Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının yaranmasının 110 illiyi təntənəli şəkildə qeyd edilib

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) özündə müxtəlif sahə və peşələr üzrə 26 həmkarlar təşkilatını birləşdirir. Onlardan biri də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqıdır.

AZƏRTAC xəbər verir ki, aprelin 15-də Beynəlxalq Muğam Mərkəzində ittifaqın yaranmasının 110 illiyi təntənəli şəkildə qeyd olunub.

Əvvəlcə dövlət himni səsləndirilib və Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Bütün iştirakçıları 15 aprel - Beynəlxalq Mədəniyyət Günü və rəhbərlik etdiyi təşkilatın yaranmasının 110 illiyi münasibətilə təbrik edən MİHİ-nin Respublika Komitəsinin sədri, Əməkdar Mədəniyyət İşçisi Cəmilə Səttarova görülmüş işlərdən, qarşıda duran vəzifələrdən və gələcək planlardan söz açıb.

Natiq bildirib ki, 2016-cı il AzərbaycandaMultikulturalizm ilikimi qeyd olunur. Prezident İlham Əliyev tərəfindən vurğulandığı kimi multikulturalizm dövlət siyasətinin ən vacib istiqamətlərindən biridir vətəndaş cəmiyyətində həyat tərzi kimi qəbul olunur.

Cəmilə Səttarova vurğulayıb ki, 1993-cü il fevralın 5-də Azərbaycan Həmkarlar ittifaqları hərəkatı tarixində ən mühüm əlamətdar hadisə baş verib. Belə ki, sahə Həmkarlar İttifaqlarının, o cümlədən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının könüllü birləşməsi əsasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yaradılıb.

Diqqətə çatdırılıb ki, artıq 1993-cü ildə dövlətçiliyin xilas edilməsi, Azərbaycan müstəqilliyinin ərazi bütövlüyünün qorunması zərurəti yaranmışdı. Məhz belə bir tarixi vaxtda, Azərbaycan xalqının böyük oğlu, dünya miqyaslı siyasətçi Heydər Əliyev xalqın tələbi ilə ölkəmizi düşdüyü müsibətlərdən xilas etmək məsuliyyətini öz üzərinə götürdü. Tez bir zamanda Azərbaycan təhlükə qarşısında olan qeyri-sabit, parçalanan dağılmaqda olan məmləkətdən Qafqaz regionunun ən perspektivli, aparıcı sürətli inkişaf edən dövlətinə çevrildi. Ümummilli liderin qayğısı diqqətindən həmkarlar ittifaqları da kənarda qalmadı. 1994-cü ildə Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraqHəmkarlar İttifaqları haqqındaAzərbaycan Respublikasının Qanunu qəbul edildi. Elə həmin ildə Azərbaycan Həmkarlar İttifaqları hərəkatı tarixində ilk dəfə olaraq, Respublika Hökuməti ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında əmək sosial-iqtisadi münasibətləri tənzimləyən baş saziş imzalandı.

O deyib: “Bu gün Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsində 64 şəhər, rayon komitəsi, 752 ilk təşkilat fəaliyyət göstərir. Yerlərdə 64 ərazi saziş, xidmətimizdə olan müəssisə təşkilatların 94 faizində kollektiv müqavilələr bağlanılıb.

Bundan əlavə, həmkarlar ittifaqı fəaliyyətinin bütün istiqamətləri üzrə 136 fərdi əmək mübahisələri üzrə, 178 texniki təhlükəsizlik əməyin mühafizəsi üzrə, 272 gender bərabərliyi qadın problemləri üzrə, 221 gənclər üzrə komissiyalar, 7 metodiki mərkəz fəaliyyət göstərməkdədir. İttifaqımız bir sıra ümumdünya ümumavropa həmkarlar ittifaqı birlikləri ilə geniş əlaqələr yaradıb. PSİ, EPSU, UNİ MEİ, FİA kimi qlobal birliklərin üzvüdür.

Respublikanın ictimai-mədəni həyatında fəal iştirakına və həmkarlar ittifaqı işində səmərəli fəaliyyətinə görə dövlətimiz tərəfindən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 3 işçisinə “Tərəqqi” medalı, altısına “Əməkdar Mədəniyyət İşçisi” fəxri adları verilib. Bu, ilk növbədə Prezidenti İlham Əliyev tərəfindən həmkarlar ittifaqına verilən böyük diqqətin təzahürüdür”.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar Konfederasiyasının vitse-prezidenti Səttar Mehbalıyev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva və başqaları çıxış edərək Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının bütün üzvlərini təbrik edibonlara ən xoş arzularını çatdırıblar.

Tədbirdə beynəlxalq təşkilatlardan bir necə videotəbriklər səsləndirilib.

Sonra MİHİ-nin yaranmasının 110 illiyi ilə əlaqədar hazırlanmış yubiley medalları və fəxri fərmanlar təqdim olunub. Həmçinin, AHİK-in fəxri fərmanları təqdim edilib.

Yubiley tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədrinə və bir sıra əməkdaşlarına Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisidöş nişanı verilib.

Sonda MİHİ-nin himni səsləndirilib.

Yeni azərbaycan.- 2016.- 16 aprel.- S.3