Kamal Abdullayev: Prezident İlham Əliyev Azərbaycanda multikultural təhlükəsizliyin qarantıdır

 

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) partiyanın üzvü olan gənclərlə görüşüb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, YAP Gənclər Birliyinin sədri Seymur Orucov Dövlət müşavirinə onların təşəbbüsünü dəyərləndirib gənclərlə görüş üçün vaxt ayırdığına görə minnətdarlığını bildirib. S.Orucov gənclərə Kamal Abdullayevin bədii, elmiictimai-siyasi fəaliyyəti haqqında məlumat verərək deyib: “Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev həm də dünya səviyyəsində tanınmış görkəmli yazıçıdır. “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox”, “Gizli Dədə Qorqud” əsərləri rus, türk, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, yapon və digər dillərə tərcümə edilərək dünyada geniş oxucu kütləsi toplayıb.

Kamal Abdullayev gənc yaşlarında Moskva kimi bir şəhərdə doktorluq dissertasiyası müdafiə edib. Sovet dövründə buna nail olmaq üçün həddindən artıq savadlı və əzmli olmaq lazım idi.

Akademik Kamal Abdullayev Bakı Slavyan Universitetinin rektoru olduğu müddətdə də həmin ali məktəbin dünyanın aparıcı universitetləri ilə bir sırada dayanması üçün səylə çalışıb, oradakı savadlı, qabiliyyətli tələbələrin ümid yeri olub. İndi də həmin universitetin məzunları, tələbələri Kamal Abdullayevi minnətdarlıq hissi ilə xatırlayırlar.

Son dövrlərdə Kamal Abdullayev həm də Prezident İlham Əliyevin dövlət səviyyəsində həyata keçirdiyi multikulturalizm siyasətinin reallaşması üçün böyük əzmlə çalışır. Məhz akademikin birbaşa təşəbbüsü və təşkilatçılığı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi çoxsaylı beynəlxalq və regional layihələrə imza atır”.

Dövlət müşaviri Kamal Abdullayev YAP Gənclər Birliyinin üzvlərini BBMM-də görməkdən və onlarla görüşdən məmnunluğunu ifadə edərək deyib: “Multikulturalizm ili” ilə bağlı istər-istəməz özümə hesabat verdikdə, il ərzində görülən işləri çək-çevir etdikdə nə isə intuitiv şəkildə hiss edirdim ki, elə bil hansısa boşluq qalıb. Mənə elə gəlir ki, bu gün burada sizinlə görüşümüz o boşluğu dolduracaq.

Multikulturalizm ilielan olunduqdan sonra xalqımızın canında, qanında, genetik yaddaşında yaşayan multikultural dəyərlər, o enerji oyandı, sanki sel kimi aşıb-daşdı.

Prezident İlham Əliyevin apardığı ardıcıl multikulturalizm siyasətinin təcəssümü kimi son dövrlərdə Millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandı. Sistemli şəkildə yaradılan bütün bu təsisatlar görülən işlərlə bir-birini tamamlayır.

Dövlətimizin başçısı İlham Əliyev “Multikulturalizm ili”ndə də elə aydın hədəflər göstərdi ki, bizə ancaq bunları reallaşdırmaq qalırdı. Azərbaycan multikulturalizminin siyasi banisi Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratmış olduğu Yeni Azərbaycan Partiyasının Sədri Prezident İlham Əliyev təkcə Azərbaycanın deyil, bəşəriyyətin gələcəyinin inkişafını duya bilir. Dövlət səviyyəsində multikulturalizm siyasətinin aparılması da buna sübutdur. Məhz belə bir siyasətin aparılması nəticəsində Azərbaycan insanının da təfəkkürü, düşüncə tərzi daha da inkişaf edib. Əgər illər öncə biz rayonlara səfərlərə gedəndə şəxsi xahişlər olurdusa, indi ictimai təklif və xahişlərlə yanaşırlar. Bütün bunlar Azərbaycan insanının da nə qədər dəyişməsinin göstəricisidir.

Fəaliyyətə başladığı iki il ərzində və cariMultikulturalizm ili”ndə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bir sıra dövlət qurumları ilə birgə beynəlxalq və regional layihələr həyata keçirib. Ən böyük layihəmiz “Azərbaycan multikulturalizmi” fənninin xariciyerli universitetlərdə tədrisidir. 2015-2016-cı tədris ilində Portuqaliya, Ukrayna, Rusiya, Belarus, Almaniya, Polşa, İndoneziya, Türkiyə, İsveçrə, Litva, Bolqarıstan, Çexiya, Gürcüstan və İtaliyanın aparıcı universitetlərində xarici tələbələr Azərbaycan multikulturalizmi fənni vasitəsilə Azərbaycanın milli-mənəvi dəyərləri, multikulturalizm modeli, tolerant ənənələri, ictimai-siyasi vəziyyəti haqqında ətraflı öyrənmək imkanı əldə edirlər. Bu fənnin tədrisi üçün pedaqoji kadrların hazırlığı məqsədilə treninqləri, xaricdə və ölkə daxilində tədrisin keyfiyyəti ilə bağlı monitorinqləri də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi həyata keçirir.

Biz mütəmadi olaraq beynəlxalq multikulturalizm yay və qış məktəbləri təşkil edirik ki, həmin xarici tələbələr nəzəri şəkildə öyrəndikləri Azərbaycan multikulturalizmi modelini ölkəmizdə öz gözləri ilə görsünlər, əyani şəkildə tanış olsunlar. Beləcə də xarici gənclərdə Azərbaycana qarşı yaranan maraq getdikcə məhəbbətə çevrilir. Bu sevginin nəticəsidir ki, üçüncü beynəlxalq multikulturalizm yay məktəbi ərzində Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstanın Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə “Azərbaycanın Gənc Dostları Klubu” yarandı. Hazırda bu klubun üzvlüyündə indiyədək ölkəmizdə təşkil olunmuş beynəlxalq multikulturalizm yay və qış məktəblərinin xarici tələbələri, eləcə də xarici ölkə universitetlərində Azərbaycan multikulturalizmi fənninin dinləyiciləri daxil olmaqla 20-dən çox ölkədən 100-dən artıq gənc təmsil olunur. Birliyin saytı da fəaliyyət göstərir.

Multikulturalizm Mərkəzinin layihələrindən bəhs edərkən xaricdəki filialları da qeyd edə bilərik. Hazırda İtaliya, Almaniya, Portuqaliya, Moldova, İsrail, Bolqarıstanda və Rusiyanın MoskvaYekaterinburq şəhərlərində Mərkəzin filialları fəaliyyət göstərir.

Mərkəz “Multikulturalizm” jurnalını, Azərbaycan və rus dillərində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını, Virtual dəyirmi masa materialları, “Kitabi-Dədə Qorqud” dastanından “Basatın Təpəgözü öldürdüyü boyalman alimi Fridrix fon Ditsin önsözü ilə birgə 25 dildə ayrıca nəfis kitabçalar şəklində nəşr edib. “Azərbaycan multikulturalizmi” dərsliyi üzərində işlər isə tamamlanmaq üzrədir”.

Dövlət müşaviri dünyada multikulturalizm siyasətinə baxış və Azərbaycandakı multikultural təhlükəsizlik haqqında da fikirlərini bölüşüb. O deyib: “Əsrlərdən bəridir Azərbaycanda müsəlmanlarla yanaşı, xristianlar, yəhudilər və başqa dinlərin, məzhəblərin nümayəndələri çox normal şəkildə yanaşı yaşamaqdadırlar. Bu, Prezident İlham Əliyevin dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına göstərdiyi bərabər münasibətin nəticəsidir. Yeni Azərbaycan Partiyasının Sədri Prezident İlham Əliyev Azərbaycanda multikultural təhlükəsizliyin qarantıdır”.

Görüşdə Kamal Abdullayev YAP Gənclər Birliyinin üzvlərini maraqlandıran sualları cavablandırıb. Sonda YAP Gənclər Birliyinin kitabxanasına BBMM-in nəşrləri, görüşə gələn gənclərə isə Mərkəzin hədiyyələri təqdim olunub..

Yeni Azərbaycan.- 2016.- 3 dekabr.- S.4