Yeniliklərin, sosial təşəbbüslərin ünvanı - Binəqədi rayonu

 

Rayonda 1 iyul 2014-cü il tarixindən start götürən “Təmiz Binəqədi” sosial layihəsi sakinlərin ictimai aktivliyini, vətəndaş-sakin məsuliyyətini yüksəldib və onların rayonun həyatında fəal yer almalarını təmin edib

Vətənimizin müasirgüclü olması, eyni zamanda, hər birimizin əməlindən, çalışdığımız sahədə, yaşadığımız ünvanda ölkənin ümumi inkişafına, abadlaşmasına verdiyimiz töhfələrdən asılıdır. Respublikanın hər bölgəsinin, şəhərinin, rayonunun, kənd və qəsəbəsinin tərəqqisi, nümunəvi yaşayış məntəqəsinə çevrilməsi son nəticədə doğma Azərbaycanımızın gücünün artması deməkdir. Bu mənada son illərdə paytaxtın Binəqədi rayonunda yaşanan quruculuq-abadlıq əhval-ruhiyyəsi təqdirəlayiqdir. Rayon rəhbərliyi sakinləri, çoxsaylı əmək kollektivlərini ölkə Prezidenti İlham Əliyevin Azərbaycanı müasirgüclü dövlətə çevirməklə bağlı çağırışlarına istiqamətləndirməyi bacarıb. Bunun nəticəsidir ki, hazırda Binəqədi yeniliklərin, xoş soraqların ünvanına çevrilib.

Azərbaycanın dinamik inkişafının ümumi mənzərəsi bu rayonun timsalında aydın nəzərə çarpır. Göz oxşayan, sakinlərin sevimli istirahət guşələrinə çevrilən parklar, abad məhəllələr, səliqəli küçələr, sənaye və tikinti müəssisələrində, xidmət obyektlərində əldə olunan nailiyyətlər bu gün Binəqədi rayonunu səciyyələndirən əsas cəhətlərdir. Qeyd edək ki, inzibati-ərazi vahidi kimi Binəqədi rayonu özünəməxsus fərqli xüsusiyyətlərə malikdir. 169,38 kvadratkilometr ərazini əhatə edən rayonun əhalisinin sayı 400 min nəfərə yaxındır. Rayonda 5 bələdiyyə fəaliyyət göstərir. Binəqədi rayonunun inzibati ərazisində 5 qəsəbə (Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, 28 May), 4 mikrorayon var. Burada, eyni zamanda, 7 və 8-ci mikrorayonların, Dərnəgül yaşayış sahəsinin ərazi hüdudlarını əhatə edən 1 saylı Sahə inzibati ərazi dairəsi (SİƏD), 6 və 9-cu mikrorayonların ərazi hüdudlarını əhatə edən 2 saylı Sahə inzibati ərazi dairəsi təşkil olunub. Belə geniş coğrafiyaya və özünəməxsusluğa baxmayaraq, rayonda hamı, necə deyərlər, yumruq kimi birləşərək eyni məqsəd uğrunda çalışır və beləliklə də, rayonun, bütövlükdə respublikamızın tərəqqisinə öz töhfəsini verir.

Binəqədi rayonunun sakinləri, əmək kollektivləri 2015-ci ilixoş ovqatla qarşılayıblar. Belə ki, artıq tarixə dönən 2014-cü ildə rayonda bütün sahələrdə uğurlu nəticələr qazanılıb, qəsəbələrin, yaşayış sahələrinin, küçə və meydanların siması daha da abadlaşıb, müxtəlif ünvanlarda yeni müəssisələr, əyləncə və xidmət obyektləri istifadəyə verilib. Son illərdə Binəqədi rayonunun sosial-iqtisadi inkişafından söhbət açarkən Prezident İlham Əliyevin 2014-cü il 17 yanvar tarixli müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülən işlərin əhəmiyyətini ayrıca vurğulamaq lazımdır. Sözügedən Dövlət Proqramında Binəqədi rayonunda 40 tədbirin reallaşdırılması nəzərdə tutulub. Rayon ərazisində sözügedən Dövlət Proqramı çərçivəsində Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması və dağ velosipedi yarışları üçün veloparkın tikintisi uğurla davam etdirilir. Ötən il Dövlət Proqramına uyğun olaraq rayondakı bir neçə məktəb əsaslı təmir olunaraq ən müasir avadanlıqla təchiz edilib. Əlamətdar haldır ki, Prezident İlham Əliyev rayondakı 115 və 282 saylı orta məktəblərin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə şəxsən tanış olub. Bu yaxınlarda isə dövlət başçısının xeyir-duası ilə Binəqədi rayonunda möhtəşəm Heydər məscidi istifadəyə verilib.

Rayon intensiv şəkildə abadlaşdırılır, qəsəbələrdə, mikrorayonlarda abad məhəllələr yaradılır, memarlıq və şəhərsalma intizamı möhkəmləndirilir.

Son illərdə Binəqədi rayonu quruculuq-abadlıq meydanına çevrilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasaddam örtüklərində, parkmeydanlarda, həmçinin, digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir aparılıb və bu istiqamətdə işlər indidavam etdirilir.

Dərin ictimai-sosial məzmun kəsb edən unikal “Təmiz Binəqədi” layihəsi

Binəqədi rayonunun hər cəhətdən nümunəvi inzibati-ərazi vahidinə çevrilməsində, burada həlli vacib sosial problemlərin birgə səylərlə operativ surətdə aradan qaldırılmasında rayon rəhbərliyinin irəli sürdüyü təşəbbüslər mühüm rol oynayır. Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə 1 iyul 2014-cü il tarixindən icrasına start verilən “Təmiz Binəqədi” layihəsi məhz belə təşəbbüslərdəndir. Layihə cari ilin yayında paytaxtımızda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq mərhələsində Binəqədi rayonunun küçə və prospektləri boyunca binaların memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbələrdə və mikrorayonlarda, məhəllələrdə və istirahət guşələrində aparılan təmizlik-abadlıq işlərini intensiv şəkildə davam etdirmək məqsədilə irəli sürülüb.

Əlbəttə, “Təmiz Binəqədi” layihəsinin kommunal-təsərrüfat əhəmiyyəti kifayət qədər genişdir. Rayon İcra Hakimiyyəti başçısının yuxarıda bəhs olunan sərəncamı ilə layihə çərçivəsində reallaşdırılması nəzərdə tutulan tədbirlər planı təsdiqlənib. Lakin “Təmiz Binəqədi” layihəsinin aktuallığı heç də yalnız bu təşəbbüsün kommunal-təsərrüfat əhəmiyyəti ilə məhdudlaşmır. Layihə haqqında söhbət açarkən, ilk növbədə, onun ictimai-siyasi əhəmiyyətini vurğulamaq gərəkdir. Rayon rəhbərliyi bu son dərəcə aktual təşəbbüs vasitəsilə sakinlərin ictimai aktivliyini, onların vətəndaş-sakin məsuliyyətini yüksəltməyə və bu yolla rayonun həyatında fəal yer almalarını təmin etməyə nail olub.

Haqqında bəhs olunan layihə ilə bağlı digər bir məqam da çox önəmlidir. Məlumdur ki, I Avropa Oyunlarının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin 17 yanvar 2013-cü il tarixli müvafiq Fərmanı ilə Təşkilat Komitəsi yaradılıb. İndiyədək ölkəmizin birinci xanımı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi tərəfindən birinci Avropa Oyunlarına hazırlıq məqsədilə böyük həcmi yerinə yetirilib, bir sıra möhtəşəm olimpiya obyektləri tikilib istifadəyə verilib, bəzi idman qurğularında isə tamamlama işləri sürətlə davam etdirilir.

Heç şübhəsiz, “Təmiz Binəqədi” layihəsi çərçivəsində indiyədək görülən işlər və bundan sonra həyata keçiriləcək tədbirlər paytaxtımızda intensiv surətdə davam etdirilən ilk Avropa Oyunlarına hazırlığa konkret töhfədir.

Geniş kütləviliyin təmin olunması “Təmiz Binəqədi” layihəsinin uğur qazanmasını şərtləndirən əsas amillərdəndir

Hər bir layihə ilk baxışda gözəl təsir bağışlaya bilər. Lakin yerlərdən, ictimaiyyətdən dəstək almayan təşəbbüslər heç bir halda həyatda öz təsdiqini tapmır və tezunudulur. Bu mənada “Təmiz Binəqədi”ni olduqca uğurlu layihə kimi xarakterizə etmək mümkündür. Geniş kütləviliyin təmin olunması layihənin böyük müvəffəqiyyətlə reallaşmasını şərtləndirən əsas amil qismində çıxış edir. Artıq “Təmiz Binəqədi” rayonda hər evə, hər ailəyə, hər əmək kollektivinə daxil olub. Sakinlər layihədə iştirak etməyi özlərinin vətəndaşlıq borcu hesab edirlər. Bu da, ilk növbədə, rayon İcra Hakimiyyətinin işi düzgün qurmasının, vaxtında lazımi təbliğat aparmasının nəticəsidir.

Məlumat üçün bildirək ki, “Təmiz Binəqədi” layihəsinin təqdimatı ötən il iyulun 5-də keçirilib. Tədbir çərçivəsində 9-cu mikrorayondakı Adil Məmmədov küçəsində yeni istirahət parkının açılışı keçirilib və sakinlər üçün konsert proqramı təşkil edilib. Layihə ilə bağlı təbliğat işləri bütün qəsəbələri, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, bələdiyyələri, əmək kollektivlərini əhatə edib, bu barədə dövrü mətbuatda məlumatlar dərc olunub. Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (binegedi-ih.gov.az) “Təmiz Binəqədi layihəsi” bölməsi yaradılıb, layihə ilə bağlı bütün məlumatlar operativ surətdə altbölmələrdə yerləşdirilir. Eyni zamanda, rayon İcra Hakimiyyəti başçısı Aparatının qəbul monitorundarayon ərazisində quraşdırılan infoköşklərdə layihə haqqında məlumatlar yerləşdirilib. “Təmiz Binəqədi” layihəsinin keçirilməsi barədə 30 min ədəd bildiriş hazırlanıb. İndiyədək sakinlərə və rayon ərazisində fəaliyyət göstərən təsərrüfat subyektlərinə 20 500 ədəd belə bildiriş paylanıb. Bundan başqa, layihə ilə əlaqədar 1600 ədəd poster hazırlanıb və onların paylanması təmin olunub. İndiyədək “Təmiz Binəqədi” layihəsinin keçirilməsi barədə 42 min rayon sakininə sms-lər göndərilib. Xüsusi zövqlə hazırlanan loqosu, geyim formaları, təqvimlər, yazı ləvazimatları, stikerlər də layihənin uğurla təbliğ olunmasında öz rolunu oynayıb. “Təmiz Binəqədi” layihəsində, həmçinin, təxminən 40 nəfər gəncin iştirakı ilə formalaşan könüllülər dəstələri də fəal iştirak edirlər. Azadlıq prospektində yerləşən animasiyalı binalarda layihənin loqosu əks etdirilib. “Təmiz Binəqədi” layihəsinin loqosu 129 ədəd müxtəlif fon görüntüləri ilə sosial şəbəkələrdə geniş yayılıb. İndiyədək sosial şəbəkələrdə layihə ilə əlaqədar 588 ədəd foto paylaşılıb, rayon ərazisində olan monitorlarda videoçarxlar yerləşdirilib. Rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatlara məxsus nəqliyyat vasitələrinə, pərakəndə ticarət obyektlərinə, həmçinin digər təsərrüfat subyektlərinə posterloqolar yerləşdirilib. Parklarda və yaşıllıq zonalarında işıqlandırılmış banerlər də diqqəti cəlb edir. Azadlıq prospektində yerləşən keçidin hər iki tərəfində və Rəsulzadə qəsəbəsi ərazisində yerləşən dəmiryol körpüsünün hər iki tərəfinə “Evimizi təmiz saxlayaq, Binəqədi evimizdir” şüarları ilə reklam banerləri vurulub. Bakı-Sumqayıt yolunun rayon ərazisinə düşən hissəsində “Təmiz Binəqədi” layihəsinə uyğun işıqlı lövhələr asılıb, rayonun giriş hissəsində birinci Avropa Oyunlarının loqosu quraşdırılıb. Rayonun ərazisində 2000 ədəd məişət tullantıları konteynerinin, eləcə də, məişət tullantılarını daşıyan nəqliyyat vasitələrinin üzərinə “Təmiz Binəqədi” loqosu yapışdırılıb. Bütün bu və digər tədbirlər isə, yuxarıda vurğuladığımız kimi, layihəni ictimai maraq mərkəzinə gətirib və onu sakinlərin gündəlik həyatlarının vacib atributuna çevirib.

Layihə çərçivəsində indiyədək bir neçə müsabiqəyə yekun vurulub

Rayonda “Təmiz Binəqədi” layihəsinin “Tədbirlər planı”na uyğun olaraq müxtəlif adlar altında yarış-müsabiqələr keçirilir. “Ən təmiz obyekt”, “Ən təmiz uşaq bağçası”, “Nümunəvi səhiyyə müəssisəsi”, “Ən təmiz məktəb”, “Ən təmiz fərdi ev” və digər müsabiqələr bu qəbildəndir. Belə müsabiqələr layihənin səmərəsini daha da artırır. İndiyədək bir neçə müsabiqəyə uğurla yekun vurulub.

Məsələn, layihə çərçivəsində keçirilən “Ən təmiz Mənzil-Kommunal İstismar Sahəsi” müsabiqəsinə ötən il oktyabrın 1-də yekun vurulub. Müsabiqədə rayondakı mənzil-kommunal istismar sahələrinin əməkdaşları və sakinlər fəal iştirak ediblər. Ciddi rəqabət şəraitində keçən müsabiqədə 8-ci mikrorayonda yerləşən 1 saylı Mənzil- Kommunal İstismar Sahəsinin kollektivi qalib adını qazanıb. Müsabiqədə II yerə 7-ci mikrorayonda yerləşən 80 saylı, III yerə isə 9-cu mikrorayondakı 95 saylı MKİS layiq görülüb.

“Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində Binəqədi rayon bağçaları arasında keçirilən “Ən təmiz bağça” müsabiqəsinə də yekun vurulub. Müsabiqədə iştirak edən bağçalar mükafatlandırılıb və diplomlarla təltif ediliblər.

Ötən il avqustun 12-də Beynəlxalq Gənclər Günü münasibətilə təşkil edilən tədbirdə könüllü olaraq “Təmiz Binəqədi” sosial layihəsində iştirak edən bir qrup könüllü gənc mükafatlandırılıb. Tədbirdə sosial şəbəkədə “Təmiz Binəqədi” layihəsi çərçivəsində “Ən aktiv səhifə” müsabiqəsinin qalibinə mobil telefon hədiyyə edilib.

“Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində “Ən təmiz səhiyyə müəssisəsi” müsabiqəsində iştirak edən səhiyyə ocaqları arasında 3 tibb müəssisəsi-Ə.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanası, 20 saylı uşaq poliklinikası və “HB Güvən” klinikası mükafatlandırılıb.

Ötən il dekabrın 26-da isə Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə keçirilən ümumrayon tədbirində “Ən təmiz sahibkarlıq obyekti” müsabiqəsində iştirak edən sahibkarlıq subyektləri arasında 1, 2 və 3-cü yerlərin qalibləri olanAltis Group of Companies”, “Lalə” restoranı və “Letter Press” MMC mükafatlandırılıb.

Layihə çərçivəsində ötən il sentyabrın 24-də rayon İcra Hakimiyyətinin və “İstedadlı Əlillər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Binəqədi rayonunda fiziki məhdudiyyətli şəxslərin rəsm əsərləri, əl işlərinin sərgisi keçirilib və onların ifasında konsert proqramı nümayiş etdirilib. Eyni zamanda, “İstedadlı Əlillər” İctimai Birliyinin diplomları ictimai fəallığı ilə seçilən fiziki məhdudiyyətli şəxslərə təqdim edilib.

Layihə çərçivəsində keçirilən müxtəlif aksiyalar rayonda ekoloji vəziyyətin daha da yaxşılaşmasına müsbət təsir göstərib

“Təmiz Binəqədi” layihəsi çərçivəsində həyata keçirilən iməciliklər və digər tədbirlər rayonun ekoloji vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərib. Ötən ilin son 6 ayı ərzində rayon ərazisində ümumilikdə 63 ünvanda iməciliklər keçirilib. İməciliklərdə iştirak edənlərin ümumi sayı 3075 nəfərə çatıb.

“Təmiz Binəqədi” layihəsi çərçivəsində rayonun ərazisində genişmiqyaslı yaşıllaşdırma aksiyaları keçirilir. Belə aksiyalar sırasında İDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xocasən qəsəbəsində yerləşən M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının binasının ətrafında, “28 May” qəsəbəsində, metronun “Dərnəgülstansiyasının yaxınlığında keçirilən yaşıllaşdırma tədbirlərini misal göstərmək mümkündür. Ümumiyyətlə, ötən ilin noyabrdekabr aylarında keçirilən 5 ümumrayon ağacəkmə aksiyasında 1480 ədəd müxtəlif növ ağac əkilib. “Təmiz Binəqədi” layihəsi çərçivəsində “Polietilensiz gündevizi altında rayonda keçirilən aksiya da geniş populyarlıq qazanıb. Təmizlik aksiyası rayonun bütün ərazisini əhatə edib. Sosial aksiya zamanı ərazilər plastik qablardan və digər tullantılardan təmizlənib, toplanan tullantılar təkrar emala göndərilib.

Rayonda ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün, həmçinin “Təmiz Binəqədi” layihəsi çərçivəsində mühüm nəzarət tədbirləri həyata keçirilir. Məsələn, yanma mexanizmləri nasaz olan bütün növ nəqliyyat vasitələrinin rayon ərazisində hərəkətinin məhdudlaşdırılması barədə bildirişlər paylanıb. Layihə çərçivəsində rayon ərazisində 9 ünvanda Azərbaycan Respublikası DİN BDYPİ-ninSiqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin dəstəyi ilə sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə piyada keçid zolaqlarının və yol xətlərinin yenilənməsi işləri həyata keçirilib. Vətəndaşlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən aparılan təmir-tikinti işləri zamanı istifadə olunan tikinti materiallarının və yaranan tullantıların əhalinin ümumi istifadə yerlərinə, eyni zamanda, məişət tullantıları meydançalarına atılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür. Rayonda müəyyən olunmamış yerlərdə aparılan küçə ticarətinin qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinqlər keçirilir. Monitorinqlər rayonun küçə ticarəti müşahidə edilən bütün ərazilərini əhatə edib. Ümumiyyətlə, rayonda qanunsuz küçə ticarətinə, özbaşına tikililərə qarşı ciddi mübarizənin aparılması bütövlükdə nizam-intizamın, təmizliyin gözlənilməsində, ekoloji vəziyyətin yaxşılaşmasında mühüm rol oynayır.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni  Azərbaycan.-2015.- 30 yanvar.- S.6.