Azərbaycanda sahibkarlar bölgələrin inkişafında fəal iştirak edirlər

 

Dövlət tərəfindən verilən kreditlər nəticəsində sahibkarlar regionların sosial-iqtisadi inkişafına töhfə verirlər

Məlum olduğu kimi, uğurlu dövlət siyasəti nəticəsində ölkəmizdə bütün sahələrin hərtərəfli inkişafı təmin edilib. Bu mənada respublikamızın bölgələrinin də sosial-iqtisadi inkişafı xüsusilə diqqətəlayiqdir. 2004-cü ildən etibarən reallaşdırılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bölgələri hərtərəfli inkişaf edir, infrastruktur yenilənir, sosial obyektlər, yollar, körpülər, sənaye müəssisələri tikilib istifadəyə verilir. Bütün bunlar bölgələrin simasını əhəmiyyətli dərəcədə dəyişdirməklə yanaşı, əhalinin rifahını da xeyli yüksəldir. Çünki açılan müəssisələr, eyni zamanda, yeni yerlərinin yaradılması deməkdir. Son illərdə isə açılan müəssisələrin böyük əksəriyyəti regionların payına düşür. Regionların inkişafı prosesində sahibkarların da rolu böyük əhəmiyyət kəsb edir. Dövlətin sahibkarlara göstərdiyi güclü dəstək sayəsində adamları bölgələrin sosial-iqtisadi inkişafında yaxından iştirak edirlər. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun verdiyi güzəştli kreditlər nəticəsində adamları həm aqrar sahədə, həm də sənaye sahəsində yeni müəssisələr yaradırlar.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu bu məqsədlə respublikanın bölgələrində tədbirlər keçirir. Bu tədbirlər ötən ay da davam edib. Belə ki, noyabrın 24-də Kürdəmir rayonunun Atakişili kəndində keçirilən işgüzar forum çərçivəsində Kürdəmir və ətraf rayonlardan olan 50-yə yaxın sahibkara 1,5 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, quşçuluq, əkinçilik, ağac emalı və s. sahələrin inkişafına yönəldiləcək. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Kürdəmirdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

Səksənə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Kürdəmir rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl marketin, intensiv bağçılıq, taxılçılıq və cins heyvandarlıq təsərrüfatlarının, soya əkini, çörək istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 2225 sahibkara 143,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6600-ə yaxın yeni yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Kürdəmirdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 266 investisiya layihəsinin maliyyələşdirilməsinə 19,6 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində Kürdəmirdə güzəştli kredit ayrılmış müasir heyvandarlıq kompleksinə baxış keçirilib. Ümumilikdə indiyədək Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ildə 191 min ton süd və 2 min ton ət istehsal etmək gücündə olan 22 müasir heyvandarlıq kompleksinin yaradılmasına 102 milyon manatdan çox güzəştli kredit ayrılıb. Artıq təsərrüfatlardan 15-i istifadəyə verilib.

Ötən ay Sahibkarlığa Kömək Milli Fondunun Göyçay rayonunun Ləkçıplaq kəndində keçirdiyi işgüzar forum çərçivəsində isə Göyçay və ətraf rayonlardan olan 47 sahibkara 1,7 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, quşçuluq, bağçılıq, tara, qənnadı məmulatları və kişmiş, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox yeni yerinin açılması mümkün olacaq. Səksənə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Göyçay rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl marketin, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12700-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 496,4 milyon manat güzəştli kredit verilib. Forum çərçivəsində Göyçayın Şəhadət kəndində güzəştli kredit ayrılmış 2 min tonluq logistik mərkəzin fəaliyyətinə və Yalman kəndində logistik mərkəzdə aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib. Ümumilikdə, indiyədək tutumu 333,4 min ton olan 51 logistik mərkəzin yaradılmasına 162,6 milyon manat güzəştli kredit verilib. Artıq tutumu 294 min ton olan 45 logistik mərkəz istifadəyə verilib. Bu mərkəzlər əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, istehsal olunan meyvə-tərəvəzin tədarükü, saxlanması və satışı məsələlərinin həllində mühüm rol oynayır.

İsmayıllı rayonunun Qalınçaq kəndində keçirilən işgüzar forumda isə Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 37 sahibkara 2,2 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, intensiv kartofçuluq, bağçılıq, logistika mərkəzinin tikintisis. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 60-dan çox yeni yerinin açılması mümkün olacaq. Səksənə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində İsmayıllı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və hotelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Qeyd edilib ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1800-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 67,5 milyon manat güzəştli kredit verilib. Forum çərçivəsində İsmayıllı rayonunda güzəştli kredit ayrılmış intensiv kartofçuluq təsərrüfatına, logistik mərkəzin tikintisinə baxış keçirilib.

Onu da qeyd edək ki, Fond tərəfindən Bakı şəhəri və onun qəsəbələrində fəaliyyət göstərən sahibkarlara da güzəştli kreditlər verilirbu proses ardıcıl olaraq davam edir. Belə ki, Fondun oktyabrın 28-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində keçirdiyi işgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən 16 sahibkara 905 min manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər əsasən quşçuluq, tərəvəzçilik, mebel, karton məhsulları, un məmulatları istehsalı sahələrinin inkişafına yönəldiləcək. Kreditlərin reallaşdırılması hesabına 50-dən çox yeni yerinin açılması mümkün olacaq. Yüzə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir istixana kompleksinin, ixtisaslaşdırılmış “yaşıl marketin, istixanazeytunçuluq təsərrüfatlarının, badam bağlarının salınması, ət kəsimi və üzlük daşların istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 344,6 milyon manat güzəştli kredit yönəldilib. Forum çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində tərəvəz məhsulları istehsal edən müasir istixana təsərrüfatına baxış keçirilib. Ümumilikdə, son illər 32 müasir istixana kompleksinin yaradılmasına 97,4 milyon manat güzəştli kredit verilib. Dövlətin maliyyə dəstəyi ilə tərəvəz məhsulları istehsal edən istixanaların yaradılması tərəvəz istehsalının və ixracının artırılması imkanlarını daha da genişləndirir.

Sahibkarlığa Kömək Milli Fondunun Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində keçirdiyi işgüzar forumda isə kredit təşkilatları vasitəsilə 18 sahibkarlıq subyektinə 5,3 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, quşçuluq, tərəvəzçilik, istixana kompleksinin yaradılması, un məmulatları, mebel, qapı-pəncərə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 170-dən çox yeni yerinin yaradılmasına imkan verir.

İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumatlar verilib, Sabunçuda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib. 120-dən çox sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl marketin, istixana təsərrüfatlarının, ət kəsimi, üzlük daşlar, plastik qablarcorab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Forum çərçivəsində Sabunçu rayonunun Maştağa qəsəbəsində tərəvəz məhsulları istehsal edən müasir istixana təsərrüfatına baxış keçirilib. Ümumilikdə, son illər Bakının qəsəbələrində 32 müasir istixana kompleksinin yaradılmasına 95,8 milyon manat güzəştli kredit verilib.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2016.- 10 dekabr.- S.8