Dövlət Sərhəd
Xidməti sərhədlərin mühafizəsi istiqamətində
qarşıya qoyulan bütün vəzifələri uğurla
yerinə yetirir
Hər bir dövlətin milli sərhədləri onun
atributlarından birini təşkil edir. Milli atribut
kimi qəbul edilən sərhədlərin
toxunulmazlığı dövlətlərin, xalqların
suverenliyini əks etdirir və nəticə etibarilə, bu
toxunulmazlığı təmin etmək üçün milli
resurslar səfərbər olunur. Azərbaycanda
da Dövlət Sərhəd Xidmətinin işinin yüksək
səviyyədə təşkili, Sərhəd
Qoşunlarının maddi-texniki təchizatının gücləndirilməsi
əsas prioritetlərdən biri kimi çıxış etməklə
bu amala xidmət edir. Əlbəttə, sərhədlərimizin
toxunulmazlığının təmin edilməsi, beynəlxalq
terrorizmə, qaçaqmalçılığa, narkotik vasitələrin
qeyri-qanuni dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya
qarşı qətiyyətlə mübarizə
aparılması, Xəzər dənizində karbohidrogen
ehtiyatlarının hasilatının və ixrac infrastrukturunun
təhlükəsizliyinin təmin edilməsi kimi vacib vəzifələrin
öhdəsindən layiqincə gələn Sərhəd
Qoşunları respublikamızın qazandığı
uğurlarda özünəməxsus rol oynayır.
Bəlli olduğu kimi, Dövlət Sərhəd Xidməti
hələ Azərbaycan Xalq Cümhuriyyəti (AXC)
dövründə formalaşıb. Azərbaycan Xalq
Cümhuriyyətinin həyata keçirməyə
başladığı çoxsaylı dövlət əhəmiyyətli
məsələlərdən biri də ölkə sərhədləri
barədə müvafiq qərarlar qəbul edilməsi olub.
Sərhədlərin mühafizəsini haqlı
olaraq dövlətin mövcudluğunu sürdürməsi
üçün mühüm amil hesab edən milli hökumət
bu vəzifəni ön plana çəkib və bir sıra qərarlar
qəbul edib. 1918-ci il iyun
ayının 22-də baş nazir Fətəli Xan Xoyskinin
imzaladığı qərarla Poylu stansiyasında sərhəd
postunun yaradılması və sərhəd mühafizəsinin
təşkili sahəsində vəzifələrin yerinə
yetirilməsinə başlanılıb. İyulun 12-də Qazax
qəzasında Salahlı və Şıxlı sərhəd
postları təşkil edilib, 1919-cu il avqust ayının 18-də
isə parlamentin qəbul etdiyi “AXC-nin gömrük
baxımından sərhəd mühafizəsinin təsis edilməsi
haqqında” Qanunda bütün respublikanı əhatə edən
sərhəd postlarının yaradılması nəzərdə
tutulurdu. Məhz həmin tarixdə sərhəd
mühafizə qüvvələrinin yaradılmasının
ilk rəsmi əsası qoyulub.
Ümummilli
lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil
dövlətimizin sərhədlərinin qorunması və bu
sahənin müasir tələblər səviyyəsinə
qaldırılması istiqamətində müstəsna işlər
görülüb
Müasir müstəqil Azərbaycan Respublikasının
dövlət sərhədlərinin
toxunulmazlığının təmin edilməsi, milli
suverenliyin qorunması istiqamətində isə, ilk növbədə,
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
görülən işlər müstəsna əhəmiyyət
kəsb edib.
Ulu öndər Heydər Əliyev dövlətin DSX-yə diqqət
və qayğısının nəticəsi olaraq ölkəmizin
sərhədlərini qoruyan Sərhəd
Qoşunlarının yaranması gününün 1919-cu il 18 avqustdan hesab edilməsi barədə tarixi
Fərman verib.
Bu məqamda qeyd edək ki, Azərbaycan müstəqillik
əldə etdikdən sonra dövlət sərhədlərinin
qorunması istiqamətində müəyyən işlər
görülməyə başlanıb. Lakin ilk illər
bu heç də uğurlu nəticə verməyib. Məsələn,
1991-ci il dekabr ayının 16-da Dövlət Sərhədini
Mühafizə Komitəsi yaradılsa da, ölkədəki
ağır siyasi-iqtisadi vəziyyət və sərhədçi
kadrların azlığı, Azərbaycandan çıxan
sovet sərhədçilərinin törətdiyi təxribatlar
sərhədlərimizin qorunması sahəsində təxirəsalınmaz
tədbirlərin görülməsinə imkan vermirdi. Bütün bu çatışmazlıqlara isə,
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda
xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə
qayıdışından sonra son qoyulmağa
başlanıldı. Ümumiyyətlə,
ölkəmizin Sərhəd Qoşunlarının keçdiyi
yola nəzər salarkən dövlət sərhədlərinin
qorunmasına, həmçinin milli sərhəd
anlayışına Ümummilli lider Heydər Əliyevin
özünəməxsus və xüsusi münasibəti
çox aydın şəkildə görünür. Belə
ki, üçrəngli bayrağımızın Silahlı
Qüvvələrdə ilk dəfə 1992-ci il avqust
ayının 22-də Naxçıvan Sərhəd Dəstəsində
qaldırılmasından, şimal və şimal-qərb sərhədlərimizdə
ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş
Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər
bütün proseslər Ulu öndərin adı ilə
bağlıdır. Ümummilli lider Heydər
Əliyev müstəqil dövlətimizin sərhədlərinin
qorunması, Sərhəd Qoşunlarının
formalaşdırılması və inkişafı proseslərini
daim nəzarətdə saxlayıb, bu sahənin müasir tələblər
səviyyəsinə qaldırılması üçün
müvafiq qərarlar verib. Nəticədə,
Azərbaycanın öz sərhədlərini qorumağa qadir
olması hamıya sübut edilib, dövlət sərhədinin
mühafizəsində müasir texniki vasitələrin tətbiqi,
dəniz sərhədlərinin mühafizəsi sisteminin və
sərhəd aviasiyasının təşkili, şəxsi heyətin
sosial-məişət şəraitinin
yaxşılaşdırılması üçün zəruri
baza yaradılıb.
Xüsusi
olaraq qeyd etmək lazımdır ki, 2002-ci il iyul ayının
31-də Ulu öndər Heydər Əliyev Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidmətinin
yaradılması barədə Fərman imzalayıb və Azərbaycan
dövləti üçün sərhədlərin
etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb
etməsini nümayiş etdirib. Beləliklə,
Dövlət Sərhəd Xidmətinin yaradılması və
ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi
ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti
keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Dövlət Sərhəd Xidməti
qarşısında müasir dövrün tələblərinə
uyğun olaraq yeni vəzifələr qoyulub və sərhəd
təhlükəsizliyinin təminatı məsələlərinin
ən yüksək səviyyədə həll olunmasına
başlanılıb.
Prezident
İlham Əliyev dövlət sərhədlərinin
etibarlı mühafizəsinə xüsusi diqqət yetirir
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu
uğurla davam etdirən Prezident İlham Əliyev də bu sahəyə
xüsusi diqqət yetirir. Dövlətimizin
başçısının rəhbərliyi ilə yeni sərhəd
infrastrukturlarının yaradılması, sərhədçilərin
xidməti-döyüş şəraitinin
yaxşılaşdırılması, peşə
bacarığının, səfərbərlik və
döyüş qabiliyyətinin artırılması, yeni
texnika, avadanlıq və vasitələrlə təminat sahəsində
məqsədyönlü tədbirlər həyata
keçirilib. Bunlarla yanaşı, həyata
keçirilən məqsədyönlü tədbirlər sayəsində
sərhəd dəstələrində videonəzarət
sistemlərinin yaradılması, sərhəd zastavalarında
müşahidə kameralarının
quraşdırılması və görüntülərin dəstə
qərargahına ötürülməsi nəticəsində
bilavasitə sərhəd xəttində xidmətin təşkilinə
nəzarət gücləndirilib. Çevik
hərəkət qurumları üçün yüksək
manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri,
sualtı əməliyyat və müşahidə, istehkam
avadanlığı və qoruyucu vasitələr
alınıb.
Dövlət
Sərhəd Xidmətinin Akademiyasının yaradılması
sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində
mühüm əhəmiyyət kəsb edir
Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidmətinin Akademiyasının yaradılması da sərhəd
mühafizəsi sisteminin təkmilləşdirilməsində
mühüm rol oynayır. Akademiyanın
yaradılması ölkəmizin sərhədlərinin
mühafizəsinə göstərilən yüksək
qayğının növbəti təzahürüdür.
Sözsüz ki, akademiya Dövlət Sərhəd Xidmətinin
ixtisaslı ali hərbi təhsilli zabit kadrlarının,
komandir və qərargah zabitlərinin, hərbi elmi
işçilərin hazırlanmasında mühüm rol
oynamaqla sərhədlərimizin daha mükəmməl şəkildə
qorunmasına çox böyük təsir göstərir. Dövlət Sərhəd Xidmətinin əsgər və
zabit heyəti daim özlərinin malik olduqları yüksək
peşəkarlığı həm təlimlərdə, həm
xüsusi əməliyyatlarda sübut ediblər.
Dövlət
Sərhəd Xidmətinin xarici ölkələrin sərhəd
xidmətləri, müxtəlif beynəlxalq təşkilatlarla
ikitərəfli və çoxtərəfli əlaqələri
mövcuddur
Vurğulayaq
ki, Azərbaycan Sərhəd Mühafizəsi üçün
ötən ilin yekunları da döyüş
hazırlığının daha yüksək səviyyədə
təmin edilməsi, dövlət sərhədinin
toxunulmazlığının təminatı tədbirlərinin
ardıcıl davamı, dövlət sərhədinin əməliyyat
yolu ilə mühafizəsinin gücləndirilməsi, beynəlxalq
sərhəd əməkdaşlığının genişləndirilməsi
ilə əlamətdar olub və cari ildə də
qarşıya qoyulan vəzifələr uğurla yerinə
yetirilir. Onu da qeyd edək ki, Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin xarici
ölkələrin sərhəd xidmətləri, eləcə
də müxtəlif beynəlxalq təşkilatlarla ikitərəfli
və çoxtərəfli əlaqələri mövcuddur.
Xarici ölkələrin müvafiq qurumları
ilə inteqrasiya olunmuş sərhəd idarəçiliyi, sərhəd
nəzarəti, qeyri-leqal miqrasiya ilə mübarizə, dəniz
sərhədlərinin mühafizəsi, pilotların və
mobil qruplarının əməkdaşlarının
hazırlığının təkmilləşdirilməsi, təlim-tədris
sisteminin təşkili və digər sahələr üzrə
əməkdaşlıq edilir. DSX Yaxın
Şərq və Asiya ölkələrinin sərhəd
mühafizə qurumları ilə təcrübə mübadiləsinə
və əməkdaşlığa malikdir. Eyni zamanda, Dövlət Sərhəd Xidməti
regional əməkdaşlığın inkişafına da
xüsusi diqqət yetirir. Dövlət sərhədinin
mühafizəsinin səmərəliliyinin
artırılması məqsədilə Türkiyə,
Gürcüstan, Rusiya, Qazaxıstan, Türkmənistan və
İran, eləcə də GUAM-a üzv
dövlətlərin sərhəd xidmətləri ilə məlumat
mübadiləsi həyata keçirilir. Bununla yanaşı,
NATO, Avropa İttifaqı, Frontex, Sərhəd məsələləri
üzrə beynəlxalq konfrans, GUAM, Atom Enerjisi üzrə
Beynəlxalq Agentlik kimi beynəlxalq təşkilatlarla
qarşılıqlı əməkdaşlıq əlaqələri
inkişaf etdirilir.
Sərhəd
Qoşunları üzərinə düşən vəzifələrin
öhdəsindən şərəf və ləyaqətlə
gəlir
Beləliklə,
Ulu öndər Heydər Əliyevin ideyalarına, dövlətçiliyə,
xalqa sədaqətini dəfələrlə nümayiş
etdirən Dövlət Sərhəd Xidmətində qulluq edən
hər bir zabit, gizir, çavuş, əsgər və matros Sərhəd
Qoşunlarına göstərilən yüksək etimadı
doğrultmaq üçün üzərinə düşən
vəzifələrin öhdəsindən şərəflə,
ləyaqətlə gəlir, bu müqəddəs amal naminə
səy və bacarıqlarını əsirgəmir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sərhədçilərimizin
xidmətlərini yüksək qiymətləndirərək
dövlət sərhədlərinin etibarlı şəkildə
qorunduğunu bildirib: “Bütövlükdə Sərhəd
Xidmətinin müasir quruma çevrilməsi istiqamətində
çox böyük işlər görülübdür. Bu gün Sərhəd Qoşunları çox
güclü və çevik hərbi birləşmədir.
Sərhəd Xidmətinin qarşısında
qoyulan vəzifələrdən biri də məhz ondan ibarətdir
ki, Sərhəd Qoşunlarının döyüş qabiliyyəti
artırılsın. Bu məqsədlər
üçün silah-sursat, texnikanın alınması prosesi
davam edir və deyə bilərəm ki, Sərhəd
Qoşunları istənilən anda Azərbaycanın ərazi
bütövlüyünün bərpası üçün
ordumuzla bərabər hərəkət etməyə
hazırdır”.
Nurlan
QƏLƏNDƏRLİ
Yeni azərbaycan.- 2016.- 21 aprel.- S.7