2015-ci il Azərbaycanda “Kənd təsərrüfatı ilielan olundu

 

Prezident İlham Əliyev: Əlbəttə, Azərbaycanın bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq, biz çalışmalıyıq ki, öz daxili istehsalımızı maksimum artıraq, fövqəladə hallardan özümüzü qoruyaq

 

Məlum olduğu kimi, Azərbaycanda bütün sahələr kimi iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı da inkişaf edir. Onu da qeyd edək ki, ötən il havanın quraqlıq keçməsi aqrar sahəyə müəyyən təsir göstərsə də, bütövlükdə ölkəmizdə kənd təsərrüfatının inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirilir. Elə Prezident İlham Əliyevin yanvarın 12-də “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ilielan edilməsi haqqında” Sərəncam imzalaması da dövlətimizin aqrar sahəyə diqqətinin növbəti əyani göstəricisidir. Həmin Sərəncamda da qeyd edildiyi kimi, Azərbaycan Respublikasında həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmışdır: Aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ hüquqi baza təkmilləşdirilmişdir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklariri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulmuş, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilmişdir”.

Sərəncamda o da qeyd edilib ki, Şəmkirçay və Taxtakörpü su anbarlarının istismara verilməsi suvarılan yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinə və torpaqların münbitliyinin qorunmasına şərait yaradır: “Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, vergilərdən azad edilmişlər. Fermersahibkarlar güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir”.

Həmin Sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyinə Nazirlər Kabineti ilə birlikdə 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ilielan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edilməsi tapşırılır. Bu məqamda vurğulamaq yerinə düşər ki, ümumiyyətlə, ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Belə ki, dövlət ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması, həmçinin, kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir.

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında Prezident İlham Əliyev bu sahədə həyata keçirilən layihələrin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Dövlətimizin başçısı ərzaq təhlükəsizliyinin əhəmiyyətini bir daha vurğulayaraq deyib: Biz keçən ilgörmüşük ki, ərzaq təhlükəsizliyi ilə bağlı olan planlarımız vaxtında müəyyən olunmuşduricra edilməyə başlamışdır. Çünki ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. Əlbəttə, Azərbaycanın bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq biz çalışmalıyıq ki, öz daxili istehsalımızı maksimum artıraq, fövqəladə hallardan özümüzü qoruyaq. Çünki keçən ilbiz görmüşük ki, bir sıra ərzaq məhsullarının ixracı ilə bağlı bəzi ölkələrdə qadağalar qoyulmuşdur. Yəni, özümüzü təmin etmək üçün daxili bazarların daxili resurslar hesabına təmin edilməsi prosesi davam etdiriləcəkdir”.

Şübhəsiz ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, qarşıdakı dövrdə aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər davam etdiriləcək. “Kənd təsərrüfatı ili” çərçivəsində isə bu sahənin inkişafı istiqamətində daha böyük işlər görüləcək.

Məsələ ilə bağlı qəzetimizə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, son illərdə baş vermiş qlobal maliyyə böhranı dünyanın bir çox ölkələrində iqtisadiyyatın xeyli geriləməsinə səbəb olsa da, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğuPrezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı hər il olduğu kimi, 2014-cü ildə də təmin edilib. Onun sözlərinə görə, bu artım respublikamızda son illər qeyri-neft sektorunda innovasiyalı texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşması və regionlarda həyata keçirilən tədbirlərlə əlaqədardır. Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ümumi daxili məhsulu qeyri-neft sektorunun inkişafı hesabına ən azı iki dəfə artırmağı və ölkə əhalisinin əsas ərzaq məhsullarına olan tələbatını 100 faiz yerli istehsal hesabına ödəməyi qarşıya hədəf qoyub:Qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri aqrar sahə olduğundan bu bölmənin kompleks inkişaf etdirilməsi üçün respublikamızda xeyli işlər görülüb. Kənd təsərrüfatına dövlət dəstəyi davam etdirilirdaim təkmilləşdirilir. Bu bir daha onu göstərir ki, aqrar bölmə dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biridirbu sahə həmişə diqqət mərkəzindədir”.

E.İbrahimov bildirib ki, bu mənada 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ilielan olunması böyük əhəmiyyət kəsb edir. Onun fikrincə, bu il çərçivəsində görülən işlər ərzaq təhlükəsizliyinin təmin olunmasına da müsbət təsir göstərəcək. Milli təhlükəsizliyin tərkib hissələrindən biri olan ərzaq təhlükəsizliyi müəyyən keyfiyyət standartları çərçivəsində əhalinin qida məhsullarına olan tələbatının fasiləsiz, uzunmüddətli və dayanıqlı şəkildə ödənilməsini təmin edən tədbirlər kompleksidir. Dünyada əhalinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü büruzə verməkdədir. Ərzaq təhlükəsizliyi probleminin kəskin xarakter almasından sonra bu məsələ istənilən dövlət, o cümlədən, Azərbaycan üçün milli təhlükəsizliyin ən mühüm tərkib hissələrindən birinə çevrilib. Bu problemin həlli ilk növbədə yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Hazırda ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanması, enerjiekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, kənd təsərrüfatının inkişafı strategiyası uğurla həyata keçirilməkdədir. Ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü siyasətin əsas istiqamətlərindəndir”, - deyə komitə sədri vurğulayıb.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Xanhüseyn Kazımlı isə bildirib ki, bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində olduqca münbit bir şərait yaradılıb. Onun sözlərinə görə, dövlət rəhbərliyi tərəfindən kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm sənədlər, o cümlədən, ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət proqramları təsdiq olunub. 2015-ci ilin “Kənd təsərrüfatı ilielan olunması da bu sahədə görülən işlərin ardıcıllığını göstərir. Millət vəkili deyib ki, həyata keçirilən proqramlar Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılmış mühüm addımlardır: “Qeyd etmək lazımdır ki, qloballaşan dünyanın vacib problemləri sırasında artıq təhlükəlilik dərəcəsinə görə ərzaq və su çatışmazlığı problemiçox ciddidir. Kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi Azərbaycanın təbii enerji resursları ilə yanaşı, hələ uzun müddət regionda lider ölkə mövqeyini təmin edə bilər. “Kənd təsərrüfatı ili”ndə iri təsərrüfatların yaradılması da nəzərdə tutulur. Bu isə fermer və kəndli təsərrüfatlarına maddi-texniki dəstəyin daha da artmasına və bununla da ərzaq istehsalının həm daxili, həm xarici bazar üçün təminatına şərait yaradıb. Bu gün ölkəmizdə ərzaq təhlükəsizliyi məsələsi ölkə əhalisini təmin edəcək həcmdə məhsulun istehsalı və emalı potensialının mövcudluğu, ölkə əhalisi tərəfindən istehlak edilən ərzağın keyfiyyəti, dövlət əhəmiyyətli strateji ərzaq məhsullarının ölkədaxili istehsalı kimi komponentləri özündə birləşdirir”.

 

Nardar BAYRAMLI

Yeni  Azərbaycan.-2015.- 14 yanvar.- S.4.