Azərbaycanın İtaliya ilə hər zaman
isti münasibətləri olub
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev BMT-nin Sivilizasiyalar
Alyansının 7-ci Qlobal Forumunda iştirak edən İtaliya
mədəniyyət naziri katibinin müavini Dorina Bianchi ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Forumun əhəmiyyəti, Azərbaycan və İtaliya arasında mədəni əlaqələr müzakirə edilib. Əbülfəs Qarayev Azərbaycanın İtaliya ilə hər zaman isti münasibətlərinin olduğunu diqqətə çatdıraraq, ölkəmizin mədəni irsi haqqında qonaqları məlumatlandırıb. Mədəniyyət sahəsində qarşılıqlı əlaqələrdən söz açan nazir İtaliya və Azərbaycan muzeyləri arasında əlaqələrin vacibliyini vurğulayıb.
Azərbaycanın turizm potensialının özəlliklərini qonaqların diqqətinə çatdıran Ə.Qarayev Azərbaycan Turizm və Menecment Universiteti, Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək, Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birlikləri haqqında qonaqlara məlumat verib. Ölkəmizdə sağlamlıq, dağ, əyləncə və digər turizm növlərinin inkişaf etdiyini söyləyib.
Dorina Bianchi
yüksək qonaqpərvərliyə görə təşəkkürünü
bildirib, İtaliya ilə
Azərbaycan arasında mədəni əlaqələrin bundan sonra da
davam etdiriləcəyinə və
genişlənəcəyinə əminliyini vurğulayıb.
Yeni Azərbaycan.-
2016.- 27 aprel.- S.3.