AZƏRBAYCAN-ALMANİYA MÜNASİBƏTLƏRİ AVRASİYADA ƏMƏKDAŞLIQ VƏ TƏHLÜKƏSİZLİK KONTEKSTİNDƏ STRATEJİ ƏHƏMİYYƏT KƏSB EDİR

 

Prezident İlham Əliyev: Almaniya-Azərbaycan əlaqələri böyük potensiala malikdir

 

Müstəqil xarici siyasət kursuna malik olan, Cənubi Qafqazın lider dövləti qismində çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Azərbaycan həyata keçirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, eləcə də, regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Heç bir beynəlxalq qurumdanmilli dövlətdən asılı olmayan Azərbaycan artıq regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir.

Digər tərəfdən, Azərbaycanın xarici siyasət kursunda Avroatlantik qurumlarla əlaqələr və Qərb dövlətləri ilə ikitərəfli əməkdaşlıq münasibətləri xüsusi çəkiyə malikdir. Azərbaycan əksər Qərb dövlətləri ilə siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrə malikdir. Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, azad bazar iqtisadiyyatına malik olması, xarici investorların fəaliyyətinə geniş şərait yaratması, beynəlxalq siyasi nüfuzunun güclənməsi və digər amillər region dövlətlərini respublikamızla əməkdaşlığa cəlb edən başlıca amillərdir. Qərb dövlətlərinin özünün müsbət beynəlxalq imicini formalaşdırmış Azərbaycanla əməkdaşlığa olan yüksək marağı, eləcə də, ölkəmizin milli siyasiiqtisadi maraqları zəminində respublikamızın Avropa məkanına inteqrasiyası davam etməkdədir.

Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini Avropanın lokomotiv aktorları kimi çıxış edən dövlətlərlə əməkdaşlıq təşkil edir. Bu kontekstdə Azərbaycan-Almaniya münasibətləri strateji əhəmiyyət kəsb edir. Azərbaycanla Almaniya arasında dərin tərəfdaşlıq münasibətləri mövcuddur və əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etməkdədir.

Ümumiyyətlə, Azərbaycanla Almaniya arasındakı münasibətlərin mütəmadi inkişaf dinamikasına malik olmasını özündə əks etdirən başlıca göstəricilər məhz tərəflər arasındakı əlaqələrin ötən zaman kəsiyindəki dinamikasıdır. Yanvarın 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin mətbuat konfransında da bu məsələlərə toxunulub. Bütövlükdə, mətbuat konfransında səsləndirilən fikirlər bir çox məqamları ifadə edib.

Almaniya Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin ifadə etdiyi fikirlər ona dəlalət edib ki, bu ölkə Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bir məqama xüsusi toxunmaq gərəkdir ki, bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davaminkişaf etdirilməsi, ilk növbədə, rəsmi Berlin üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasiiqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir. Kansler Angela Merkel sözügedən mətbuat konfransında qeyd edib ki, Azərbaycanın iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, buna görə bu ölkə bizim üçün əhəmiyyəti artan tərəfdaşdır.

Ümumiyyətlə, ekspertlər Almaniya ilə Azərbaycan arasındakı çoxşaxəli münasibətlərin inkişafını yüksək qiymətləndirirlər. Berlinlə Bakının beynəlxalq təhlükəsizliyin təmin olunması, iqtisadi əməkdaşlığın və siyasi münasibətlərin daha da təkmilləşdirilməsi, kimi istiqamətlərdə sıx təmaslara malik olması müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri isə siyasi münasibətlərin inkişafı baxımından yüksək qiymətləndirilir. Yeri gəlmişkən, Prezident İlham Əliyev sözügedən mətbuat konfransında bu məqamlarla bağlı qeyd edib ki, siyasi əlaqələrimiz uğurla inkişaf edir: “Əminəm ki, mənim səfərim siyasi əlaqələrimizin inkişafına yeni təkan verəcək. Siyasi əlaqələr bütün başqa sahələrə də müsbət təsir göstərir və əlbəttə, iqtisadi əməkdaşlıq da bu gün gündəlikdədir. Azərbaycanda çoxsaylı alman şirkətləri fəaliyyət göstərir. Biz onların fəaliyyətini dəstəkləyirik. Hesab edirəm ki, Almaniya şirkətləri gələcəkdə həm podratçı kontraktor, həm investor kimi Azərbaycanda daha da böyük işlər görə bilərlər. Nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, çoxsaylı infrastruktur layihələri icra olunur, əlbəttə ki, alman şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti davam etdiriləcəkdir”.

Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol yüksək qiymətləndirilir

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində diqqət mərkəzində olan mühüm məsələlərdən biri də ölkəmizin regional və beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin olunması istiqamətində oynadığı rol oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin mətbuat konfransında bu məqam xüsusilə vurğulanıb.

Ümumiyyətlə, Azərbaycanın rasional enerji siyasəti regionalqlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən Avropa, o cümlədən Almaniya üçün mühüm önəm daşıyır. Sirr deyil ki, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Belə ki, bu gün Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Azərbaycan miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Bu da Azərbaycanın dünya dövlətlərinin, o cümlədən, Avropanın enerji təhlükəsizliyi kontekstində və strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə Avropa dövlətlərinin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir.

Prezident İlham Əliyev bu məsələ ilə əlaqədar olaraq vurğulayıb ki, enerji təhlükəsizliyi, əlbəttə ki, bu gün Avropa ilə Azərbaycan arasında gedən danışıqların, demək olar, əsas mövzusudur: “Azərbaycan öz rolunu oynayır. Azərbaycan tərəfindən irəli sürülmüş layihələr Avropanın enerji xəritəsini dəyişdirir. Avropanın enerji təhlükəsizliyi gələcəkdə, həmçinin, Azərbaycanın hesabına təmin ediləcəkdir. 2012-ci ildə TANAP layihəsinə start verildi, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçildi. Keçən ilin sonunda “Cənub” qaz dəhlizinin təməl daşı qoyuldu. Bütün bu layihələrin təşəbbüskarı Azərbaycandır. Eyni zamanda, Azərbaycan bu layihələrin icrası üçün böyük maliyyə yükünü öz üzərinə götürür və əminəm ki, bütün işlər vaxtında icra ediləcək. TANAP layihəsi 2018-ci ildə, TAP layihəsi isə ondan bir il sonra işə düşəcəkdir. Buna nail olmaq üçün, əlbəttə ki, Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahədə daha da sıx əməkdaşlıq aparılmalıdır”.

Kansler Angela Merkel isə vurğulayıb ki, Azərbaycan böyük potensiala, əsasən də neftqaz kimi resurslara malikdir: “Düşünürəm ki, Azərbaycan həm Almaniya, həm də digər Avropa ölkələrinin enerji şaxələndirilməsinə böyük töhfə verə bilər. Bu mənada “Cənub” qaz dəhlizi layihəsini dəstəkləyirik”.

Angela Merkeldən cəsarətli və maraqlı bəyanat...

Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində aktual müzakirə predmetinə çevrilən məsələlərdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olub. Bəlli olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi mütəmadi olaraq beynəlxalq arenada gündəmə gətirilməkdə və müxtəlif beynəlxalq toplantıların aktual müzakirə predmetlərindən birini təşkil etməkdədir. Müxtəlif zaman müddətlərində Dağlıq Qarabağ münaqişəsinin həlli problemi istər BMT Baş Məclisinin geniş çərçivəli toplantılarında, istər digər beynəlxalq təşkilatların sessiyalarında, müxtəlif dövlətlərin qanunvericilik orqanlarında-parlamentlərində, istərsə də dövlətlərarası ikitərəfli və çoxtərəfli görüşlərdə ən yüksək səviyyə və formada gündəmə gətirilib. Bəhs olunan mətbuat konfransında da bu məsələ diqqət mərkəzində olub. Hətta Kansler Angela Merkel kifayət qədər cəsarətli fikir söyləyərək bildirib ki, Almaniya da münaqişənin həllində vasitəçi olmaq istəyir: “Düşünürük ki, Avropa Şurası, Avropa İttifaqı bu istiqamətdə bir təşəbbüslə çıxış edərək, münaqişənin həllinə müəyyən töhfəsini verə bilər. Bununla bağlı Azərbaycan Avropa Komissiyası ilə danışıqlar aparacaq”.

Azərbaycan isə münaqişənin həlli ilə bağlı prinsipial mövqeyini bir daha ortaya qoyub. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir: “Bu münaqişə həm Azərbaycan, həm də region üçün böyük təhlükə mənbəyidir. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri uzun illər ərzində Ermənistan ordusu tərəfindən işğal edilibdir. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bir milyon azərbaycanlı bu işğaldan əziyyət çəkir, qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar, ilk növbədə, BMT Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı qətnamələr qəbul etmişdir. BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur və sadəcə olaraq, status-kvonu olduğu kimi saxlamaq istəyir”.

Beləliklə, görünən odur ki, səfər çərçivəsində xüsusi müzakirə predmetinə çevrilən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi beynəlxalq səviyyədə aktualdır.

Demokratiyainsan hüquqları məsələsinə dair vahid yanaşma

Dövlətimizin başçısının Almaniya səfəri çərçivəsində diqqət mərkəzində olan nüanslardan biridemokratiyainsan hüquqları məsələsi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin mətbuat konfransında bu məsələylə bağlı səsləndirilən fikirlər hər iki ölkənin vahid mövqedə olduğunu - məsələyə eyni yanaşma sərgilədiklərini göstərdi.

Prezident İlham Əliyev məsələ ilə əlaqədar vurğulayıb ki, Azərbaycanda bütün azadlıqlar təmin edilir: “Söz azadlığı 100 faiz təmin edilir. Azərbaycanda yüzlərlə mətbu orqan çıxır. Eyni zamanda, Azərbaycanda internetə heç bir məhdudiyyət qoyulmur, internet azaddır, senzura yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 75 faizə yaxındır. Yəni, heç bir problem yoxdur. Ona görə mətbuat azadlığı tam şəkildə təmin edilir.

Eyni mənzərə sərbəst toplaşmaq azadlığına da şamil edilə bilər. Azərbaycanda müxtəlif siyasi qrupların mütəmadi qaydada, azad şəkildə mitinqləri keçirilir, heç bir məhdudiyyət qoyulmur. Bütövlükdə, son illərdə Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı böyük inkişaf var. Əlbəttə ki, bu, bizim üçün çox vacibdir. Çünki mən tam əminəm ki, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır. Ancaq bu təqdirdə ölkələr dayanıqlı uğura nail ola bilərlər”.

Xüsusi vurğulamaq gərəkdir ki, Qərbin aparıcı demokratik dövlətləri təşkilatları, o cümlədən, bu gün Azərbaycanla tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlı olan Avropa İttifaqı, Avropa Şurası kimi qurumlar, eyni zamanda, Almaniya dövləti ölkəmizdə demokratiya onun başlıca atributları olan vətəndaş cəmiyyəti hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması inkişafını yüksək qiymətləndirirlər. Bu məqamda qeyd etmək lazımdır ki, ölkəmizdə həyata keçirilən demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi islahatları davam etdirmək əzmindədir reallaşdırılan bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Bununla yanaşı, söz, fikir özünüifadə, eləcə , internet azadlığının təmin olunması, medianın müstəqil inkişafına xüsusi diqqət yetirilməsi, korrupsiya, rüşvətxorluq kimi neqativ hallara qarşı qətiyyətli mübarizə aparılması Azərbaycanın dinamik inkişafının, əsaslı ictimai-siyasi sabitliyin davamlı olacağına əminlik yaradır.

Tərəflər arasındakı münasibətlərin perspektivinə dair optimist proqnozlar verilir

Beləliklə, sadalananları ümumiləşdirərək qeyd edə bilərik ki, müstəqil daxili xarici siyasət kursuna malik olan, regional təhlükəsizliyin qarantı kimi çıxış edən, iqtisadi inkişaf tempinə görə dünya dövlətləri sırasında avanqard yerlərdən birini tutan, heç bir qurumdan, dövlətdən beynəlxalq təşkilatdan asılı olmayan, ali demokratik dəyərlərin təşəkkül tapdığı bir dövlətlə - Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi Almaniya üçün, sözün əsl mənasında, strateji prioritet qismində çıxış edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, tərəflər arasındakı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf edir yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Ekspertlər Azərbaycan Respublikası ilə Almaniya arasındakı münasibətlərin perspektiv inkişafına dair optimist proqnozlar səsləndirməkdədirlər. Bu baxımdan, perspektivdə yeni əməkdaşlıq platformalarının müəyyənləşdiriləcəyini münasibətlərin əhatə dairəsinin daha da genişlənəcəyini söyləmək olar. Bir sözlə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Almaniya-Azərbaycan əlaqələri böyük potensiala malikdir.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni  Azərbaycan.-2015.- 24 yanvar.- S.4.