Azərbaycan nümayəndə
heyəti ATƏT PA-nın sessiyasında iştirakdan
imtina edib
Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının (PA) payız sessiyasında iştirakdan imtina edib.
Milli Məclisdən APA-ya verilən məlumata görə, vitse-spikerBahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti qurumun Ulan-Batorda (Monqolustan) keçirilən payız sessiyasına qatılmayıb.
B.Muradova APA-ya açıqlamasında bununla bağlı verilən qərarın səbəbini açıqlayıb: “Əvvəla, həm mən, həm də Azay Quliyev qarşıdan gələn parlament seçkilərində namizədliklə bağlı məsələlərlə məşğuluq. Əvvəldən də yalnız Azay Quliyevin orada iştirakı nəzərdə tutulmuşdu. Amma ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda seçkiləri müşahidə etməmək barədə qərarından sonra ümumiyyətlə belə mənasız müzakirələrdə iştiraka lüzum görmədik.
Düşündük ki, indiki halda
elə mənasız müzakirələrə baş
qoşmaqdansa, Azərbaycandakı normal seçki mühitindən
istifadə edib, bu demokratik prosesdə iştirak
etmək daha yaxşı olar.
Lakin bu, hazırkı
dövr üçün
verilən qərardır, növbəti toplantılara aidiyyəti
yoxdur”.
Yeni Azərbaycan.- 2015.- 19 sentyabr.-
S.- 3