Əli Əhmədov:
Qarşıdakı seçkilərdə daha
böyük uğur
qazanacağımıza əminlik var
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədovun yap.org.az saytına müsahibəsi
- Əli müəllim, Yeni Azərbaycan Partiyasının namizədləri dünən, sentyabr ayının 15-də açıqlandı. Seçki kampaniyası isə demək olar ki, 2 həftədir artıq start götürüb. Gec deyil ki?
- Xeyr. Yeni Azərbaycan Partiyasının siyahısının sentyabr ayının 15-də açıqlanması qabaqcadan planlaşdırılmışdı. Bu, partiyanın seçki taktikasının bir tərkib hissəsi kimi nəzərdə tutulurdu. Doğrudur, mətbuatda çox müxtəlif müddətlər səsləndirilirdi. Lakin onların heç biri əsaslı deyildi.
Deputatlığa namizədlərin irəli sürülməsi və qeydiyyatı kifayət qədər sadədir. Ona görə də Yeni Azərbaycan Partiyasının namizəd siyahısının sentyabrın 15-də açıqlanması gec sayıla bilməz. İrəli sürülən bütün namizədlərin qeydə alınması üçün kifayət qədər vaxt var.
- Siyahını necə qiymətləndirərdiniz?
Dəyişikliklər çox deyil. Deməli, yeni adlar da
azdır.
- Mən hər şeydən əvvəl Yeni Azərbaycan Partiyasının siyahısını
optimist və ədalətli
hesab edərdim. Bu siyahı partiyanın
özünə inamını
və daxili monolitliyini ifadə edir. Mən açıqlanmış siyahımızı perspektiv
planda şanslı hesab edirəm.
Dəyişikliklərə gəldikdə isə, bunu «az» və
ya «çox» anlayışları ilə
ifadə etməyin tərəfdarı deyiləm. Bu halda daha yerinə
düşən ifadə
«optimal» olardı. Elan edilən
siyahı ilə ilk növbədə Yeni Azərbaycan Partiyası özünün deputat korpusundan razılığını
ifadə etmişdir.
Yeni Azərbaycan Partiyasını
Milli Məclisdə təmsil edən deputatların əksəriyyəti
həm partiyanın, həm də seçicilərinin etimadını
doğruldublar. Yəqin ki,
partiyanın deputatlarından
bir neçəsinin icra strukturlarında vəzifəyə təyin
olunması və beynəlxalq təşkilatda
rəhbər vəzifəyə
seçilməsi səsləndirdiyim
fikrin təsdiqi üçün yetərlidir.
Bununla belə, siyahıda kifayət qədər yeni simalar da
var. 2010-cu il parlament seçkilərində
partiyamız 72 mandat qazanmışdı. 2015-ci il seçkilərində
isə biz 117 dairə
üzrə namizəd
irəli sürmüşük.
Gördüyünüz kimi, yeni simaların irəli sürülməsinə kifayət
qədər imkan vardır və həmin imkandan ən faydalı şəkildə istifadə
etməyə çalışmışıq.
- Qeyd etdiniz ki,
Milli Məclisə
2010-cu ildə keçirilən
seçkilərdə Yeni
Azərbaycan Partiyası
70-dən çox dairədə
uğur qazanmışdı.
2015-ci illə əlaqədar proqnozunuz necədir?
- Qabaqcadan proqnoz vermək istəməzdim.
Söhbətimizin əvvəlində qeyd etdim ki,
partiyamızı seçkilərdə
müşayiət edən
əsas keyfiyyətlərdən
biri özünəinamdır.
Bu, əsassız deyil. 2010-2015-ci illər ərzində ölkəmiz daha da inkişaf edib və bu
inkişafın əsasını
partiyamızın sədri
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğur qazanması təşkil edir. Ötən 5 il
ərzində Yeni Azərbaycan Partiyası da inkişaf edib, güclənib, ictimai dayaqları və sosial bazası möhkəmlənib.
2010-cu ildə partiyamızın 500 min üzvü
var idi, indi isə bu
rəqəm 700 minə
yaxınlaşır. Deməli, Yeni
Azərbaycan Partiyasına
inanan, onu dəstəkləyən vətəndaşların
sayı daha da artıb. Bu isə bizim
qarşıdakı seçkilərdə
daha böyük uğur qazanmağımıza
inamı artırır.
- Yeni Azərbaycan
Partiyası qadınların
və gənclərin
ictimai – siyasi proseslərdə fəallaşmasına
xüsusi diqqət verib. Bu mənada növbəti seçkilərdə
proqramınız barədə
nə deyə bilərsiniz.
- Həqiqətən, Yeni Azərbaycan Partiyası cəmiyyətdə qadınların
və gənclərin
iştirakçılığının
artırılmasının təşəbbüskarlarından biridir. Açıqlanmış
siyahıya baxsanız,
dediklərimə bir daha şahid ola bilərsiniz.
Doğrudur, Milli Məclisə
seçkilər kimi gərgin siyasi yarışda uğur qazanmaq cəmiyyət və ya heç
olmasa iddiaçı olduğun dairə miqyasında kifayət qədər tanınmadan mümkün deyil. Nəzərə almaq lazımdır
ki, söhbət 10 milyonluq Azərbaycanda cəmi 125 nəfərdən
biri olmaq uğrunda mübarizədən
gedir. Etiraf etmək istəyirəm ki, Yeni Azərbaycan
Partiyasının sıralarında
belə qadınlar və gənclər az deyil
və onların daha şanslı hesab etdiyimiz nümayəndələri siyahıda
özünə yer tutublar. Həm məqsədimiz odur,
həm də təbliğatımızın bütün
gücündən istifadə
edəcəyik ki, namizədliyini irəli sürdüyümüz qadınlar
və gənclər uğur qazansınlar, partiyamızın gələcək
deputat korpusunda layiqincə təmsil olunsunlar.
- Əli müəllim,
rəqibləriniz haqqında
nə demək istərdiniz. Hansı partiyaları Yeni
Azərbaycan Partiyasına
çətin rəqib
hesab edirsiniz?
- Yeni Azərbaycan
Partiyası özünəməftunluqdan,
lovğalıqdan, müvəffəqiyyətdən
başgicəllənməsi hallarından uzaqdır. Bütün bunlarla
yanaşı, Azərbaycanın
siyasi həyatının
artıq hamıya məlum olan və hamının qəbul etdiyi reallıqları mövcuddur.
Məmnunluq hissi ilə
bildirmək istəyirəm
ki, təmsil olunduğum partiyanın cəmiyyətdəki çox
böyük mənəvi
və siyasi gücü fonunda biz çox zəif rəqabət müqaviməti
hiss edirik. Opponentlərimiz bu günə qədər aydın hədəflərini müəyyənləşdirə
bilməyiblər. Siyasi fəaliyyətlərinin
yeganə məqsədini
şər və böhtanda görürlər,
milli maraqlara zərbə vurmaqdan belə çəkinmirlər.
Cəmiyyətə pozitiv heç
nə vəd edə bilmirlər, mahiyyət etibarilə neqativ enerji daşıyıcılarına çevriliblər.
Nəticə tamamilə gözlənilən
və anlaşılandır.
Müxalifət sarsılıb, dağılıb,
parçalanıb. Azərbaycanın siyasi həyatında müxalifətin rolu demək olar ki, görünmür.
İndi müxalifət, xüsusilə
də onun aqressiv hissəsi siyasi mübarizəni və siyasi fəallığı Azərbaycandan
kənarda olan müxtəlif qruplarla işbirliyində görür.
Ən acınacaqlısı da odur ki, həmin
qruplar bir qayda olaraq anti – Azərbaycan mövqeyini heç zaman gizlətmir. Nəticədə müxalifətin həmin qolu özü mahiyyət etibarilə anti
– Azərbaycan elementinə
çevrilir. Bunun bir
adı da «5-ci kolon»dur. Tamamilə aydındır ki,
öz qrup maraqlarını xalqın
maraqlarına qarşı
qoyanlar xalqın dəstəyinə ümid
edə bilməz.
Müxalifətin bəzi dairələrinin
seçkilərdə iştirak
etməməsinin səbəbini
bunda axtarmaq lazımdır.
Rəqiblərimizlə əlaqədar sözlərimə
yekun vuraraq bildirmək istəyirəm
ki, biz xalqa inanırıq, onlar isə xalqdan uzaq düşüb. Deməli qüvvələr
qeyri – bərabərdir,
çünki seçkinin
yeganə hakimi seçicidir, başqa sözlə, xalqdır.
- Yeni mövzuya keçib Avropa Parlamentinin Azərbaycana dair qəbul etdiyi növbəti qərəzli qətnaməsi
ilə əlaqədar
da sual vermək
istərdim. Siz qətnamə ilə
bağlı fikirlərinizi
bildirmisiniz. Bu mövzuda daha nə deyə bilərsiniz?
- Müdriklərin bir yanaşması var: bir dəfə dedin inandım, ikinci dəfə dedin şübhələndim,
üçüncü
dəfə dedin – artıq inanmıram. Avropa Parlamenti Azərbaycana qarşı görün neçənci, yumşaq desək qeyri – obyektiv qətnaməsini qəbul edir. Qərəz təkcə məlum qətnamələrin məzmununda
deyil, həm də Avropa Parlamentinin davranışının
mahiyyətindədir. Bu
qurum açıq şəkildə anti – Azərbaycan
mərkəzinə çevrildiyini
gizlətmək belə
istəmir. İstənilən halda qərəzin cavabı qəzəb olub. Bu gün
Azərbaycanda Avropa Parlamentinə qarşı
böyük bir qəzəb müşahidə
olunmaqdadır.
Heç bir xalq razı
olmaz ki, onun ölkəsi xaricdən müəyyən
edilmiş qaydalarla idarə olunsun. Avropa Parlamenti
isə çalışır
ki, müstəqil dövlətlərə davranış
qaydaları öyrətsin.
Azərbaycan əməkdaşlıq ideyasının
əleyhinə deyil. Bəlkə də
bizim ölkəmiz əməkdaşlığa ən
çox hazır olan ölkələrdən
biridir. Lakin hər bir əməkdaşlıq qarşılıqlı
olmalıdır. Avropa
Parlamentinin Azərbaycana
qarşı açıq
hiss olunan qərəzli
mövqeyi əməkdaşlıq
imkanlarını heçə
endirir. Nəzərə
alsaq ki, Avropa strukturları ilə illərdir davam edən əməkdaşlıqdan Azərbaycan
indiyədək heç
nə qazanmayıb, ələlxüsus Dağlıq
Qarabağ məsələsində
ciddi ədalətli dəstək əldə edə bilməyib, onda sözügedən əməkdaşlığın pozulmasında itirəcəyimiz
də yoxdur.
Avropa Parlamenti,
digər Avropa qurumları Azərbaycana
qarşı qərəzli mövqelərini saxladıqca, Azərbaycanı
o qədər özlərindən
uzaqlaşdırmış olacaqlar. Qeyri – qanuni yollarla hansısa qrupları və ya şəxsləri müdafiə etmək,
«5-ci kolona» çevirmək cəhdlərini
düzgün və ədalətli
saymıram. Avropa Parlamenti
unutmamalıdır ki, Azərbaycanın öz dövlət və milli
maraqlarını qorumaq haqqı var və o, bu haqqını heç
kimə vermək niyyətində deyil. Avropa Parlamenti bir də onu nəzərə
almalıdır ki, Azərbaycan haqqında
yerli – yersiz ədalət
və obyektivlikdən uzaq qətnamələr
qəbul etməklə özünü və
qətnamələrini gözdən salır.
Yeni
Azərbaycan.- 2015.- 17 sentyabr.- S.- 4