“Hökmdarın taleyi” və “Dua” filmləri Ekvadorun paytaxtında nümayiş olunub

 

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ekvador Respublikasının Mədəniyyət və İrs Nazirliyininbu ölkədəki səfirliyimizin təşkilatçılığı ilə paytaxt Kitoda yerləşən FLACSO universitetində “Hökmdarın taleyi” bədii filminin təqdimatı keçirilib.

Tədbirdə Braziliyadakı eyni zamanda, Ekvadordakı səfirimiz Elnur Sultanov “Hökmdarın taleyi” bədii filmi haqqında məlumat verərək, ermənilərin tarixən Cənubi Qafqazda yaşamadıqlarını bildirib, həmçinin onların XIX əsrdən başlayaraq əzəli Azərbaycan torpaqlarına köçürülməsinə dair tarixi faktlarbunun sonradan regionda yaratdığı fəsadlar barədə danışıb.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, bundan əlavə, Kitonun Kino İnstitutunda (Incine) Xocalı soyqırımına həsr edilmişDua” sənədli filmi təqdim olunub.

Təqdimatdan əvvəl çıxış edən səfir E.Sultanov Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzündən və 1992-ci il fevralın 26-da Xocalı şəhərində dinc soydaşlarımıza qarşı törədilmiş soyqırımı barəsində iştirakçılara geniş məlumat verib.

Sonra diplomat ekvadorlu tamaşaçıların çoxsaylı suallarını cavablandırıb.

Hər iki filmin nümayişi yerli tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirlər zamanı tamaşaçılara ispan dilində müxtəlif materiallar təqdim olunub.

Yeni azərbaycan.- 2016.-6 aprel.- S.8

 

 

 .