Bakı Slavyan Universiteti 70 illik tarixində böyük uğurlar qazanıb
Dekabrın 16-da respublikamızda elm və təhsilin inkişafında, müstəqil
Azərbaycanın humanitar
ixtisaslar üzrə yüksəkkeyfiyyətli mütəxəssis
hazırlığında, beynəlxalq
əlaqələrimizin qurulmasında
və milli-mənəvi
dəyərlərimizin dünyada
təbliğində xüsusi
yeri olan Bakı Slavyan Universitetinin (BSU) 70 illik yubileyi qeyd edilib.
AZƏRTAC
xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları
Fəxri xiyabana gələrək müasir
müstəqil Azərbaycan
dövlətinin memarı
və qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı
önünə əklil
qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı
üzərinə güllər
düzülüb.
Yubiley tədbiri
universitetin akt zalında davam etdirilib.
Tədbirdə Türkiyə, Rusiya, Ukrayna, Bolqarıstan,
Belarus, Çexiya və
digər ölkələrdən
gəlmiş qonaqlar iştirak ediblər.
BSU-nun rektoru, professor Nurlana Əliyeva on illər boyu respublikamız üçün unikal ixtisaslar üzrə mütəxəssis hazırlığı
aparan universitetin keçdiyi tarixi yoldan, bu ali məktəbin gənc nəslin təlim-tərbiyəsindəki rolundan, Azərbaycanın milli-mənəvi dəyərlərinin
dünyaya tanıdılmasında
səmərəli fəaliyyətindən
danışıb.
Qeyd olunub ki, Bakı
Slavyan Universitetinin təməli 1946-cı ildə
ikiillik M.F.Axundov adına Azərbaycan
Dövlət Müəllimlər
İnstitutu kimi qoyulub, 1952-1953-cü tədris
ilində isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və
Ədəbiyyatı İnstitutu
adlandırılıb.
1959-cu ildə bu ali məktəb Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ilə birləşdirilərək Azərbaycan
Pedaqoji Dillər İnstitutuna çevrilib.
Lakin rus dili və ədəbiyyatı
müəllimlərinə ehtiyacın
artması səbəbindən
14 ildən sonra, yəni 1972-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
bu ali
təhsil müəssisəsi
yenidən M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus Dili və
Ədəbiyyatı İnstitutu
kimi fəaliyyətini
bərpa edib.
Ümummilli lider Heydər Əliyevin 2000-ci il
13 iyun tarixli Fərmanı ilə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus Dili
və Ədəbiyyatı
İnstitutunun bazasında
Bakı Slavyan Universiteti yaradılıb.
Universitetin qarşısına Rusiya,
bütövlükdə MDB məkanı, Şərqi,
Mərkəzi və Cənubi Avropa, böyük slavyan-yunan dünyası ilə təhsil, ədəbi-mədəni,
siyasi-diplomatik və sosial-iqtisadi əlaqələri
inkişaf etdirmək vəzifəsi qoyulub.
Hazırda Bakı Slavyan Universiteti respublikamızın
böyük elmi-pedaqoji
potensiala malik ali təhsil
ocaqlarındandır. Universitetin pedaqoji
heyətinə 50-dən çox
elmlər doktoru,
professor, 200 elmlər namizədi,
dosent və 200-dən
çox baş müəllim və müəllim daxildir.
Ondan çox ölkənin dövlət və hökumət başçıları,
siyasi və din xadimlər BSU-nun fəxri doktorlarıdır.
Universitetdə bakalavriat səviyyəsində
11, magistratura səviyyəsində
35 ixtisas üzrə mütəxəssis hazırlığı
həyata keçirilir.
BSU-da beş fakültə
- filologiya və xarici dil müəllimliyi,
pedaqoji, Azərbaycan filologiyası və jurnalistika, beynəlxalq münasibətlər və
regionşünaslıq, tərcümə
fakültələri, əlavə
təhsil, magistratura, doktorantura və qiyabi təhsil şöbələri, Məktəb-Lisey
Kompleksi, 25 kafedra, bir idman klubu,
beş elmi-tədqiqat
laboratoriyası, 12 tədris-mədəniyyət
mərkəzi, Dissertasiya
Şurası və digər strukturlar fəaliyyət göstərir.
Universitet tərəfindən
BSU-nun elmi əsərləri
(Dil və ədəbiyyat, İctimai
elmlər seriyaları),
Azərbaycanda rus dili və ədəbiyyatı
jurnalı, Humanitar elmlərin öyrənilməsinin
aktual problemləri və Tağıyev oxuları elmi məcmuələri, Tələbə
dünyası qəzeti
nəşr edilir.
Hazırda universitetdə xarici ölkələrdən hazırlıq
qruplarında, bakalavriat,
magistratura və doktorantura səviyyələrində
200-dək əcnəbi vətəndaş
təhsil alır.
Son dövrdə universitetin
fəaliyyəti, burada
qısa müddətdə
görülən işlər
barədə ABŞ, Polşa,
Bolqarıstan və Rusiyanın ən nüfuzlu mətbuat orqanlarında məqalələr
dərc edilib.
Sonra Bakı
Slavyan Universitetinin fəaliyyətini əks etdirən film nümayiş
olunub.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov BSU-nun Azərbaycanda yüksək
ixtisaslı kadr hazırlığında rolunu,
ölkəmizin Rusiya,
bütövlükdə MDB məkanı, Şərqi,
Mərkəzi və Cənubi Avropa, böyük slavyan-yunan dünyası ilə təhsil, ədəbi-mədəni,
siyasi-diplomatik və sosial-iqtisadi əlaqələrinin
inkişafında əhəmiyyətli
fəaliyyətini diqqətə
çatdırıb.
Nazir Ümummilli
lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, Ulu öndərin ideyalarının
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə
həyata keçirildiyini
vurğulayıb. Dövlətimizin başçısının apardığı məqsədyönlü
siyasətin uğurlu nəticələrindən danışan
nazir Azərbaycanın
sürətlə inkişaf
etdiyini, dünya ölkələri arasında
özünə layiqli
yer tutduğunu bildirib.
M.Cabbarov cəmiyyətin tərəqqisində
təhsilin mühüm
rolunu qeyd edərək, ölkəmizdə
bu sahə üzrə səmərəli
islahatların aparıldığını,
proqram və layihələrin reallaşdırıldığını
diqqətə çatdırıb. Nazir vurğulayıb
ki, gənclər vətənpərvərlik ruhunda,
milli ruhda tərbiyə olunmalıdırlar.
BSU-nun inkişaf mərhələlərindən
söz açan M.Cabbarov Ümummilli lider Heydər Əliyev tərəfindən
bu ali
məktəbin fəaliyyətinə
yüksək qiymət
verildiyini xatırladıb.
BSU-nun elm və təhsilimizə
verdiyi töhfələrdən
bəhs edən nazir yüksəkixtisaslı,
bacarıqlı mütəxəssislərin
hazırlanmasında bu
ali məktəbin
xüsusi rolunu diqqətə çatdırıb.
Nazir əlamətdar
gün münasibətilə
universitetin kollektivini təbrik edib, daha böyük uğurlar arzulayıb.
Azərbaycan Prezidenti İlham
Əliyevin 2016-cı il 14 dekabr tarixli sərəncamları
ilə Bakı Slavyan Universitetinin bir qrup əməkdaşının
təhsilin inkişafındakı
xidmətlərinə görə
mükafatlandırıldığını
diqqətə çatdıran
M.Cabbarov dövlətimizin
başçısına minnətdarlığını
bildirib.
Mükafatlar sahiblərinə təqdim
edilib.
Bolqarıstan Respublikasının vitse-prezidenti
Marqarita Popova, Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik Akif Əlizadə, Milli Məclis sədrinin müavini Bahar Muradova, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov,
Nəsimi Rayon İcra
Hakimiyyətinin başçısı
Asif Əsgərov, Çexiyanın Brno Texniki
Universitetinin professoru İvan Meznik, Minsk Dövlət Linqvistik Universitetinin elmi işlər üzrə prorektoru Anatoli Qorlatov, Moskva Dövlət Linqvistik Universitetinin Morisa Tereza adına Xarici Dillər İnstitutunun direktoru Qalina Voronina və başqaları elm və təhsilin inkişafında Bakı Slavyan Universitetinin xidmətləri ilə bağlı fikirlərini bölüşüb, müəllim
və tələbələrə
uğurlar arzulayıblar.
Müxtəlif ölkələrdən BSU-nun ünvanına
göndərilən təbrik
məktubları oxunub.
Sonra BSU-nun
rektoruna Rusiya Xarici İşlər Nazirliyi
yanında Rossotrudniçestvo agentliyinin fəxri fərmanı təqdim olunub.
Yeni Azərbaycan.-
2016.- 17 dekabr.- S.6.