“Via della Seta” jurnalının
növbəti sayı işıq üzü
görüb
İtalyan və Azərbaycan dillərində yayımlanan “Via della Seta” (İpək Yolu) jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın budəfəki sayında rəsmi məlumatlar, Bakıda keçirilən ilk Avropa Oyunlarının nəticələri, təhsil naziri Mikayıl Cabbarov, İtaliyanın Lombardiya bölgəsinin iqtisadi inkişaf şurasının üzvü Massimo Qaravalya və “Milenium tourism” şirkətinin prezidenti Ruslan Quliyevlə müsahibələr, Azərbaycan və İtaliyanın turizm potensialını təbliğ edən məqalə və reportajlar, Azərbaycandakı italyanlar və İtaliyadakı azərbaycanlılar haqqında maraqlı məlumatlar, Kamal Abdullanın “Yarımçıq əlyazma” əsərinin İtaliyada qazandığı uğur və Rəşad Məcidin “La donna” kitabının təqdimatı barədə yazılar və digər maraqlı məqalələr yer alıb.
Jurnalın budəfəki sayına ön sözü Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan-İtaliya Assosiasiyasının sədri, millət vəkili Azər Kərimli yazıb.
Xatırladaq ki, “Via della Seta”
jurnalının təsisçisi Azərbaycan-İtaliya
Assosiasiyasıdır.
Yeni azərbaycan.-
2016.- 8 aprel.- S.4