“Azərbaycan əsl sivilizasiyalararası dialoq nümunəsidir”

Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə keçirilənDini və Milli Tolerantlıq - Millətlərası münasibətlərin inkişaf etdirilməsində medianın roluadlı forumda çıxışlar zamanı qeyd olundu ki, bəzi yerlərdə əvvəlcə qanunlar yaradılır daha sonra mili-mənəvi dəyərləri qanunlara uyğunlaşdırırlar. Azərbaycanda isə qanunlar milli-mənəvi dəyərlər əsasında yaradılıb. Azərbaycan bütün millətlərə dinlərə açıq bir ölkədir. Burada heç bir ayrı seçkilik edilmir. Azərbaycan digər ölkələrlə bu sahədə qarşılıqlı fikir mübadiləsi aparmağa hər zaman hazırdır.

“Bu gün sadə insanların milli, dini heysiyyatı, azad sülh şəraitində yaşamaq kimi təbii hüquqları dünyanın müxtəlif güc mərkəzlərinin nəzarətində olan media qurumlarının əsas hədəfinə çevrilib. Millətlərarası dialoq, dini tolerantlıq, multikulturalizm məsələləri heç zaman bu günkü kimi aktual olmayıb. Məlumdur ki, medianın cəmiyyətimizə təsiri güclüdür. Media bizim fikirlərimizin davranışlarımızın aynasıdır. Bəzən cəmiyyətdəki ziddiyyətləri kəskinləşdirməsinə, münaqişələri qızışdırmasına baxmayaraq, medianın mövcud problemlərin həll edilməsi üçün töhfə vermək potensialı da çoxdur”. Bu fikirləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə keçirilənDini Milli Tolerantlıq - Millətlərası münasibətlərin inkişaf etdirilməsində medianın roluadlı forumda çıxışı zamanı fondun sədri Umud Mirzəyev söylədi. Məlumat üçün bildirək ki, ölkənin rəsmi şəxsləri, dini icmaların sədrləri, media nümayəndələri, xarici ölkələrin dini ekspertləri iştirak ediblər. Umud Mirzəyev Azərbaycandakı dini milli tolerantlığın ənənələrindən söz açdı. Forum dünyanın müxtəlif ölkələrindən dəvət olunan qonaqları, jurnalistləri ekspertləri Azərbaycandakı tolerantlıq ənənələri ilə daha yaxından tanış etmək məqsədi ilə təşkil olunmuşdu. U. Mirzəyev belə tədbirlərin keçirilməsinin sülhün, tolerantlığın, azad, bərabər birgə yaşayışın, milli münaqişələrin həllinin vacibliyinin dünyaya çatdırılması baxımından çox önəmli olduğunu dedi.

Azərbaycanın tolerantlıq modelinə nəzər...

Onun sözlərinə görə, mediadan cəmiyyəti parçalamaq, azlıqlara qarşı nifrət oyatmaq kütləvi zorakılıqları birbaşa təşviq etmək kimi istifadə edilməsinə dair nümunələr az deyil. Keçmiş Yuqoslaviyadakı müharibə Ruandadakı soyqırımı millətlərarası ədavətin qızışdırılması ilə çoxsaylı etnik icmaların parçalanmasında medianın dərəcədə güclü rol oynadığına sübutdur: “Bu gün dini inancların təhqir edilməsi, milli etnik dözümsüzlüyün təşviqi, insanların minilliklər boyu hörmət etdiyi dəyərlərin tapdalanması ilə müşayiət olunan balanslaşdırılmamış, neqativ birtərəfli məlumatlar bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Yaxın Şərqdə İslam pərdəsi altında törədilən dəhşətli qətllər, Avropa Amerikada İslam əleyhinə kampaniyaların mediada geniş işıqlandırılması əslində Qərb Şərq sivilizasiyaları arasında uçuruma gətirib çıxarır. Təkcə Azərbaycan üçün deyil, bütöv dünyamız üçün zəruri olan bu məsələlərin müzakirəyə ehtiyacı var. Əsas məqsəd sülhün, tolerantlığın, multikulturalizmin açar elementlərini aydınlaşdırmaq təşviq etməklə yanaşı, Azərbaycanın tolerantlıq modelinə, tarixi-mədəni irsinə nəzər salmaq, mümkün təcrübələri paylaşmaqdır”.

Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda tarixən mövcud olan dini milli tolerantlığın dövlət siyasəti səviyyəsinə qaldırılmasının tarixi hadisə olduğunu söylədi. O vurğuladı ki, Azərbaycana ilk dəfə gələn insan buranı görəndən sonra onda ölkəmiz haqqında yüksək fikirlər yaranır. Azərbaycan ənənəvi tolerant ölkədir. Azərbaycanda heç vaxt dini zəmində münaqişə olmayıb. Burada yaşayan digər xalqlara qarşı hər zaman hörmətlə yanaşılıb.

 Azərbaycan barədə həqiqətləri yaymaqdan çəkinirlər

Mübariz Qurbanlı öz çıxışında Azərbaycanın tarixən bütün dinlərə dözümlü yanaşdığını bildirdi: “Qafqazda yəhudilərin məskunlaşması, Qafqaz Albaniyasının olması daima bu bölgədə tolerantlıq olduğunu göstərib. İslamı qəbul etdikdən sonra da digər dinlərə qarşı dözümlü olmuşuq. Bizim tariximizə baxsanız orada heç zaman dinlərarası, millətlərarası savaş olmayıb. Bizim 20 faiz torpağımız Ermənistan tərəfindən işğal edilib. Bununla belə Azərbaycanda ermənilərə qarşı düşmənçilik aşılanmır. Bizdə daima belə olub. Azərbaycana gələn Əlcəzirə beynəlxalq televiziyasının əməkdaşı ilə görüşdüm. Müxbirə Azərbaycana gəlməmişdən öncə kimi məlumatlar əldə etdiyini soruşdum. Dedi: “Bəli, mən Azərbaycanla bağlı məlumatlar əldə etməyə cəhd etdim. Təəssüflə deyim ki, Azərbaycan barədə çox bədbin məlumatlarla rastlaşdım. Azərbaycan Əfqanıstanın Kabulu kimi tanıtdırılır. Lakin bura gəldikdən sonra əldə etdiyim məlumatların tamamilə yanlış olduğunu gördüm. Burada xalq mehriban şəkildə yaşayır. Sabitlikdir. Azərbaycan inkişaf etməkdə olan müsəlman ölkələrindən biridir”. Mən təəssüf edirəm ki, aparıcı KİV nümayəndələri Azərbaycan barədə həqiqətləri yaymaqdan çəkinirlər. Azərbaycana ilk dəfə gələn insan bədbin fikirlərlə gəlsə , buranı gəlib görəndən sonra fikirləri tamamilə dəyişir”.

Mübariz Qurbanlı Avropada son günlər davam edən miqrant axını məsələsinə toxundu: “42 ölkədə bu gün məzhəblər arası, millətlərarası savaşlar gedir. Hər il ən az 200 min insan bu savaşlarda həyatını itirir. Şəhərlər məhv edilir. İndi Avropaya 1 milyon miqrantın axını gözlənilir. Bu böyük bir iqtisadi problem yaradacaq. Son 14 ildə 2,5 milyon insan etnik dini zəmində gedən müharibələrin qurbanı olub. Dini məzhəb müharibələri cəmiyyətləri məhvə aparır. Dövlətlər bunun qarşısını almaq üçün çalışmalıdırlar. Bizə Allah peyğəmbərlər göndərib. Həzrəti İsa, Həzrəti Musa, Həzrəti Məhəmməd (ə) onlarla birlikdə kitablar göndərilib. Bütün dinlər hazırda baş verənləri tənqid edir”.

Azərbaycan bütün millətlərə dinlərə açıq bir ölkədir

Millət vəkili Bahar Muradova insan azadlığının vacibliyindən, qanunların aliliyindən, milli adət-ənənələrə hörmətin vacibliyindən danışdı. O dedi ki, Azadlıq mücərrəd məfhumdur. Azadlığın haradan başlanacağı, harada bitəcəyi müzakirə olunası məsələdir. Məlum məsələdir ki, bir insanın azadlığı digərinin azadlığına mane olmamalıdır. Əsas qanunların aliliyidir. Bəzi yerlərdə əvvəlcə qanunlar yaradılır daha sonra mili-mənəvi dəyərləri qanunlara uyğunlaşdırırlar. Azərbaycanda isə qanunlar milli-mənəvi dəyərlər əsasında yaradılıb. Azərbaycan bütün millətlərə dinlərə açıq bir ölkədir. Burada heç bir ayrı seçkilik edilmir. Azərbaycan digər ölkələrlə bu sahədə qarşılıqlı fikir mübadiləsi aparmağa hər zaman hazırdır.

Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd etdi ki, Azərbaycanda hər kəsin milli, dini, etnik ənənələrinə hörmət edən bir cəmiyyət mövcuddur: “Biz digər ölkələrlə bu sahədə qarşılıqlı fikir mübadiləsi aparmağa hər zaman hazırıq. Biz öyrənməyə öyrətməyə çalışırıq. Biz cəmiyyətlərdə qarşılıqlı anlaşma, bir-birinə dözümlülük şəraitində yaşayan insanların olmasını istəyirik bunun üçün əlimizdən gəlirsə etməyə çalışırıq.

Bahar Muradova vurğuladı ki, hazırda Qərbdəki dəyərlərlə mövcud reallıq fərqlənir. Dəyərlərin reallığa çevirməsi sahəsində medianın ciddi fəaliyyətinə ehtiyac var. Azərbaycan dəyərləri qanun üzərində deyil, qanunlarımız milli mənəvi dəyərlərimiz üzərində qurulub.

Ardı var...

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Nicat İntiqam

İntiqam  Nicat

Zaman.- 2015.- 29 sentyabr.- S.13