“Azərbaycan Nadir Əfşar dövləti” toplusunun türk dilində nəşrinin təqdimatı olub

 

Aprelin 20-də Bakı Avrasiya Universitetində “Azərbaycan Nadir Əfşar dövləti” toplusunun türk dilində nəşrinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, topluda akademik Ramiz Mehdiyevin redaktoru olduğuNadir şah Əfşar-diplomatik yazışmalar” və Cahangir Hüseyn Əfşarın “Azərbaycan Nadir Əfşar dövləti” əsərləri yer alıb.

Bakı Avrasiya Universitetinin prorektoru, professor Gülzar İbrahimova Azərbaycan tarixi irsinin öyrənilməsində bu əsərlərin əhəmiyyətini qeyd edib.

“Azərbaycan Nadir Əfşar dövləti” kitabının müəllifi Cahangir Hüseyn Əfşar Nadir şahın həyatı və fəaliyyəti barədə danışaraq bildirib ki, əsərin türk dilində nəşr olunmasının məqsədi Azərbaycan tarixinin Türkiyədə təbliğ edilməsidir. Müəllif əsərin Azərbaycan dilində nəşrinin böyük marağa səbəb olduğunugeniş oxucu kütləsi qazandığını söyləyib. Bildirilib ki, kitabın Azərbaycan dillındə ilk nəşri 2014-cü ildə çapdan çıxıb və Nadir şahın anadan olmasının 325 illiyinə, Əfşar dövlətinin yaranmasının 280-ci ildönümünə həsr edilib. Cahangir Hüseyn Əfşar vurğulayıb ki, Təbriz, İstanbul, Ankara, Moskva, Vatikan şəhərlərinin arxivlərində işləməklə kitabın Azərbaycan dilində variantını hazırlayıb. Əfşarlar nəslinin nümayəndəsi kimi, dünyanın müxtəlif yerlərində olan tarixi sənədləri toplayıb, Nadir şahın diplomatik yazışmalarını əldə edib.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul əməkdaşı, “Nadir şah Əfşar-diplomatik yazışmalar” kitabının tarixi qeydlər, şərhlər və arayışlar bölməsinin müəllifi Eldar Əmirov qeyd edib ki, Nadir şah Əfşar Azərbaycan tarixində, ümumiyyətlə, Yaxın Şərq və dünya tarixində böyük sərkərdələrdən və dövlət xadimlərindən biridir. Bu il Nadir şah Əfşar imperiyasinin yaradılmasının 280 illik yubileyidir. Ötən illərdə bir çox Azərbaycan tarixçiləri tərəfindən bu hadisə ilə bağlı bir sıra nəşrlər hazırlanıb. Bunların arasında iki nəşri xüsusilə qeyd etmək lazımdır. Bu nəşrlərdən biri akademik Ramiz Mehdiyevin redaktəsi ilə fars dilindən Azərbaycan dilinə tərcümə olunmuşNadir şah Əfşar-diplomatik yazışmalar” əsəri, digəri isə Cahangir Hüseyn Əfşarın “Azərbaycan Nadir Əfşar dövləti” haqqında olan monoqrafiyasıdır.

E.Əmirov bildirib ki, hazırda kitabın digər dillərə tərcüməsi ilə bağlı gedir. Türk dilinə tərcümə bu sahədə ilk addım idi. Bu sənədlərin ingilis dilinə və Avropanın digər aparıcı dillərinə də çevrilməsi vacibdir. Çünki bu, “Nadir şah Əfşar” mövzusunun daha geniş auditoriyaya çıxışını təmin edə bilər.

Təqdimat mərasimində Azərbaycan tarixinin Nadir şah dövründən bəhs edən film nümayiş olunub.

Türkoloq Seyfəddin Altaylı, Bakı Dövlət Universitetinin professoru Vüqar Məmmədov, tarix elmləri doktoru İlham Həsənov və başqaları “Azərbaycan Nadir Əfşar dövləti” kitabının çox dəyərli töhfə olduğunu vurğulayıblar.

Qeyd olunub ki, müəllif bu əsərdə Azərbaycan Əfşar dövlətinin əsasını qoymuş Nadir şah Əfşarın həyatını, bir dövlət adamı kimi xaricidaxili siyasətini, sərkərdəlik məharətini, hərbi yürüşlərini, ordu quruculuğunu, hərbi-dəniz donanması yaratmaq təşəbbüsünü türk dövləti və imperiyasının dörd min illik tarixi mənbələrı əsasında qələmə alaraq Şərqin bu sonuncu fatehinin tarixdəki yerinirolunu olduğu kimi yazmağa cəhd göstərib.

Yeni azərbaycan.- 2016.- 21 aprel.- S.4