Praqmatik xarici siyasət kursu 2014-cü ildə mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirib

 

Prezident İlham Əliyev: Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim təsir imkanlarımız da genişlənir

 

Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş nüfuzlu aktor kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasigeoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verməkdə və regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır.

Şübhəsiz, müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində mühüm rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar qismində çıxış edir. Təsadüfi deyil ki, ötən il ərzində həyata keçirilən rasionalpraqmatik xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində bir sıra əhəmiyyətli uğurlar əldə etməsi də ölkəmizin beynəlxalq nüfuzunun artmasına və xarici əlaqələrinin əhatə dairəsinin genişlənməsinə təkan verən mühüm faktor oldu.

Ümumilikdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxilixarici siyasət kursu başa vurduğumuz 2014-cü ildə də mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirib. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində qeyd edib ki, 2014-cü il ölkəmiz üçün uğurlu il olmuşdur: “Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilmişdir. Ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim təsir imkanlarımız da genişlənir”.

Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi uğurla başa vurub

Qeyd etdiyimiz kimi, 2014-cü il həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsi ilə yadda qaldı. Bu kontekstdə ölkəmizin beynəlxalq təşkilatlarda uğurlu təmsilçiliyi xüsusilə vurğulanmalıdır. Bu baxımdan, ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi uğurla başa vurmasını qeyd etmək lazımdır. Bəlli olduğu kimi, cari il mayın 6-da Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında bu təşkilata sədrlik Azərbaycana keçmişdi. 14 may tarixindən başlayan sədrlik müddəti altı ay davam etdi. Bununla da BMT Təhlükəsizlik Şurasına iki illik üzvlükdən sonra Azərbaycan diplomatiyasının tarixinə daha bir uğurlu səhifə yazıldı. Ölkəmizin sədrlik müddətində əsas tutduğu prioritetlər bu dönəmin kifayət qədər səmərəli olmasını təmin etdi. Çünki müəyyən olunmuş prioritetlər bütün dünya, o cümlədən, ölkəmiz və sözügedən təşkilat üçün kifayət qədər aktual idi. Bu kontekstdə ölkəmiz Avropa Şurasının təməl prinsipləri olan insan hüquqlarına, qanunun aliliyinə və demokratiyaya güclü dəstək verdi, Avropada təhlükəsizlik və sabitlik sahəsindəki mövcud problemlərə, korrupsiya ilə mübarizədə səmərəli əməkdaşlığa, cəmiyyətlərin həssas təbəqəsi olan qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsinə ciddi diqqət yetirdi, mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada diskriminasiya və dözümsüzlüklə mübarizəyə yardım etdi, təhsilli və məsuliyyətli gənclər nəslinin tərbiyəsinə xüsusi əhəmiyyət verdi, siyasi islahatların həyata keçirilməsi hədəfini yekdilliklə və güclü şəkildə dəstəklədi. Avropa Şurasının yaradılmasının 65-ci ildönümünün qeyd edildiyi bir vaxtda bu təşkilatın Nazirlər Komitəsinə sədrliyi üzərinə götürən Azərbaycan müəyyənləşdirdiyi hədəflərə nail oldu. Dolayısıyla, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi həm bəhs olunan təşkilat, həm də ölkəmiz üçün olduqca faydalı oldu.

Azərbaycan 2014-cü ildə də beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edib

Bunlarla yanaşı, ötən il ərzində də Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etdi. Bu baxımdan, ötən il Azərbaycanda keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumu deyilənləri təsdiq edən əyani nümunə kimi çıxış etdi. Ümumiyyətlə, Forumda 60-dan çox ölkədən minə yaxın qonağın, o cümlədən, nüfuzlu alimlərin, Nobel mükafatçılarının, çoxsaylı yüksək rəsmi şəxslərin iştirak etməsi tədbirin əhəmiyyətindən və miqyasından xəbər verdi. Bu həm də onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin, humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir.

Eyni zamanda, ölkəmizdə Gənclər siyasəti üzrə birinci Qlobal Forum, ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası kimi nüfuzlu beynəlxalq tədbirlərin, o cümlədən, Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin iclasının, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində bir sıra tədbirlərin keçirilməsi də sadalananları təsdiq edir. Bütün bunlar onu göstərir ki, Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. Ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, ölkəmizə olan etimadı daha da artırır.

“Cənub” qaz dəhlizinin təməlinin qoyulması çoxşaxəli enerji siyasətinin növbəti uğuru kimi tarixə düşdü

Digər tərəfdən, xarici siyasət sahəsində ötən ilin göstəriciləri həm də onu deməyə əsas verir ki, həyata keçirilən çoxşaxəli enerji siyasəti ilə ölkəmiz regionalqlobal əhəmiyyətli aktora çevrilə bilib. Ötən il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməlinin qoyulması çoxşaxəli enerji siyasətinin növbəti uğuru kimi tarixə düşdü. Qeyd etmək lazımdır ki, Asiya ilə Avropanı, Xəzər hövzəsi ilə uzaq Adriatik dənizi sahillərini əlaqələndirəcək “Cənub” qaz dəhlizi “Bakı-Tbilisi-Ərzurum” kəmərinin genişləndirilməsini, Trans-Anadolu (TAP) qaz kəmərinin inşasını və bu kəmərin məntiqi davamı olan Trans-Adriatik boru kəməri (TANAP) layihəsinin tikintisini və ümumilikdə, bu layihələrin icrası nəticəsində Xəzər qazının Avropaya nəqlini nəzərdə tutur.

Bu məqamlara toxunan Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Cənub” qaz dəhlizi Avropanın ən böyük infrastruktur layihəsidir. Bu nəhəng transmilli layihənin icrasında Azərbaycan öz liderlik keyfiyyətlərini bir daha nümayiş etdirmişdir. Məhz Azərbaycanın uzun illər ərzində apardığı enerji siyasəti nəticəsində, qətiyyətli siyasət nəticəsində bu böyük layihə artıq reallaşır. “Şahdəniz-2”, TANAP və TAP Azərbaycan üçün nadir və əvəzolunmaz layihələrdir və uzun illər, onilliklər bundan sonra bizim milli maraqlarımızı, iqtisadisiyasi maraqlarımızı təmin edəcək. Azərbaycan beynəlxalq əməkdaşlıq məsələlərində olduğu kimi, bu layihədə də liderliyi öz üzərinə götürübbu missiyanı şərəflə yerinə yetirəcəkdir”.

Nəticə etibarilə, əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Qonşu dövlətlərlə və bütün digər dövlətlərlə səmərəli əməkdaşlıq edirik. İkitərəfli əlaqələrimiz inkişaf edir. Eyni zamanda, Azərbaycan çoxtərəfli formatda öz müsbət rolunu oynayır. Xüsusilə regional inkişaf məsələlərində Azərbaycanın rolu danılmazdır. Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə - siyasi, iqtisadi, enerji və digər layihələr icra edilə bilməz”.

Nurlan QƏLƏNDƏRLİ

Yeni  Azərbaycan.-2014.- 6 yanvar.- S.2.