləmək isə əsl cinayətdir. Onlar Azərbaycanda “Maydan” hərəkatını yaratmaq istəyənlərə, xaricdən pul alıb iğtişaş törədənlərə, evləri yandıranlara və s. işləyirlər. Çünki bu şəxslər özləri də o yolun yolçularıdır. Leyla Yunusu bir balaca “silkələməklə” Avropanın 4 yerində mülkləri və banklarda pulları ortaya çıxdı. Sual olunanda ki, bunlar nədən ötrüdür, Arif Yunus dedi ki, qardaşımla görüşmək üçün yer lazım idi. Bəyəm görüşmək üçün xaricdən ev almaq lazımdır? Bunun üçün otelbaşqa-başqa yerlər də var. Əgər bu evdisə, deməli, bu evdə plan cızılır. Verilən cavabın özü belə məntiqsizdir. İndi təsəvvür edin, Əli Kərimlini tutub silkələsən nə qədər mülklər və xarici banklarda vəsaitlər ortaya çıxacaq. Bu təşkilatların artıq üzü bəllidir. Azərbaycan ictimaiyyəti bunu bilir, görür və qiymətləndirir.

- Necə düşünürsünüz, Cəmil Həsənlinin parlament seçkilərində namizədliyini verməməsi Əli Kərimlinin bilavasitə təsiri ilə bağlı ola bilərmi?

- Cəmil Həsənli də artıq bu prosesin iştirakçısıdır. Bunlar bir medalın iki üzüdürlər. Digər tərəfdən, Cəmil Həsənliyə heç kim səs verən deyil. Vaxtilə o, millət vəkili seçilib. Seçilməyinin səbəbi isə odur ki, o, müəyyən pərdə arxasında gizlənirdi alim kimi özünü cəmiyyətə sırımağa çalışırdı. Onun üzü artıq açılıb, bundan sonra heç kim ona dəstək verməyəcək.

 

Yeni Azərbaycan.-2015.- 10 sentyabr S. 4.