“The Washington
Post” qəzetində qoşunların təmas
xəttində vəziyyət barədə məqalə dərc
olunub
“The Washington Post” qəzetində “Diplomatik səylər sayəsində Dağlıq Qarabağda atəşkəs elan edilib” sərlövhəli məqalə dərc olunub. İşğalçı erməni silahlı qüvvələri ilə Azərbaycan ordusu arasında təmas xəttində vəziyyətdən bəhs edilən məqalənin müəllifi Endrü Rot yazır ki, dünya liderlərinin tərəflərə müraciətlə döyüş əməliyyatlarından çəkinmək barədə çağırışlarından sonra cəbhədə atəşkəs elan edilib. Münaqişənin genişlənməsi nəticəsində azı 50 nəfər həlak olub.
Müəllif qeyd edir ki, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağdakı separatçı rejim Ermənistan hökumətindən hərbi və maliyyə yardımı alır. Məqalədə daha sonra deyilir ki, ABŞ, Fransa və Rusiyadan olan vasitəçilər tərəflərlə danışıqlar aparmaq üçün regiona gələcəklər.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun telefonla verdiyi müsahibədə münaqişə zonasında vəziyyət müzakirə edilib. E.Süleymanov deyib: “Hamı başa düşür ki, status-kvo qəbuledilməz və davamsızdır, bu vəziyyət əvvəlki kimi daha iyirmi il davam edə bilməz”.
Səfir onu da
qeyd edib ki, münaqişənin siyasi
yolla tənzimlənməsinə nail olmaq üçün
aparılan danışıqların ləng getməsi Azərbaycanı
qane etmir. Biz Dağlıq Qarabağ
regionundan erməni qoşunlarının
tamamilə çıxarılmasını istəyirik. Səfir “The Washington
Post” qəzetinə bildirib
ki, Azərbaycan qoşunları erməni
silahlı qüvvələri tərəfindən artilleriya atəşlərindən müdafiə
olunmaq üçün
münaqişə zonasındakı strateji
əhəmiyyətli yüksəklikləri güc
tətbiq etməklə nəzarət altına almağa
məcbur olublar.
Yeni azərbaycan.-
2016.- 7 aprel.- S.3