Azərbaycan-Qazaxıstan əlaqələri yüksələn xətlə inkişaf edir

 

Ölkələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir

Astanada Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzlər İttifaqının (AMMİ) təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə tədbir keçirilib. AMMİ-nin sədri Vidadi Salahov tədbirdə çıxış edərək Ümummilli lider Heydər Əliyevin həmrəylik gününün qeyd edilməsi ilə bağlı tarixi qərarının əhəmiyyətindən danışıb, xarici ölkələrdə yaşayan soydaşlarımızın Vətən ilə əlaqələrinin genişlənməsində bu bayramın böyük önəm daşıdığını vurğulayıb.

Diqqətə çatdırılıb ki, Qazaxıstanda 130 mindən artıq azərbaycanlı yaşayır və onlar da bu ölkənin tamhüquqlu vətəndaşlarıdır.

Çıxış edənlər xalqlarımız arasında münasibətlərin tarixindən, Qazaxıstanda yaşayan azərbaycanlıların ölkənin ictimai-siyasi həyatındakı fəal iştirakından və dövlətin digər xalqlarla bağlı apardığı siyasətin müsbət nəticələrindən söz açıblar. Bayram şənliyi ilə davam edən tədbirdə qonaqlar Azərbaycan milli mətbəxinə məxsus təamlardan dadıblar. Tədbirdə Azərbaycanın Qazaxıstandakı səfirliyinin, Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyasının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, diasporumuzun fəalları, jurnalistlər iştirak ediblər.

Ümumiyyətlə, Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələrin əsası 30 avqust 1992-ci il tarixində qoyulub. 9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında, 1 mart 2004-cü ildə isə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında səfirliyi fəaliyyətə başlayıb. 6 sentyabr 2008-ci il tarixindən Azərbaycan Respublikasının Aktau şəhərində konsulluğu fəaliyyət göstərir.

Onu da vurğulamaq lazımdır ki, Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafı Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşlərindən biri 19 oktyabr 1994-cü ilə təsadüf edib. Həmin vaxt türkdilli ölkələrin dövlət başçılarının ikinci zirvə görüşündə iştirak edən Ulu öndər Heydər Əliyev və Nursultan Nazarbayev iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər. Görüş zamanı Azərbaycanla Qazaxıstan arasında həm ikitərəfli, həm də türk dövlətlərinin münasibətləri çərçivəsində əlaqələrin qurulmasına dair qərar qəbul edilib. İki ölkə arasında münasibətlərin inkişafında növbəti addım olan dövlət başçıları səviyyəsində görüş 1996-cı il mayın 14-də EKO-nun dövlət başçılarının zirvə toplantısında keçirilib. Həmin görüş zamanı Ulu öndər Heydər Əliyev Nursultan Nazarbayevi Azərbaycana rəsmi səfərə dəvət edib. 1996-cı il sentyabrın 16-da Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər edib. Səfər zamanı Ümummilli lider Heydər Əliyev Nursultan Nazarbayevin iştirakı ilə Azərbaycan Qazaxıstan nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Danışıqların əsas mövzusu iki ölkə arasında siyasi-iqtisadi əməkdaşlığın yeni sahələri olub. Səfər çərçivəsində Azərbaycan Respublikası Qazaxıstan Respublikası arasında münasibətlərin əsasları haqqında müqavilə, investisiyaların təşviqi qorunması haqqında saziş, neft-qaz sənayesi sahəsində əməkdaşlıq haqqında saziş, hava əlaqəsi haqqında saziş, Xəzər dənizi məsələləri üzrə Birgə Bəyannamə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında saziş, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi ilə Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsi arasında əməkdaşlıq qarşılıqlı fəaliyyət haqqında saziş, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Qazaxıstan Respublikasının Milli Bankı arasında hesablaşmaların təşkili haqqında saziş digər sənədlər imzalanıb.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkələr bir sıra formatlarda, o cümlədən, türkdilli dövlətlərin toplantısı, İqtisadi Əməkdaşlıq Təşkilatı s. formatlarda çox uğurla əməkdaşlıq ediblər. Eyni zamanda, Ümummilli liderin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində bu əməkdaşlıq daha strateji intensiv xarakter alıb. Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin Qazaxıstana ilk rəsmi səfəri 2004-cü ilin martında olub. Səfər zamanı Prezident İlham Əliyev Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar. Hər iki dövlət başçısı neft qaz sektorunda həyata keçirilən irimiqyaslı layihələrin, xüsusilə Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində Qazaxıstanın iştirakının böyük əhəmiyyətə malik olduğunu söyləyib. O da qeyd olunub ki, gələcəkdə Qazaxıstan təbii qazının da Azərbaycan ərazisindən Avropaya çatdırılması nəzərdə tutulur. Prezident İlham Əliyevin bu səfərindən sonra Azərbaycan-Qazaxıstan əməkdaşlığı yüksələn xətlə davam edib. 2005-ci il mayın 24-də isə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib. Səfər zamanı ölkələr arasındakı münasibətlərin məntiqi nəticəsi olaraq, Azərbaycan Respublikası Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq müttəfiqlik münasibətləri haqqında Müqavilə daxil olmaqla 6 sənəd imzalanıb.

Yeri gəlmişkən, xalqlarımız tarixi, mədəni ənənələr baxımından bir-birinə bağlı xalqlar olduğu üçün bu sahədə əlaqələrin genişləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Belə ki, hər iki xalq müstəqillik əldə etdikdən sonra bu əlaqələr intensiv xarakter alıb. Azərbaycanın ağır illərində onun haqq səsini dünyaya çatdıran XX yüzilin ən qüdrətli ziyalılarından biri olan Oljas Süleymanovun məşhurAz i Yakitabı, şeirləri məqalələri 1980-ci illərdən Azərbaycanda nəşr olunmağa başlayıb. 8-10 iyun 2012-ci ildə Qazaxıstanda Azərbaycan, 18-21 noyabr 2012-ci ildə isə Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günləri keçirilib.

Bir sözlə, hazırda Azərbaycan Qazaxıstan strateji tərəfdaşdır iki ölkə arasında siyasi iqtisadi əlaqələr yüksək səviyyədədir. Hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qrupları əlaqələrin inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda, Azərbaycan-Qazaxıstan hökumətlərarası iqtisadi komissiyası fəaliyyət göstərir iki ölkə arasında 100-dən artıq sənəd imzalanıb. Ölkələr arasında hərbi sahədə əməkdaşlıq da diqqət mərkəzindədir. bu məqam iki ölkənin rəsmilərinin, həmçinin, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri zamanı xüsusi olaraq vurğulanır. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il fevralın 20-də Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Prezident İlham Əliyev Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.

Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən dövlət başçısı əməkdaşlığımızın daha da möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin önəmini qeyd edib. Bildirib ki, ölkələrimiz istər ikitərəfli formatda, istərsə beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir. Prezident İlham Əliyev Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin ölkəmizə səfərinin münasibətlərimizin gələcəkdə daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu söyləyib. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü il aprelin 21-də Qazaxıstan Respublikasının müdafiə naziri Serik Axmetovu qəbul edib. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən, siyasi, iqtisadi, enerji digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Ümumiyyətlə, strateji tərəfdaş olan Azərbaycanla Qazaxıstan beynəlxalq arenada əməkdaşlıq əlaqələri çərçivəsində qarşılıqlı-faydalı şəkildə fəaliyyət göstərir bir-birlərini dəstəkləyir. Qazaxıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı kimi çıxış edir. Yeri gəlmişkən, sözügedən məsələ Azərbaycan Qazaxıstan Xarici İşlər nazirlikləri arasında ötən il sentyabrın 1-də keçirilən növbəti siyasi məsləhətləşmələr zamanı da əsas müzakirə mövzusu olub. Məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Qazaxıstanı isə xarici işlər nazirinin müavini Samat Ordabayev təmsil edib. Azərbaycanın Qazaxıstan ilə bir sıra beynəlxalq regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edən X.Xələfov ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar s. sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib. X.Xələfov, həmçinin, Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr haqqında qazaxıstanlı həmkarına ətraflı məlumat verib sözügedən layihələr çərçivəsində ölkələrimizin uğurlu əməkdaşlığını qeyd edib.

Azərbaycana sonuncu dəfə 8 il bundan əvvəl gəldiyini deyən S.Ordabayev paytaxtımızda müşahidə etdiyi inkişaf haqqında xoş təəssüratlarını bölüşüb. O, ölkələrimiz arasında ikitərəfli çoxtərəfli formatda əməkdaşlığın müxtəlif sahələrinə toxunub, münasibətlərin strateji xarakterini qeyd edib. S.Ordabayev Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlərin inkişafında hər iki ölkə rəhbərlərinin rolunu vurğulayıb.

 

Aqşin ŞAHİNOĞLU

Yeni  Azərbaycan.-2015.- 7 yanvar.- S.8.