Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ölkədə davamlı sabitliyə və inkişafa təminatdır

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli

- Hadi müəllim, dünyada baş verən mürəkkəb proseslər nəticəsində bir çox ölkələr maliyyə-iqtisadi böhranla üzləşiblər. Təbii ki, bu proseslər regionumuza da təsirsiz ötüşməyib. Bütün bunların fonunda Azərbaycanda yeni iqtisadi inkişaf mərhələsinin başlanmasının əhəmiyyəti nədən ibarətdir?

- Həqiqətən də, qlobal böhran beynəlxalq aləmdə, bütün ölkələrin sosial-iqtisadi durumunda özünü bir sıra mənfi tendensiyalarla biruzə verir. Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi Azərbaycan manatını da devalvasiyaya uğradıb. Əlbəttə, ölkənin sosial həyatına, iqtisadiyyatına hiss oluna biləcək qədər təsir göstərəcək bu amilonun nəticələri ötən qısa müddət ərzində hörmətli Prezidentımız İlham Əliyev tərəfindən nəzarətə götürüldüsosial müdafiə yönümlü ardıcıl, sistemli tədbirlər həyata keçirilməyə başladı. Möhtərəm Prezidentimizin bu il 10 və 26 yanvar tarixli proqram xarakterli çıxışlarında qarşıda duran yaxın və gələcək anti-böhran, postneft dövrü vəzifələrinin baş istiqamətləri müəyyənləşdirildi.

Başlıca məqsəd Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi, əmək tutumlu yerlərinin yaradılması, bank-kredit, maliyyə-investisiya sisteminin təkmilləşdirilməsi, hüquqi bazanın bugünkü reallıqlara uyğunlaşdırılması və digərləridir. 2016-cı ilin dövlət büdcəsinə edilən dəyişiklər də yeni şəraitlə əlaqədardır. Burada da maksimum şəkildə, dövlətin və əhalinin maraqları qorunur. Məsələn, dövlət büdcəsində  bütövlükdə xərclərin, məxaricin cəmi 7.3 faiz artmasına baxmayaraq, sosial müdafiə və təminat xərcləri büdcə cədvəlində 43 faizdən çox artıb. Qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan vəsaitlər də artım baxımından təqdirə layiqdir. İqtisadi təsnifat üzrə bölmədə əsas artım “Təqaüdlər və sosial müavinətlər” bölməsində nəzərdə tutulmuşdur. Belə ki, təqaüdlərin və sosial müavinətlərin maliyyələşdirilməsi ilə bağlı xərclərin məbləği yenidən baxılma prosesində 211,5 milyon manat artırılaraq 2 milyard manata yaxın nəzərdə tutulub. Bu bir daha onu göstərir ki, ölkə başçısının gərgin, kəsirli büdcə paketində belə Azərbaycan vətəndaşı onun sosial müdafiəsi önə çəkilib, daim diqqət mərkəzində saxlanılıb.

- Yaranmış yeni vəziyyətdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi də xüsusi diqqət mərkəzindədir...

- Ümumiyyətlə, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bu ilin əvvəlindən maaş və pensiyaların artırılması da bunu sübut edir. Düşünürəm ki, iqtisadi inkişafın yeni mərhələsi nəticəsində əldə olunan nəticələr  dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verəcək.

- Bütövlükdə, Azərbaycanda həyata keçirilən sosial siyasətin səciyyəvi xüsusiyyətlərini necə izah edərdiniz?

- Əhalinin yüksək rifahının təmin olunmasına yönəldilmiş konkret tədbirlər sistemi olan sosial siyasət mürəkkəb struktura malik olmaqla çoxcəhətli prosesdir. Bu siyasətin hər hansı bir göstəricisini əsas götürərək bütövlükdə cəmiyyətin inkişafı barədə fikir yürütmək olar. Hər bir cəmiyyət öz inkişafına uyğun olaraq sosial siyasəti formalaşdırır və bu siyasətin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir. Baş verən ictimai, iqtisadi və digər inkişaf reallıqları sosial siyasətin məzmununun, mahiyyətinin zənginləşməsində böyük əhəmiyyət kəsb edir.

Sosial siyasətin qarşısına qoyulmuş məqsədlərə nail olmaq üçün onun həyata keçirilməsi mexanizminin böyük əhəmiyyəti var. Bu mexanizmin əsas elementi iqtisadiyyatı inkişaf etdirməkdir. Çünki iqtisadiyyatda uğur qazanmadan, yüksək maliyyə imkanlarına nail olmadan sosial siyasəti lazımi səviyyədə inkişaf etdirmək mümkün deyil. Azərbaycanda Ulu öndər Heydər Əliyevin müəllifi olduğu sosial siyasət cəmiyyətin hər bir fərdini əhatə edir. Bu gün aztəminatlı ailələrə, müharibə veteranlarına və əlillərinə mənzillərin və avtomobillərin verilməsi, əlillərin reabilitasiyası, ailə, qadın və uşaq problemlərinə yüksək diqqət, əhalinin məşğulluğunun təmin edilməsi, uğurlu gənclər siyasəti, cəmiyyətin hər bir stratının mənafeyinin nəzərə alınması Ulu öndər Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra dövlətin iqtisadi imkanlarına uyğun olaraq vüsət almağa başladı. O cümlədən, yoxsulluğun aradan qaldrılması üçün mühüm işlər görüldü. ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində əhalinin adambaşına düşən orta aylıq gəlirləri davamlı olaraq artmaqdadır.

Artıq 10 ildir ki, əhalinin imkansız təbəqələrinə ünvanlı sosial yardımlar verilir. Bu da minlərlə ailənin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub. Bilirsiniz ki, ünvanlı sosial yardımların verilməsi qaydaları təkmilləşdirilir və bu sahədə neqativ halların aradan qaldırılması üçün tədbirlər görülür. Bu məqsədlə yardımların verilməsində məmur-vətəndaş ünsiyyətinin minimuma endirmək üçün elektron sistem tətbiq olunur.

Azərbaycan iqtisadiyyatının davamlı şəkildə sürətli inkişafı cəmiyyətin başlıca sosial problemlərindən olan yoxsulluğun səviyyəsinin də azaldılması üçün geniş imkanlar açıb. Əhalinin sosial durumunun yüksəlməsi həm də ölkədə sabitliyə və davamlı inkişafa təminatdır.

- Hadi müəllim, məşğulluq da  sosial təminatın əsas elementlərindən biridir. Əhalinin məşğulluğunun təmin olunması istiqamətdə həyata keçirilən tədbirlər haqqında nə deyə bilərsiniz?

- Məşğulluq, əhalinin işlə təminatı sosial siyasətin olduqca vacib tərkib hissəsidir. Çünki məşğulluq əhalinin müəyyən hissəsinin sosial problemlərini öz əməyi hesabına həll etməsinə imkan yaradır. Əhalinin işlə təminatına nail olmaqla dövlət sosial məsrəflərin müəyyən qismini aztəminatlılara, işsizlərə, pensiyaçılara və əlillərə yardıma istiqamətləndirə bilər. Ötən 12 ildə Azərbaycanda həyata keçirilən dövlət proqramlarının nəticəsi olaraq əhalinin məşğulluğunun təmin edilməsi və həm də əhalinin kəndlərdən şəhərə axınının, həmçinin dalınca xarici ölkələrə üz tutmasının qarşısının alınması istiqamətində böyük uğurlar əldə olunub. Xatırladaq ki, 2003-cü ilin prezident seçkiləri ərəfəsində cənab İlham Əliyevin 600 min yeni yerinin yaradılacağı barədə vədi də sistemli şəkildə, ardıcıl olaraq ilbəil əhalinin məşğuliyyətinin təmin edilməsinə hesablanmışdı.

Ötən dövrdə regionlarda iqtisadiyyatın inkişafını sürətləndirən tədbirlərin, bununla bağlı dövlət dəstəyinin istiqamətlərinin müəyyən edildiyi proqramların təsdiqi ölkəmizin inkişafında yeni bir mərhələnin başlanğıcı olubonun uğurla icrası nəticəsində Azərbaycanın, demək olar ki, bütün bölgələrində davamlı olaraq əməktutumlu, rəqabətqabiliyyətli yeni istehsal müəssisələri, xidmət sahələri istifadəyə verilib, ölkənin hərtərəfli potensialı hərəkətə gətirilib.

Beş ildən bir qəbul olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkənin iqtisadi inkişafının mühüm təkanvericisi missiyasını yerinə yetirməklə vətəndaşların sosial rifahının yüksəldilməsində müstəsna rol oynayıb. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi regionlarda tarazlı inkişafla yanaşı, sosial məsələlər də yoluna qoyulub, əhalinin məşğulluğu və real gəlirləri artıb, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Ümumiyyətlə, son 12 ildə Azərbaycanda 1 milyon 500 min yeri açılıb ki, bunun da 1 milyonu daimidir. Yeni iqtisadi şəraitdə də qarşıya qoyulan əsas vəzifələrdən biri əmək tutumlu yerlərinin yaradılmasıdır. İnanırıq ki, həyata keçirilən düzgün siyasət nəticəsində bu hədəfə nail olunacaq.

- Yeri gəlmişkən, qarşıya qoyulan əsas hədəflərdən biriyerli istehsalı artırmaq, yeni istesal müəssisələri yaratmaqdır. Bu fakt da əmək tutumlu yerlərinin yaradılmasına necə təsir göstərəcək?

- Təbii ki, çox müsbət təsir göstərəcək.  Respublikamızda aparılan iqtisadi-sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Hökumətin qəbul etdiyi bütün qərarlar konkret olaraq cəmiyyətin iqtisadi sifarişlərini özündə əks etdirir, xalqın sosial qayğılarının təmin olunmasına əhatəli şəkildə baza yaradır. Regionlarda yaradılan yeni müəssisələr, yerləri də məhz vətəndaşların yaxşı yaşamaları üçündür. Sosial, mədəni, infrastruktur obyektlərinin istifadəyə verilməsi, energetikakommunal xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşması bütövlükdə regionları 10-15 il əvvəlki simasından fərqləndirir. Əhalinin güzəranının yaxşılaşması yalnız maaşların, pensiya və müavinətlərin artması ilə yekunlaşmır. Ümumiyyətlə, işizliyin aradan qaldırılması həmişə əhalinin sosial güzəranını yaxşılaşdıran mühüm amillərdən biri kimi dəyərləndirilib. Burada önəmli hadisələrdən biriodur ki, ölkəmizdə əhalinin işsizlik və digər sosial problemləri yalnız paytaxtda deyil, hətta ucqar rayonlarda da həllini tapır. Qeyd etdiyiniz kimi əsas hədəflərdən biri rəqabətədavamlı yerli istehsal müəssisələrinin yaradılmasıdır. Nəzərə alsaq ki, bu müəssisələr əsasən bölgələrdə yaradılacaq, onda bu amil bölgə əhalisinin əməktutumlu yerləri  ilə təmin olunmasında mühüm rol oynayacaq. 

- Hadi müəllim, qeyri-neft sektorunun inkişafında turizm sahəsi də xüsusi yer tutur. Hazırda günün tələblərindən biribu sahənin daha da inkişaf etdirilməsidir. Ölkəmizdə bu sektorun inkişaf potensialını necə dəyərləndirirsiniz?

- Qloballaşan dünyada dövlətlərin iqtisadi inkişaf potensialı bir sıra mühüm göstəricilərlə yanaşı, həm də turizm infrastrukturunun səviyyəsi ilə ölçülür. Turizmin strateji əhəmiyyətli sahə kimi nəzərdən keçirilməsi onun təkcə mənfəətli iqtisadi fəaliyyət növü olması ilə şərtlənmir. Müasir dövrdə turizmin inkişafı həm də təbliğati-siyasi mahiyyət daşımaqla hər bir dövlətin beynəlxalq arenaya çıxışını sürətləndirmək, coğrafi resurslarını, mövcud imkanlarını, mədəniyyətini təbliğ etmək, tanıtmaq vasitəsinə çevrilib. Turizm sivilizasiyalararası dialoq prosesinə mühüm təkan verməklə ayrı-ayrı dövlətləri, xalqları bir-birinə daha da yaxınlaşdırır.

Çox müsbət haldır ki, son illər ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində ortakiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. Turizmin inkişafı Ulu öndərimizin əsasını qoyduğu strateji siyasi kursu yeni dövrün tələblərinə uyğun davam etdirən və yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin də xüsusi diqqət mərkəzindədir. Dövlət başçısı Azərbaycanda bu sahənin inkişafını regionların tarazlı və davamlı sosial-iqtisadi tərəqqisi, yeni yerlərinin açılması, infrastrukturun yenilənməsi, bölgələrin investisiya cəlbediciliyinin artırılması baxımından son dərəcə vacib sayır. Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında turizmin inkişafına xidmət edən kompleks tədbirlərin nəzərdə tutulması da məhz bu zərurətdən irəli gəlir. Proqramlarda respublikamızın bölgələrinin turizm potensialı düzgün qiymətləndirilib, bu sahədə həyata keçiriləcək tədbirlər konkret şəkildə əksini tapıb, yeni turizm obyektlərinin inşası üçün hökumətin maliyyə imkanlarından geniş istifadə edilməsi nəzərdə tutulub. Eyni zamanda, proqramlarda infrastruktur məsələlərinə, yolların bərpasına və çəkilişinə xüsusi diqqət ayrılması respublikamızda turizmin inkişafına ciddi təkan verir.

Azərbaycan iki dünya sivilizasiyanın qovuşuğunda, Transqafqaz nəqliyyat dəhlizinin ortasında yerləşir ki, bütün infrastrukturlar - Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və dəmir yolları burada cəmlənib. Odur ki, turizmin inkişafı ölkəmizdə dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi nəzərdən keçirilir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən əlverişli coğrafi məkanda yerləşməsi, fərqli mədəniyyətləri və dünyagörüşlərini bir araya gətirən tolerant dövlət kimi tanınması, 800 kilometrdən artıq məsafədə dənizsahili zonaya, 12 iqlim qurşağından 9-na malik olması, habelə füsunkar təbiəti, qədim tarixi mədəniyyət abidələri, zəngin folklor nümunələri respublikamızın böyük turizm potensialından xəbər verir.

Məlumat üçün bildirim ki, Azərbaycanda hazırda 452 otel fəaliyyət göstərir, halbuki, 2001-ci ildə ölkəmizdə otellərin sayı cəmi 86 idi. Bu məsələdə nə qədər böyük inkişafın olduğu göz önündədir. Eləcə də, respublikamızda 223 muzey, 6308 tarixi və mədəni abidələr, xeyli sayda qoruq var var ki, onların bəziləri YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. Məhz bu amillər də ölkəmizə xarici turistlərin marağını cəlb edir. Bundan əlavə, mən məktəb turizminin inkişafı məsələsinin zəruri olduğunu bildirmək istəyirəm. Gördüyünüz kimi, masamın üstündəki qovluqda bununla bağlı çoxlu materiallar var. Bu materiallarda  məktəb turizmi ilə əlaqədar dünya təcrübəsi   əksini tapıb. Son illər məktəblilər üçün «Ölkəmizi tanıyaq!» devizi altında ölkə üzrə şagirdlərin bölgələrə səfərləri təşkil olunur. Bu, çox böyük tədbirdir və çox ciddi əhəmiyyətə malikdir. Hesab edirəm ki, beynəlxlaq təcrübəyə əsaslanaraq məktəb turizminin də inkişafı vacibdir. turizmin bu növü həm şagirdlərin dünyagörüşünü artırmaq, pis vərdişlərdən uzaqlaşdırmaq və s. baxımından əhəmiyyətli olması ilə yanaşı, turizm sektorunun inkişafına da ciddi təsir göstərə bilər. Həmçinin, beynəlxalq təcrübəyə əsaslanaraq deyə bilərəm ki, məktəb turizmində güzəştli şərtlər genişdir. Hesab edirəm ki, ölkəmizdə də belə bir turizmi inkişaf etdirmək üçün böyük imkanlar mövcuddur.  

Başqa bir amilondan ibarətdir ki, ölkədə turizmlə əlaqədar güclü infrastruktur yaranmalıdır ki, Azərbaycanda da bu istiqamətdə çox böyük işlər görülür. İndi Azərbaycanın ən müxtəlif guşələrində, bölgələrində beynəlxalq aeroportlar fəaliyyət göstərir, gözəl yollar, magistrallar salınır, mehmanxanalar, istirahət mərkəzləri yaradılır. Azərbaycanın daxili turizm bazarında artımlar müşahidə olunur. Bunun səbəbi sözügedən istiqamətdə yol infrastrukturunun yenilənməsi, məsafənin az olması, həmin bölgələrdə əvvəlki illərə nisbətən turizm xidməti infrastrukturunun yaxşılaşması və genişlənməsi, eyni zamanda, turizm obyektlərində göstərilən xidmətin müxtəlifliyi və çeşidliliyidir.

Bir sözlə, ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Təbii ki, yeni iqtisadi şəraitdə turizm inkişafı böyük önəm daşıyır.

-  Bu sahədə hüquqi bazanı necə qiymətləndirmək olar? “Turizm haqqında” yeni qanun layihəsinin hazırlanması bu ehtiyaclardan yarandı?

- Qeyd etdiyim kimi hazırda ölkəmizdə qarşıda duran mühüm vəzifələrdən biri qeyri-neft sahələrinin inkişaf etdirilməsidir. Öz perspektivlərinə görə turizm sektoru bu istiqamətdə aparıcı yerlərdən birini tutur. Dediyim kimi ölkəmiz güclü turizm potensialına malikdir. Bilirsiniz ki, Milli Məclis tərəfindən 1999-cu ildə “Turizm haqqında” qanun qəbul edilib. Lakin 17 maddədən ibarət olan bu sənəd artıq günün tələblərinə cavab vermir. Bunu nəzərə alaraq və ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi,  turizm sahəsinin daha da inkişaf etdirilməsi üçün yeni qanuna ehtiyac duyulurdu. Bu məqsədlə müvafiq işçi qrupu yaradıldı və daha əhatəli,  təkmilləşdirilmiş bir sənəd hazırlandı. Digər bir mühüm məqam odur ki, turizmin inkişafı dövlət tərəfindən dəstəklənir. Ölkəmizin tanıdılması məqsədilə müxtəlif layihələr həyata keçirilir. Azərbaycan artıq xarici turistlər üçün cəlbedici məkana çevrilir. Ölkəyə gələn turistlərə yüksək standartlara uyğun xidmətin göstərilməsi vacib məsələlərdəndir.

Ona görə də, bu sahədə qanunvericilin yenilənməsi günün tələbidir. Yeni qanun layihəsi 8 bölmədən, 87 maddədən ibarətdir. Qanunda turizm sahəsində dövlət siyasəti, tənzimləmə prinsipləri, məqsəd və vəzifələr, dövlət idarəetməsinin həyata keçirilməsi, turizm fəaliyyətinin təşkili, xidmət növləri, bu sahədə təhlükəsizliyin təmin edilməsi və digər  məsələlər öz əksini tapıb. Hesab edirəm ki, yeni qanun layihəsi bu sahənin inkişafı üçün mükəmməl hüquqi baza rolunu oynayacaq.

- Hadi müəllim, bir məsələ haqqında da fikirlərinizi bilmək istərdik.  Sosial müdafiə ilə bağlı sizin beynəlxalq təcrübəyə əsaslanan fikirlərinizə münasibət birmənalı deyildir. Bunu  necə izah edərdiniz?

- Əvvəla qeyd edim ki, sosial müdafiə sistemi söz-söhbətli sahədir. Bunun səbəblərindən biri  tələbatla təminatın düz mütənasib olmasıdır. Yəni, insan təmin oluna-oluna tələbatını artırır. Belə bir şəraitdə kimlərsə hansısa fikri təhrif edirlər. Mən dövlətin siyasətinə xidmət edirəm. Dövlətin mənafeyindən, rasional, xalqa xidmət edən siyasətindən danışıram. Təəssüf ki, bəzi fikirlərim təhrif olunur. Məsələn, mən televiziya kanallarının birində ünvanlı sosial yardım sisteminin təkmilləşdirilməsi ilə  bağlı suala cavab verərkən bəzi ölkələrin təcrübəsindən danışdım. Bunu isə bəziləri başqa cür təqdim etdilər. Bu təhriflər haradan qidalanır? Təbii ki, xaricdən ötürülür. Kütlə psixologiyasına uyan bizim bəzi jurnalistlər, şərhçilər də bunu təhrif edirlər.

Mən o fikrimdə qalıram ki, sosial müdafiə sistemində ələbaxımlılıqdan qaçmaq lazımdır. İş yerləri yaradılmalıdır, əhali əməktutumlu işlə təmin olunmalıdır ki, dövlət də bu istiqamətdə addımlar atır. Yəni dövlət əhalinin sosial müdafiəsini gücləndirmək üçün üzərinə düşən vəzifələri yerinə yetirirbu işi davam etdirir. Amma burada insanların da üzərinə düşən vəzifələr var. Bunu deyəndə isə fikirlərimiz cəmiyyətə başqa cür təqdim olunur. Bəziləri isə populizmə geniş yer verir. Məsələn, kimsə deyirsə ki, maaşlar 32 dəfə artırılmalıdır, amma bunun hansı əsaslarla baş verəcəyini deyə bilmir. Populizmdən qaçmaq lazımdır.

Yeni Azərbaycan.- 2016.-9 aprel.- S.7