“YAY Gallery” ölkəmizi Parisdə “Art Paris Art Fair” müasir incəsənət sərgi-yarmarkasında təmsil edir

 

Parisdə “Grand Palais”də nüfuzlu çox sevilən “Art Paris Art Fair” müasir incəsənət sərgi-yarmarkasında ölkəmizi “YAY Gallery” təmsil edir.

Sərgi-yarmarkada Azərbaycanda müasir incəsənətin ictimai dərki incəsənətimizin ölkə daxilində beynəlxalq səviyyədə təbliği ilə məşğul olan YARAT Müasir İncəsənət Məkanının təsisçisi bədii rəhbəri Aida Mahmudovanın əsərləri sərgilənir.

Sent Martins İncəsənət Dizayn mərkəzi kollecinin məzunu Aida Mahmudovanın əsərləri Bakı ilə yanaşı, dünyanın bir çox ölkələrində geniş sərgilənib. Rəssamın dəniz mənzərələri “VITA VITALE” qrup sərgisinin bir hissəsi kimi 56-cı “Venesiya Biennalesisərgisində təqdim olunub. Onun heykəltəraşlıq instalyasiyaları rəsmləri bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib dünyanın müxtəlif yerlərində fərdi kolleksiyalarda saxlanılır.

Azərbaycanlı rəssamın əsərləri əsasən nostalji hisslər yaddaş mövzusunda qurulur. O, öz yaradıcılığında təbiətdən anadan olduğu Azərbaycandan, Abşeron mənzərələrindən ilham alır. Rəsm silsilələrində A.Mahmudova sanki anilik ideyasını araşdırır. Əsərlər daimi sürətli dəyişikliklərə məruz qalan bir arxa planı - Azərbaycanın təbii şəraitini, şəhər mühitinin lirik ab-havasını görməyə hiss etməyə imkan verir. O, diqqətdən kənar yerli bəzən unudulan mənzərələri əsərinin ön planına yerləşdirməklə, Vətəninin müxtəlifliyini təsvir edir. Onun zərif nostalji hisslər ilə aşıb-daşan əsərlərində şəhər Abşeron mənzərələri ilə əlaqədar sosial-antropoloji baxışlar öz əksini tapır.

Parisdə “Grand Palais”də nüfuzlu “Art Paris Art Fair” sərgi-yarmarkasında Aida Mahmudovanın “10 am, 2015”, “24 hours, 2015”, “From noon till five, 2015”, “Towards the evening, 2015”, “Red Orange-Green Blue, 2015” əsərləri sərgilənir. Azərbaycanlı rəssamın əsərləri yarmarkanın ziyarətçilərinin diqqətini cəlb edib.

“YAY Gallery”nin daha iki üzvünün -Reza Hazare Almagul Menlibayevanın əsərləri “Grand Palais”də təşkil olunmuş yarmarkada nümayiş olunur.

“YAY Gallery”nin stendi 5 ildən az bir müddətdə fəaliyyətə başlayan perspektivli qalereyalara həsr edilmişPromessessektorunda yerləşir.

Yarmarkada 20-yə qədər ölkəni təmsil edən 143 qalereya iştirak edir. Azərbaycan, Kolumbiya İran bu sərgi-yarmarkada ilk dəfə təmsil olunurlar.

Aprelin 3-dək davam edəcək sərgi- yarmarka zamanı hər axşam “Grand Palais”nin fasadında rəqəmsal incəsənət əsərləri təqdim edilir.

Yenı azərbaycan.- 2016.-4 aprel.- S.8