Hollivudda “Arşın
mal alan” filminin ilk premyerası uğurlu alınıb
Azərbaycan kino sənətinin
əvəzsiz incilərindən
olan, 1945-ci ildə çəkilmiş “Arşın
mal alan” filmi ölkəmizin Los-Ancelesdəki baş konsulluğu tərəfindən
sentyabrın 19-da Hollivudda
nümayiş olunub.
Bu, “Arşın mal alan” filminin Hollivudda ilk premyerası kimi tarixə düşüb.
Film, Hollivudun ən
qədim kinoteatrlarından
olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş “Ricardo Montalban”
da təqdim edilib.
Qeyd edək
ki, nümayişdə
sözügedən filmin
2013-cü ildə Heydər
Əliyev Fondunun təşəbbüsü və
dəstəyi ilə bərpa edilmiş və rənglənmiş
versiyası göstərilib. Nümayiş
Azərbaycanın ölməz
bəstəkarı Üzeyir
Hacıbəylinin anadan
olmasının 130, Rəşid
Behbudovun 100, “Arşın
mal alan” filminin isə 70 illiyinə həsr olunub.
Filmin nümayişindən əvvəl
Azərbaycanın Los-Ancelesdəki
baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, “Arşın mal alan”
filmi barədə məlumat verib. Baş konsul, hələ 2001-ci ildə Azərbaycan xalqının Ümummilli
lideri Heydər Əliyevin bu filmin bərpa edilməsini tövsiyə
etdiyini diqqətə çatdıraraq, tamaşaçıları
həmin çıxışın
video yazısına baxmağa
dəvət edib.
Sonra Ümummilli liderin çıxışı nümayiş
olunub.
N.Ağayev, Heydər Əliyev
Fondunun təşəbbüsü
və dəstəyi ilə filmin 2013-cü ildə bərpa edilmiş və rənglənmiş versiyasının
təqdim edildiyini vurğulayaraq, bunun tarixi hadisə olduğunu, “Arşın
mal alan” filminə yeni həyat qazandırdığını
bildirib.
Diplomat, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun ölkəmizin və dünyanın müxtəlif ölkələrində
musiqi və mədəniyyətimizin təşviqi
istiqamətində gördüyü
işlər barədə
də tamaşaçıları
məlumatlandırıb.
Baş konsul, Los-Anceles və Kaliforniyanın 6 digər şəhəri tərəfindən 18 sentyabrın
Üzeyir Hacıbəyli
Günü elan edildiyini qeyd edərək, sözügedən
şəhərlərə öz minnətdarlığını
bildirib. Həmçinin, Rəşid Behbudovun
yaradıcılığı barədə danışan
diplomat, unudulmaz müğənninin
gözəl ifasının
və aktyorluq istedadının filmin böyük uğur qazanmasında yüksək
önəm daşıdığını
söyləyib.
Sonra çıxış
edən, Rəşid Behbudovun qızı Rəşidə Rəşid
filmlə bağlı
atasından eşitdiyi
xatirələri tamaşaçılarla
bölüşüb. R.Rəşid, filmin bərpasına və rənglənməsinə
görə Heydər Əliyev Fonduna təşəkkür edərək,
bunun Azərbaycan mədəni irsinə böyük töhfə olduğunu bildirib. R.Rəşid, “Arşın
mal alan” filminin Los-Anceles kimi dünya kino sənayesinin mərkəzində nümayişini
tarixi hadisə adlandırıb.
Daha sonra filmin bərpasını
və rənglənməsini
həyata keçirən
Hollivud şirkətinin
rəhbəri İqor
Lopatonok, eləcə də vizual effektlər üzrə
2002-ci ildə Oskar mükafatı
almış, “21 Ceyms
Bond” filminin bərpasını
həyata keçirmiş
Prays Petel (Price Pethel) və Sony Pictures, “Walt Disney Studios” kimi tanınmış kino şirkətlərin filmlərinın tərtibatçısı
Ceyn Hiks (Jane Hicks) çıxış ediblər.
Natiqlər, belə bir önəmli layihədə iştiraklarından
məmnunluqlarını ifadə
edərək, “Arşın
mal alan” kimi zəngin bir filmin dünya
mədəniyyəti üçün
yüksək əhəmiyyət
daşıdığını bildiriblər.
Sonra film nümayiş
etdirilib. Nümayişdə Los-Ancelesdə yaşayan
kinosevərlər, jurnalistlər,
müxtəlif ölkələrin
bu şəhərdəki
baş konsulları və konsulluq əməkdaşları, ictimai-siyasi
qurumların nümayəndələri
və digər şəxslər olmaqla ümumilikdə 650 nəfərə
yaxın tamaşaçı
iştirak edib.
“Arşın mal alan” bir daha
qəlbləri fəth edərək,
tamaşaçıların gurultulu və
sürəkli alqışları ilə qarşılanıb.
Yeni Azərbaycan.-
2015.- 22 sentyabr.- S. 12