“Erməni soyqırımı” iddialarının tarixihüquqi əsasları yoxdur

 

ya əsl soyqırımını məhz ermənilər törədiblər

Bəlli olduğu kimi, hər il aprelin 24-ü ərəfəsində dünyada erməni lobbisinin fəallığı artır, beynəlxalq ictimaiyyəti qondarma “erməni soyqırımı”na inandırmaq üçün yeni cəhdlər edilir, bu məqsədlə müxtəlif yollara istinad olunur. Ermənipərəst mövqedən çıxış edən, yaxud “erməni məsələsi”ndən siyasi maraqları naminə istifadə etməyə çalışan bəzi beynəlxalq siyasi dairələr, imperialist mərkəzlər də bu qondarma iddiaları dəstəkləyirlər. Eyni zamanda, saxta “erməni soyqırımı” iddialarını tanımaqla bir sıra siyasiiqtisadi maraqlarını təmin etməyə çalışan dövlətlər bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Əminliklə demək olar ki, bu məsələyə müxtəlif dövlətlərin qanunverici orqanları tərəfindən iddiaların tarixi-faktoloji əsasları araşdırılmadan siyasi qiymətin verilməsi tamamilə qərəzli mahiyyət daşıyır. Çünki məsələnin tarixi köklərinə nəzər saldıqda 1915-ci il 24 aprel tarixinin məhz erməni cinayətkarlığı, quldurluğu ilə bağlılığı, soyqırımına məruz qalan tərəfin isə elə həmin dövrdə Anadoluda və Cənubi Qafqazda yaşayan türklər olduğu danılmaz faktlarla üzə çıxır.

Ümumiyyətlə, ermənilər tarix boyunca özgə millətlərə, xüsusilə də türklərə qarşı ərazi iddiaları ilə çıxış edib və təcavüz hesabına özlərinin paronoid təxəyyüllərinə əsaslanan “Böyük Ermənistan” arzularını gerçəkləşdirməyə çalışıblar. Onlar bu məqsədlə ən müxtəlif yollara baş vurublar. Mənfur qonşularımızın “Hai Tahd ideologiyası”na uyğun olaraq, “türksüz Ermənistan” (oxu: Böyük Ermənistan”) yaratmaq ideyaları bəzi xarici güclərin maraqları ilə də üst-üstə düşüb. Bunun da nəticəsidir ki, təcavüzkar xarakterli ermənilər qanlı aksiyalarda iştirak edərək kütləvi soyqırımı aktları törədiblər.

“Erməni məsələsi” və “Böyük Ermənistan” xülyası: faktlardeyir?

Sirr deyil ki “erməni məsələsi” XIX əsrin sonlarından etibarən süni şəkildə meydana çıxarılan, imperialist dairələrin planlarının reallaşmasına zəmin yaradan faktor kimi istifadə olunur. Ermənilər isə hər zamankı kimi bu məsələdə könüllü şəkildə vasitə rolunu oynamaqla öz məkrli niyyətlərinin gerçəkləşməsinə can atırdılar. Müəyyən müddətdən sonra imperialist dövlətlərin dəstəyi və təhriki ilə ermənilər Osmanlı dövləti və Anadolunun türk əhalisinə qarşı geniş fəaliyyətə başladılar. Onlar özlərini dünyaya “əzilən toplumkimi göstərməyə çalışaraq “Anadoluya hökmranlıq haqlarının türklər tərəfindən qəsb olunduğufikrini yayırdılar. 1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsindən sonra Rusiyabir sıra Avropa dövlətlərinin iştirakı ilə Berlində imzalanan müqavilənin şərtlərindən biri Şərqi Anadoluda ermənilərə muxtariyyətin verilməsi idi. “Erməni məsələsi”ni beynəlxalq səviyyəyə qaldıran bu maddə bölgədəki ermənilərin sayının azlığı səbəbindən reallaşmadı.

I Dünya müharibəsi illərində Osmanlı dövlətini parçalayaraq aralarında bölüşdürmək məqsədi güdən imperialist güclər prosesi sürətləndirmək üçün erməniləri onlar üçün dövlət qurulacağı vədi ilə şirnikləndirdilər. Beləliklə, “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək uğrunda işə başlayan erməni başbilənləri, xüsusən də din xadimləri Osmanlı dövlətini daxildən sarsıdacaq hər cür yola əl atdılar. Onlar əvvəlcə təbəəsi olduqları dövlətin hərbi səfərbərlik çağırışından yayındılar. Orduya qatılanların əksəriyyəti isə silahları ilə birlikdə fərarilik edərək Çar Rusiyasının tərəfində Osmanlıya qarşı döyüşməyə başladı. Osmanlı ordusu, bir tərəfdən, cəbhədə Rusiya ordusuona qoşulan erməni xəyanətkarlarına qarşı savaşarkən, digər tərəfdən, bütöv türk kəndlərini yerlə-yeksan edən, əhalisini qətlə yetirən, orduya ləvazimat aparan karvanlara hücum edən erməni silahlı quldur dəstələri ilə mübarizə aparmalı idi. Dövlətin cinayətkarlara qarşı gördüyü tədbirlər isə beynəlxalq aləmə “ermənilərin qətlə yetirilməsi”, “təzyiqlərə məruz qalması” kimi təqdim olunur, bununla da “erməni məsələsi” süni olaraq qabardılırdı. Erməni quldur birləşmələri isə onlara vəd edilən ərazilərdə dövlət qurmaq xəyalı ilə bölgənin türk əhalisini “təmizləmək”də davam edir, qadınlara, uşaqlara, qocalara fərq qoymadan yüzminlərlə dinc insanı amansız qırğına məruz qoyurdular.

Bunlarla yanaşı, ermənilər Anadoluda da kütləvi soyqırımılar törədiblər. Anadoludan kənarda qurulanHnçak”, “Daşnak”, “Ramqavar”, “Silahlılar Cəmiyyəti”, “Ermənistana Doğru Cəmiyyəti”, “Gənc Ermənistan Cəmiyyəti”, “Qara Xaç Cəmiyyəti” kimi təşkilatlar Anadoluda aktiv fəaliyyət göstərməklə erməni əhalisini dövlətə qarşı silahlı üsyanlara, müsəlman əhalinin qətlinə sövq edib. Erməni quldur təşkilatları yalnız kütləvi qırğınlar törətmir, həm də ayrı-ayrı insanlara qarşı terror aksiyaları həyata keçirirdilər. I Dünya müharibəsi illərində “Böyük Ermənistan” xülyası ilə Osmanlı dövlətinə xəyanət edərək düşmən cəbhəsinə qoşulan ermənilərin özbaşınalığı daha da artdı. 1915-ci ildə rus ordularının Şərqi Anadoluya daxil olması ilə erməni silahlı dəstələri Van, Bitlis, Ərzurum, Ərzincan, Qarsbir çox başqa vilayətlərdə amansız qırğınlar törətdilər, bəzi vilayətlər yerlə yeksan edildi.

Ermənilərin bütün dünyaya car çəkərək qondarma “erməni soyqırımı”nı anma günü kimi qeyd etdikləri 24 aprel tarixi isə, əslində, dövlətə xəyanət edən, dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədən erməni komitələrinin aparıcı şəxslərinin həbs olunduğu gündür. Bu tarixin hətta ermənilərin “soyqırımı” kimi təbliğ etdiyi köçürülmə tədbiri ilə də birbaşa əlaqəsi yoxdur.

Ermənilər tarix boyu çoxsaylı soyqırımı aktları həyata keçiriblər

Tarixi faktlar onu göstərir ki, əsl soyqırımını məhz ermənilər törədiblər. Bəlli olduğu kimi, ermənilər 1905-1907-ci illərin kütləvi qətliamlarından sonra 1918-ci ildə böyük miqyasda qırğınlar həyata keçiriblər. Bu dövrdə baş verən böyük siyasi hadisələr isə nəinki bu qırğınları yubadıb, əksinə, prosesləri daha da sürətləndirib. 1917-ci ilin fevralında Çar Rusiyası dağılıb, həmin ilin oktyabrında bolşeviklər hərbi çevriliş edərək hakimiyyəti ələ keçiriblər. Bu zaman dekabrın 16-da Bakı Sovetində sədr olan Stepan Şaumyan Leninin əmri ilə Qafqazda fövqəladə və səlahiyyətli komissar təyin olunubona 500 min rubl pul ayrılıb. Yanvar ayında isə yenə Leninin imzası ilə Bakı Sovetinə 30 milyon 800 min rubl, 5 000 tüfəng, 2 aeroplan və 2 zirehli maşın ayrılıb. Onu da qeyd edək ki, 1917-ci il dekabrın 18-də imzalanmış Ərzincan müqaviləsinə görə, rus ordusu Şərqi Anadoludan çəkilməli və Rusiyaya qayıtmalı idi. Lakin bu razılaşma sona qədər icra olunmayıb. Ağır fəsadlarını isə yenə də Azərbaycan xalqı çəkib. Anadoludan qayıdan rus qoşunlarının tərkibində Türkiyəyə qarşı vuruşan erməni hərbi birləşmələri, onların 5000 əsgəri Bakıya gəlib. Tarixçilərin qənaətinə görə, bolşevik hökumətinin ayırdığı 5000 tüfəng də məhz Bakıya yerləşdirilən erməni hərbçilərinə verilib. Bu hərbi qüvvələr azərbaycanlıların qətlə yetirilməsinə, soyqırımına məruz qalmasına yönəldilib.

Beləliklə, 1918-ci il martın 24-də Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı başlanmış soyqırımı bir neçə gün davam edib. Erməni daşnak-bolşevik hərbi birləşmələri Şamaxını işğal etdikdən sonra Quba qəzasında da azərbaycanlıların soyqırımına başlayıb. Yeri gəlmişkən, Qubada baş vermiş soyqırımını təsdiq edən ən tutarlı faktlardan birirayonda aşkarlanmış kütləvi məzarlıqdır.

Faktlar sübut edir ki, 1918-ci ilin ilk aylarından Quba qəzasında müsəlman əhalisinə qarşı həyata keçirilən qırğınları faciə adlandırmaq vəhşiliklərin mahiyyətini tam açmır. Minlərlə insanın, dinc əhalinin, qadınların, uşaqların və qocaların əzab və işgəncə ilə qətlə yetirilməsi dəhşətli və ağlasığmaz bir hadisə idi. Tarixçilərin də qeyd etdikləri kimi, 1918-ci ildə mart soyqırımının həyata keçirilməsi sırf siyasi ambisiyalara xidmət edib. Qırğınlarda erməni daşnak qüvvələri ilə yanaşı, bolşevik əsgərləri də iştirak ediblər. Bu qırğınların əsas məqsədi Quba qəzasında da müsəlman əhalisini məhv edərək erməni idarəçiliyinə nail olmaqdan ibarət idi. Çünki sovet rejiminə rəhbərlik edən Şaumyan Cənubi QafqazdaBöyük Ermənistan” dövləti yaratmaq üçün bütün imkanlarını işə salmışdı.

Erməni daşnak qüvvələri bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törədiblər. Təbii ki, bu qırğınlar təkcə Şamaxı və Quba ilə tamamlanmayıb. Soyqırımı Azərbaycanın bütün bölgələrini əhatə edib. Hətta Cənubi Azərbaycanda 150 min nəfər, təkcə Urmiya şəhərində 10 min nəfər qətlə yetirilib. Ermənilər daxil olduqları bütün yaşayış məskənlərini dağıdıb, mədəni, ictimai obyektlərin hamısını tamamilə məhv ediblər. Həmin dövrdə Şamaxının 75 kəndi, Qubanın 122 kəndi, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib, Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalıb. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı təkcə Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. Məsələn, “Azərbaycan” qəzetinin həmin dövrlərdə işıq üzü görən saylarında mart hadisələri zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlının qətlə yetirildiyi qeyd olunur. Ermənilərin öz nümayəndələrindən biri isə qeyd edir ki, “biz Bakıda 25 min nəfəri qətlə yetirmişik”.

Qeyd etmək lazımdır ki, azərbaycanlıların ermənilər və onların havadarları tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qalması sonrakı dövrlərdə də davam edib. 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər qətlə yetirilib. 1930-cu illərə də diqqət yetirsək, görərik ki, bolşevik hökuməti tərəfindən müxtəlif repressiyalar adı altında xalqımız soyqırımına məruz qalıb.

Qeyd edək ki, xalqımıza qarşı soyqırımlar törədən mənfur qonşularımız öz çirkin niyyətlərini reallaşdırmaq üçün istənilən fürsətdən yararlanmağa çalışıblar. Bu istiqamətdə növbəti addım ötən əsrin 60-cı illərində atılıb. Belə ki, 1960-cı illərdə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib. Eyni zamanda, 1977-ci ildə SSRİ Konstitusiyası hazırlanarkən ermənilər bundan istifadə edərək öz çirkin məqsədlərinə nail olmağa çalışsalar da, Ulu öndər Heydər Əliyev buna imkan verməyib.

Ermənilərin xalqımıza qarşı soyqırımı siyasəti davam edir...

1988-ci ildən isə mənfur qonşularımız yenidən fəallaşmağa başlayıblar. SSRİ rəhbərliyinin razılığı ilə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, işğalçılıq siyasətinə start veribbu gün həmin təcavüzün nəticələri davam etməkdədir.

Bundan başqa, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından birini törədiblər. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 nəfər isə itkin düşüb. Dövlətin və əhalinin əmlakına 1992-ci il 1 aprel tarixinə olan qiymətlərlə 5 milyard rubl məbləğində ziyan vurulub.

Məhz bütün bu faktlar onu göstərir ki, tarix boyu kütləvi soyqırımları törətmiş ermənilərin “soyqırımı” iddiaları tamamilə qondarma xarakterlidir.

Yeni Azərbaycan.- 2016.- 23 aprel.- S.4