AŞPA sədri: Ermənistan
silahlı qüvvələri işğal
altındakı Azərbaycan torpaqlarından geri
çəkilməlidir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki son hadisələrlə bağlı açıqlamasında baş verənlərdən çox narahat olduğunu və insanların ölümünə kədərləndiyini bildirib.
AZƏRTAC xəbər verir ki, AŞPA sədri atəşkəsə əməl edilməsinin və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqların bərpa olunmasının vacibliyini bildirib. O, Azərbaycanın cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq qərarı verməsi ilə bağlı xəbəri məmnunluqla qarşıladığını bildirib.
Pedro Aqramunt
BMT Təhlükəsizlik Şurasının qətnamələrinə
uyğun olaraq Ermənistan
silahlı qüvvələrinin işğal
altındakı Azərbaycan torpaqlarından geri
çəkilməsinin vacibliyini
vurğulayıb.
Yeni azərbaycan.- 2016.- 4 aprel.- S.4