Regionlarda ixrac qabiliyyəti yüksək olan məhsulların istehsalı genişləndirilir

 

Strateji əhəmiyyətə malik aqrar sahənin inkişafı istiqamətində mühüm addımlar atılır

Azərbaycanda bütün sahələrin paralel inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və investisiya qoyuluşunun sürətləndirilməsi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Ən əsası isə sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları sayəsində mümkün olur. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Eyni zamanda, son 13 il ərzində ümumi daxili məhsul 3 dəfədən çox, qeyri-neft sektoru 2,6, investisiyalar 6,5, əhalinin gəlirləri 6,5 dəfə artıb, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə düşüb. Respublikamızda işsizlik cəmi 5 faiz civarındadır. Hazırda Azərbaycan geniş maliyyə imkanlarına malik ölkələr sırasında yer alır. Paralel surətdə Azərbaycanın idxaldan asılılığı aradan qalxıb və ölkəmizin qeyri-neft məhsullarının ixracı üzrə geniş potensialı bərqərar olub.

Bəhs olunan istiqamətlər sırasında ərzaq təhlükəsizliyinin təmin olunması isə strateji əhəmiyyət kəsb edirbu istiqamətdə həyata keçirilən ardıcıl islahatlar əhəmiyyətli nəticələrin əldə edilməsini şərtləndirib. Ümumiyyətlə, regionlarda aqrar sektorun intensiv inkişafı əhalinin ərzaq təminatına etibarlı zəmin yaradır. Məlum olduğu kimi, ölkəmizdə aqrar sektorun müasir inkişaf mərhələsində qarşıya kənd təsərrüfatında yeni keyfiyyət dəyişikliyinə nail olunması ilə bağlı hədəflər qoyulub. Dövlət başçısının “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli Sərəncamı və “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 16 aprel 2014-cü il tarixli Fərmanı kənd təsərrüfatında müasir dünya çağırışları nəzərə alınmaqla müəyyənləşdirilən hədəflərə çatılması üçün idarəetmənin və institusional strukturun təkmilləşdirilməsinə, innovativ dəyişikliklərin həyata keçirilməsinə möhkəm hüquqi təminat yaradır. Bu gün regionlarda ənənəvi kənd təsərrüfatı məhsulları ilə yanaşı, strateji məhsulların əkininin artırılması, dünya bazarında daha çox ehtiyac duyulan məhsulların istehsalı aqrar sahənin daha da dinamik inkişafını təmin edir.

Məsələn, Şəki rayonunda fəaliyyət göstərən “Fauna” Məhdud Məsuliyyətli Cəmiyyətin ümumi ərazisi 6 hektar olan kompleksinin 2,5 hektarında istixana təsərrüfatı yaradılıb. İstixananın illik istehsal gücü 850 tondurburada yüksək standartlara cavab verən pomidor sortları yetişdirilir.

Kompleksin tərkibinə xüsusi konstruksiya əsasında qurulan müasir istixana, qazanxana, 180 tonluq su anbarı, inzibati bina, yeməkxana, anbar və yardımçı tikililər daxildir. Kompleksdə Türkiyə istehsalı olan ən müasir avadanlıq quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur.

İstixananın əkin texnologiyasında ən son holland üsulu tətbiq edilir. Məhsul kokopit substraktından istifadə olunmaqla, tam torpaqsız mühitdə yetişdirilir. Təbii orqanik mənşəli bu substrakt kokos qabığından hazırlanır. Minerallarla zəngin kokos qabığı bitkinin yetişdiyi torpaq Şri-Lankadan paketlənmiş formada gətirilir. Məhsulun becərilməsində heç bir gübrədən, kimyəvi qatqıdan istifadə olunmur, bitkiyə yalnız minerallar verilir.

Pomidorun yetişdirilməsində müasir texnologiyaların tətbiq olunması yüksək məhsuldarlığa istehlakçıların ilboyu ekoloji təmiz məhsulla təmin edilməsinə imkan yaradır. Burada yetişdirilən pomidor əsasən Rusiya bazarlarına ixrac olunur.

Naxçıvan Muxtar Respublikasında da əhalinin ərzağa olan tələbatının yerli məhsullar hesabına ödənilməsi istiqamətində əvvəlki dövrlərdə qəbul edilmiş Dövlət proqramlarının uğurlu icrası həyata keçirilən digər mühüm tədbirlər nəticəsində daxili bazarda məhsul bolluğu yaradılıb.

Belə ki, cari ilin ötən dövrü ərzində daha bir istixana təsərrüfatı yaradılıb, hazırda digər istixana təsərrüfatının genişləndirilməsi davam etdirilir. Bundan əlavə, yaz əkinlərinin aparılması üzrə dəstəkləyici tədbirlər həyata keçirilib.

Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılmaqdadır.Naxçıvan AqrolizinqAçıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya 53 ədədi bu ilin yanvar-mart aylarında olmaqla, ümumilikdə 1738 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası avadanlıq gətirilib. Ötən müddət ərzində 33 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 5 ədədi isə nağd yolla satılıb.

Tovuz rayonunda isə kartof üzüm ilə yanaşı artıq yeni sahələr üzrə istehsala başlanılır. Bu ildən etibarən rayonda tütün becəriləcək. İlkin mərhələdə dağlıq dağətəyi kəndlərdə 20 hektar sahədə əkin aparılacaq. Artıq Zaqatala-Balakən zonasından gətirilən şitillər sahələrə basdırılır. Tütünçülükdə yaxşı nəticə əldə ediləcəyinə əmin olan fermerlər gələcəkdə sahələri genişləndirmək barədə düşünürlər. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində rayonda tütünçülüyün inkişafı qarşıya məqsəd qoyulub. Şimal-qərb regionundan samsun, verişina sortlarının şitilləri gətirilib. Bu sortlardan düzgün aqrotexniki qulluq şəraitində hektara 2 ton quru tütün almaq mümkündür. İlk məhsul yığımı mayın sonunda başlayacaq. Fermerlər tütünün satışında heç bir çətinliklə üzləşməyəcəklər.

Bu il Zaqatala rayonunun təsərrüfatlarında da 600 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Əkin üçün indiyədək 192 hektarda şum aparılıb. Bir neçə gündür ki, tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Qısa müddət ərzində təsərrüfatlarda 25 hektar sahəyə şitil köçürülüb bu sürətlə davam etdirilir.

İstehsalçılarlaİntertobacco” MMC arasında bağlanmış müqaviləyə əsasən əkin üçün nəzərdə tutulan 600 hektar sahənin 500 hektarına tütünün ətirliVirciniyasortu əkiləcək. 100 hektar sahədə isə Zaqatala rayonunda əvvəlki illərdə rayonlaşdırılmış ənənəvi tütün sortları əkiləcək.

Bərdə rayonunda əsas kənd təsərrüfatı bitkilərindən olan yerkökünün becərilməsində yeni texnologiyalardan istifadə olunur. Belə ki, fermerlər müasir becərmə texnologiyalarından, damcı suvarma üsulundan, daha keyfiyyətli toxumlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olurlar. Yerkökü toxumu köhnə üsulla sentyabr ayında əkilirdisə, yeni üsulla əkin mart ayında aparılır. Bitkinin suvarılması damcı üsulu ilə həyata keçirilir. Damcı üsulu ilə suvarma zamanı suya qənaət edilir, su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, yumşaq qalır, alaq otları azalır. Yerkökünün görünüşü sağlamlığı daha yaxşı olur, məhsuldarlıq yüksəlir.

Qeyd edək ki, Türkiyədən gətirilmiş məhsuldar toxumun səpilməsi, tirə üsulu ilə becərilməsi, aqrotexniki qaydalara düzgün əməl edilməsi damcı ilə suvarma nəticəsində sahələrdən bol məhsul əldə edilir. Əgər ənənəvi yolla becərmə zamanı məhsuldarlıq hər hektardan 20-25 ton olurdusa, yeni üsulla becərmə zamanı hektardan 60 tondan çox yerkökü götürülür.

Kürdəmir rayonunda isə pambıqçılığın baramaçılığın inkişaf etdirilməsi istiqamətində addımlar atılır. Rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi, bölgədə olan mövcud pambıq emalı zavodlarının potensialı nəzərə alınaraq, bu il rayonda 2 min hektaradək sahədə pambıq əkilməsi planlaşdırılıb hazırda çiyid səpini davam etdirilir. 1870 hektar sahədə pambıq əkilməsi üçün sahibkarlarla emal müəssisələri arasında müqavilə bağlanıb. Hazırda bu istiqamətdə, habelə yeni istehsal müəssisələrinin yaradılması, mövcud istehsal müəssisələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı işlər davam etdirilir. Rayon ərazisində gələcəkdə toxuculuq müəssisəsinin yaradılması üçün sahibkarlarla danışıqlar aparılır.

Pambıqla yanaşı, ixracyönümlü məhsul olan baramaçılığın da inkişafı istiqamətində tədbirlər görülür. Bunun üçün rayon ərazisində 1000 ha sahədə tut ağaclarının əkilməsi planlaşdırılıb. Rayonda barama istehsalının 3 tondan 75 tona çatdırılması nəzərdə tutulub.

Vurğulamaq lazımdır ki, bütövlükdə, davamlı hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Dünya Bankının məlumat bazasına əsasən, son 10 il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz çox olub ki, bu da respublikamızda aqrar sahənin dinamik inkişafını təsdiqləyir. Respublikamızda indiyədək dövlətin ayırdığı güzəştli kreditlər hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilib istifadəyə verilib. Son illərdə aqrar sektorda həyata keçirilən davamlı tədbirlər sayəsində ölkənin ərzaq məhsulları ilə təminat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə bir faktı məmnunluqla vurğulamaq yerinə düşər ki, respublikamızda əhalinin daxili istehsal hesabına əsas ərzaq məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artıb. Ötən illər ərzində məhsulların tədarükü, saxlanması satışı infrastrukturunun yaradılması, o cümlədən 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır istehlak bazarında qiymətlərin sabitliyi təmin edilir.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2016.- 26 aprel.- S.8