Prezidentin poçtundan: Ürəyimiz daim Vətənlə, Sizinlə birgə döyünür, cənab Prezident!
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin poçtuna ölkəmizin və dünyanın müxtəlif guşələrindən məktub və müraciətlər daxil olmaqda davam edir. Bu məktub və müraciətlərdən aydın görünür ki, cəbhə bölgəsində baş verən son hadisələr, Ordumuzun uğurlu döyüş əməliyyatları xalqımızın mübarizə əzmini artırıb, həmrəyliyini daha da möhkəmləndirib. Müxtəlif yaşda olan sadə insanların səmimi duyğularının, hiss və həyəcanlarının, arzu və amallarının təcəssümü olan məktublar onların qəlbinin səsidir. Döyüşə atılmaq istəyənlər arasında hətta qadın və qızlar da var. Onlar Azərbaycan əsgərinin rəşadətindən qürur duyur, Azərbaycan Prezidentinə inandıqlarını, onun ətrafında sıx birləşdiklərini bəyan edirlər. Harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımız Ali Baş Komandanın əmrini gözləyir, öz Vətəni və Prezidenti ilə fəxr edir. Bu birlik və həmrəylik doğrudan da bizim ən böyük nailiyyətimizdir.
AZƏRTAC Prezidentin saytına istinadla Ali Baş Komandan İlham Əliyevə ünvanlanan bir sıra məktub və müraciətləri təqdim edir.
Sizə qəlbimizin səsini çatdırırıq, cənab Prezident
Soydaşımız Ləman Rzayeva
Rusiyanın Surqut şəhərində
yaşayır. Rusiya Federasiyası
Hökuməti yanında
Maliyyə Universitetinin
tələbəsidir. Hazırda
Rusiyada yaşadığından
Vətənimiz və
xalqımız üçün
heç nə edə bilmədiyinə görə təəssüflənən
Ləman qəlbinin səsini Azərbaycan Prezidentinə çatdıraraq
yazır: “Azərbaycanımız
üçün etdiklərinizə
görə Sizə bütün doğmalarım
adından minnətdarlığımı
bildirirəm. Azərbaycan Silahlı
Qüvvələrini alqışlayıram.
Biz Ordumuzun bu
uğurunu çoxdan gözləyirdik. Xahiş edirik,
başladığınız işi dayandırmayın.
Bütün xalqımız qələbənin
davamını gözləyir.
Mən də silaha sarılıb düşmənlə
vuruşmağa hazıram,
təki torpaqlarımız
qayıtsın. Döyüş ruhumuz o dərəcədə
yüksəlib ki, hamımız yalın əllə düşmən
üzərinə atılmağa
hazırıq. Qoy, şəhidlərimizin
qanı yerdə qalmasın. Cənab
Ali Baş Komandan, biz həmişə Sizin
yanınızdayıq”.
Məktubunu Rusiyanın Krasnoyarsk şəhərindən
yazan digər soydaşımız Qumral Əhmədova Rusiya Federasiyasında yaşayan
bütün azərbaycanlılar
kimi, öz Vətəni və Prezidenti ilə fəxr etdiyini bildirir. Tibb İnstitutunun
tələbəsi olan
Qumral yazır: “Ölkəmə bilavasitə
təmas xəttində
kömək etməyə
hazıram. Biz Sizə inanırıq, Sizin əmrinizi gözləyirik. Təki torpağımız
geri qayıtsın.
Biz birlikdə bunu edəcəyik”.
Ailəsi
ilə birlikdə Qazaxıstanın Çimkənd
şəhərində yaşayan
Firuzə Heydərova da Prezidentə ünvanlandığı məktubda
Vətənin müdafiəsində
iştirak etməyə
hazır olduğunu yazır: “Azərbaycan xalqını təbrik edirik. Torpaqlarımızın işğaldan azad
olunması istiqamətində
atılan addımlar, əldə olunan uğurlar bizi çox sevindirir”.
Soydaşlarımızın digər məktub və müraciətlərində
də (onların sayı yüzlərlədir)
yüksək vətənpərvərlik
və həmrəylik
duyğuları, Prezident
və Ali Baş Komandan İlham Əliyevə, böyük
qələbəyə inam
əksini tapıb.
Siz şanlı tariximizdə yeni səhifə açdınız
Prezidentə məktub ünvanlayanlar
arasında məktəblilər
də var. Ordumuzun cəbhədəki uğurlarından
ruhlanan Xətai rayonu 245 saylı məktəbin 8-ci sinif şagirdi Mədinə Hüseynova bu sətirləri qəhrəman
Vətən oğullarının
dəfn mərasiminin təsiri altında qələmə alıb:
“Sizi böyük qələbənin ilk qədəmləri
münasibətilə təbrik
edirəm. Siz şanlı tariximizdə
yeni səhifə açdınız və tarixi uğura imza atdınız Bu, illərdən bəri çəkdiyiniz misilsiz zəhmətin bəhrəsidir.
Bu gün məktəbli
yoldaşlarımla torpaqlarımızın
ərazi bütövlüyü
uğrunda qəhrəmancasına
şəhid olmuş Xaliq Əzizzadənin dəfn mərasimində iştirak etdim. Çox təsirləndim,
eyni zamanda, qürur duydum. Məktəbli olsam da, Vətənimin mənfur ermənilərdən
təmizlənməsi üçün
hər an əlimdən gələni
etməyə hazıram.
Hamı kimi mən də Sizin əmrinizi
gözləyirəm. Tam əmin
ola bilərsiniz
ki, bütün xalqımız kimi, biz məktəblilər də
Sizin arxanızdayıq.
Bilin ki, hamımız Sizinlə fəxr edirik”.
Astara
rayon sakini Afaq Ağamirova Prezidentə məktubu məktəbli övladlarının xahişi
ilə yazdığını
deyir: “Mən azərbaycanlı olduğum
üçün fəxr
edirəm. Sizinlə qürur duyuram, Sizin üçün
çoxlu dualar edirəm.
Son günlər cəbhədə
erməni təxribatına
cavab olaraq düşmənə sarsıdıcı
zərbələr vuruldu. Döyüşlərdə
şəhid olan əsgərlərimizə Allah rəhmət
eləsin.
Mənim iki məktəbli oğlum var, Sizi çox sevir, hər çıxışınızı izləyirlər. Bu məktubu
da onların istəyi ilə yazıram. İstəyirlər ki, bunu biləsiniz. İnşallah, bu çətin yolda Allah yardımçınız
olar”.
Əmrinizi gözləyirik, cənab
Ali Baş Komandan
Azərbaycan Prezidentinə ölkəmizin
müxtəlif bölgələrindən
müraciət və məktub ünvanlayan hər kəs yaşından, peşəsindən
asılı olmayaraq, öz köməyini təklif edir, Ali Baş Komandandan əmr gözlədiyini bildirir.
Onlardan biri, lerikli Teymur
Yəhyayev yazır: “Mən 1994-1998-ci illərdə
Qarabağda, Ağdam rayonunda hərbi xidmət keçmişəm.
Döyüşlərin birində yaralanmışam,
2-ci qrup Qarabağ əliliyəm. Aprelin 2-də cəbhədə erməni
silahlı bölmələrinin
təxribatlarının qarşısının
uğurla alınması
məni qürurlandırdı.
Məndə yenidən ordu
sıralarına qayıtmaq
arzusu baş qaldırdı. Birinci Qarabağ
müharibəsinin iştirakçısı
kimi Sizdən xahiş edirəm, torpaqlarımızın işğaldan
azad olunması uğrunda döyüşlərə
qoşulmağımız üçün
əmr verəsiniz”.
Ruhiyyə Namazova (Sumqayıt sakini): “Hər bir Azərbaycan vətəndaşı kimi Sumqayıtın tibb işçiləri də cəbhədə erməni təxribatlarına layiqli cavab verilməsindən böyük qürur hissi duyurlar. Doğma vətənimizin azadlığı və inkişafı naminə əldə edilən bütün qələbələrə görə Sizə minnətdarlığımızı bildirir, bu şərəfli işdə yaxın köməkçiniz olacağımıza söz veririk”.
Eyni ruhun hakim kəsildiyi daha üç müraciətə diqqət yetirək.
Ülvi Əzizli (İmişli): “Biz gənclər Sizinlə fəxr edirik. Ordumuzun düşmənə endirdiyi sarsıdıcı zərbələrdən qürur duyuruq. Torpaqlarımız uğrunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirik.
Cənab Ali Baş Komandan, biz döyüşməyə hazırıq. Əmr edin, torpaqlarımızı düşmən tapdağından azad edək. Biz Sizə, Ordumuza inanırıq”.
Sübhan Xəlilov (Salyan): “Son günlər Azərbaycan əsgərlərinin göstərdiyi qəhrəmanlıq biz gəncləri çox ruhlandırıb. Biz Salyan gəncləri Qarabağı geri qaytaracağımıza inanırıq. Düşmənə daha ağır zərbələr endirməyə və şəhidlərimizin qisasını almağa hər an hazırıq, Sizin əmrinizi gözləyirik. Düşmən Ordumuzun gücünü ilk zərbənin təsirindən daha aydın hiss etdi. Elə buna görə də təşviş içindədir.
Cənab Prezident, Allah Sizi, xalqımızı və Ordumuzu qorusun. Yaşasın Azərbaycan!”.
Vətən uğrunda döyüşməyə hər an hazırıq
Nijni Novqorodda yaşayan həmyerlimiz Elmir Əliyev Prezidentimizi və xalqımızı təbrik edərək yazır: “Hörmətli Prezident, mən və Nijni Novqorod Azərbaycanlı Gənclər Cəmiyyətinin üzvləri döyüşə hazır vəziyyətdə tarixi torpaqlarımızın müdafiəsinə qalxmaq üçün Sizin əmrinizi gözləyirik. Yaşasın Azərbaycan və dəyərli Azərbaycan xalqı! Həlak olmuş qəhrəmanlarımıza görə kədərlənirik. Azərbaycanın ləyaqətli oğullarına eşq olsun!”.
Ukraynanın Dnepropetrovsk şəhərindən məktub yazan İbrahimxəlil İsmayıllı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşməyə hər an hazır olduğunu bildirir: “İlk növbədə, Ordumuzun cəbhədə qazandığı uğur münasibətilə Sizi təbrik edirik. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun. Cəbhədə baş verən son hadisələrlə bağlı onu demək istəyirik ki, mən və dostlarım Azərbaycanımızın ərazi bütövlüyü uğrunda döyüşməyə hər an hazırıq”.
Prezidentə məktub və
müraciət ünvanlayanlar arasında Samuxdan Rza Həbilov, Zəngilandan
Məhəmməd Quliyev, Sumqayıtdan Fuad Şamilov, Astaradan Valid Qəribli, Bərdədən
Uğur Salahlı, Ağdamdan
Sadiq Hüseynov,
Türkiyənin İzmir şəhərinin
sakini Eren Ayaz, Rusiyada yaşayan soydaşlarımız - Voronejdən
Vüsal Qədirov,
Yekaterinburqdan Müqtədir Abbasov, Tomskdan Vüsalə
Məmmədova, həmçinin Nyu-Yorkdan
Minəvvər Vahabova, İran
vətəndaşı Abdulrza Zahidi və yüzlərlə başqaları da var.
Yeni azərbaycan.-
2016.- 8 aprel.- S.3