“Heydər Əliyev Azərbaycanda siyasi multikulturalizmin banisidir”

Ölkəmizdə elmin müxtəlif sahələri üzrə biliklərin artırılmasında, milli-mənəvi dəyərlərin təbliğində ölkədə aparılan quruculuq proseslərinin mahiyyətinin geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynayan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu artıq ikinci ildir ki, “Bilik günü”ndə gənc nəslin ictimai-siyasi biliklərinin siyasi təfəkkürünün formalaşdırılması üçün cəmiyyətin dövlətin həyatında mühüm əhəmiyyət kəsb edən aktual məsələlərə dair elm xadimlərinin mühazirələrini təşkil edir. Respublikanın müxtəlif bölgələrində təşkil olunan bu mühazirələr alimlər, görkəmli elm xadimləri mütəxəssislər tərəfindən həyata keçirilir. Bu günlərdə isə Bilik Fondu Ağdaş rayonunda “Heydər  Əliyev Azərbaycanda siyasi multikulturalizmin banisidir” mövzusunda tədbir təşkil etmişdir.

 

Tədbirdə Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Ağdaş Rayon Təşkilatının, YAP Ağdaş Gənclər Birliyinin, Heydər Əliyev Mərkəzinin, rayonun səhiyyə təhsil şöbəsinin əməkdaşları ziyalılar iştirak etmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nazənin Hüseynova mühazirə ilə çıxış edərək, ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi multikulturalizmin inkişafında göstərdiyi xidmətlərdən danışmışdır.

Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini - ictimai siyasi humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın dövlət quruculuğundakı misilsiz xidmətlərindən bəhs edərək, onun Azərbaycanda multikulturazmin siyasi banisi olduğunu xüsusilə qeyd etmişdir. Daha sonra Aynur Novruzova mövzu  barədə sözü mühazirəçi - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentinə vermişdir.

“Multikulturalizm xalqların milli-mənəvidəyərlərinə hörmətdir”

Mühazirəçi ulu öndər Heydər Əliyevin təhsili millətin gələcəyi adlandırdığını, Azərbaycanın gələcəyini gənclərdə gördüyünü xüsusilə vurğulayaraq bu günki cəmiyyətdə vətənpərvər, savadlı gənclərin yetişdirilməsində təhsilin, müəllimlərin ziyalıların üzərinə böyük vəzifələrin düşdüyünü vurğuladı. O, müasir dövrün təhsil sistemini biliklə yanaşı, bacarıq qabiliyyətlərin formalaşmasınavə bütövlükdə götürüldükdə kamil şəxsiyyətin, milli-mənəvi dəyərlərə sadiq, məsuliyyətli vətəndaşın formalaşdırılmasına zəmin olan prosesin başlanğıcı kimi qiymətləndirildiyini nəzərə çatdırdı. Mədəni müxtəliflik mədəniyyətlərarası dialoqun təşviqinin ən vacib elementlərindən biri kimi təhsilin rolundan bəhs edən mühazirəçi onu həm ekstremizmə, radikalizmə, terrorçuluğa qarşı mühüm təminat vasitəsi kimi qiymətləndirdi.

Mühazirəçi ilk növbədə mültikulturalizmin müasir dünyada əhəmiyyətindən rolundan bəhs edərək dövlətimizin dünyada həm tolerant multikultural ölkə kimi tanındığını Azərbaycanın sivilizasiyalararası dialoqların təşkilindəki təşəbbüslərinin dəstəkləndiyini xüsusilə vurğuladı. “Kitabi-Dədə Qorqud” dastanından, xalq ədəbiyyatından olan bariz nümunələrin lap qədimdən bu günədək dövlətimizdə multikultural ənənələrin mövcudluğunu sübut etdiyi bildirildi. Azərbaycan tarixən müxtəlif xalqların nümayəndələrinin dostluq əminamanlıq şəraitində yaşadığı məkan olduğunu diqqətə çatdıran mühazirəçi Nazənin Hüseynova multikulturalizmi xalqların milli mənəvi dəyərlərinə hörmət kimi qiymətləndirdi. Mühazirəçi ümummilli lider Heydər Əliyevin Azərbaycanın tolerantlıq multikulturalizm ənənələrinin siyasi müstəvidə əsasını qoyduğunu xüsusilə diqqətə çatdırdı. Qeyd olundu ki, məhz ulu öndərin sayəsində milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə ilkin hüquqi zəmin yaradılmışdır.

 “Multikulturalizm hazırda dövlət siyasətinin ən vacib istiqamətlərindən birinə çevrilib”

 

Ulu öndərin şah əsəri olan Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən dilindən asılı olmayaraq, hər kəsin hüquq azadlıqlarına hörmət təmin olunmuş, “Bərabərlik hüququ”, “Milli mənsubiyyət hüququ”, “Ana dilindən istifadə hüququ” s. mühüm hüquqlar multikulturalizmin hüquqi əsasları kimi ölkənin əsas Qanununda öz hüquqi təsbitini tapmışdır. Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsi inkişaf etdirilərək keyfiyyətcə yeni mərhələyə-siyasi mərhələyə keçmişdir. Qeyd olundu ki, müasir, müstəqil Azərbaycanın banisi olan ulu öndər həm Azərbaycanda multikulturalizmin siyasi banisidir. Hazırda isə multikulturalizm dövlətin fəaliyyətinin əsas siyasi istiqamətlərindən biri kimi Prezident İlham Əliyev tərəfindən uğurla davam inkişaf etdirilir.

Qeyd olundu ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə multikulturalizm hazırda dövlət siyasətinin ən vacib istiqamətlərindən birinə çevrilmişdir. Prezidentin Sərəncamı ilə 2014-cü il fevralın 28-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti təsis edilmişdir.

 

Multikultural dəyərlərimizin inkişafı

Mühazirəçi 2014-cü il mayın 15-də isə Prezidentin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını vurğulayan mühazirəçi multikulturalizmin dövlətimizin fəaliyyətinin əsas siyasi istiqamətlərindən birinə çevrildiyini bildirdi. Mühazirəçi bu gün multikultural dəyərlərimizin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində təbliğində mühüm işlər görən Heydər Əliyev Fondunun bu sahədəki böyük əməyindən bəhs etdi. Vurğulandı ki, Fondun layihələri Azərbaycan multikulturalizminin qapalı, dar sahədə inkişafını deyil, dünyada müxtəlif dinlərin fərqli mədəniyyətlər şəraitindəki fəaliyyətini reallaşdırır. Ölkəmizin bütün təşəbbüslərinin regional əməkdaşlıq üçün əlverişli şərait yaratdığı kimi bu layihələrin müsbət meyilləri gücləndirdiyi xüsusilə vurğulandı.

 

Mühazirəçidən sonra Ağdaş Rayon Təhsil Şöbəsinin müdiri Lütvü Paşayev dəyərli dolğun mühazirə üçün dosent Nazənin Hüseynovaya təşəkkür etdi mövzu barəsində qısa xülasə ilə çıxış etdi.

 

Azərbaycan Respublikasının  Prezidenti yanında Bilik Fondunun təşkil etdiyi mühazirədən sonra tədbir iştirakçıları belə bir təşəbbüs tədbir üçün öz təşəkkürlərini gələcəkdə bu cür tədbirlərin davam etməsinə dair istəklərini bildirdilər.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Pərviz Əliyev, Ağdaş

Pərviz, Əliev

Yeni Azərbaycan 2015.- 17 sentyabr.- S.- 13