Milli KitabxanadaMultikulturalizmin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı keçirilib

 

Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Multikulturalizmin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı keçirilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri giriş sözü ilə açaraq xatırladıb ki, Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ilielan edib. Bununla bağlı ölkədə silsilə tədbirlər keçirilir. T.Kərimov bildirib ki, bu gün multikulturalizm qloballaşan dünyada ən aktual mövzudur. Ölkəmizdə tolerantlıq, milli azlıqlara hörmətlə yanaşılması əsrlər boyu müşahidə olunub.

Kitabın elmi redaktoru, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev qeyd edib ki, təqdimatına toplaşdığımız kitab “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk nəşrdir. Bu kitabda klassik ədəbiyyatımız tamamilə yeni rakursda təqdim olunub. Tolerantlıq və multikulturalizm həmişə xalqımıza xas olub, bu ideyalar bütün ədəbiyyatımıza hopub.

K.Abdullayev bildirib ki, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları”, “Azərbaycan multikulturalizminin siyasihüququ qaynaqları” kitabları nəşrə hazırlanır.

O, hazırda dünyanın 13 ali məktəbində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğunu xatırladıb, bu mövzunun xaricdə populyarlaşdırılması ilə bağlı gələcək planlardan söz açıb.

Mədəniyyət və turizm naziri Əbülfəs QarayevMultikulturalizm ili” çərçivəsində nəşr edilən kitabın əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, ölkə rəhbərliyinin bu sahədəki siyasəti təqdir edilib və beynəlxalq təşkilatların dəstəyini qazanıb. Məsələn, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Bakıda keçiriləcək.

Türkiyənin Ərdəğan Universitetinin rektoru Ramazan Korkmaz, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu, AMEA-nın Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov və başqaları yeni kitabın əhəmiyyəti haqqında danışıblar.

Təqdimatdan sonra iştirakçılar “Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı kitab sərgisi ilə tanış olublar

Yeni azərbaycan.- 2016.- 16 aprel.- S.5