Yazıçılar Birliyində şair-publisist, hərbçi Abdulla Qurbaninin 60 illik yubileyi qeyd olunub

 

Dekabrın 19-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvanklubunda Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, şair-publisist, rejissor, Əməkdar İncəsənət Xadimi Abdulla Qurbaninin 60 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Yazıçılar Birliyinin hərbi vətənpərvərlik komissiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, müharibə veteranları, hərbçilər, tanınmış şairlər mədəniyyət xadimləri iştirak ediblər.

Mərasimdə çıxış edən AYB-nin sədri, Xalq yazıçısı Anar Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusundan, yazıçı şairlərimizin ordu ilə əlaqələrindən danışıb. Müdafiə Nazirliyində Azərbaycan yazıçıları ilə keçirilən görüşü xatırladan AYB-nin sədri bildirib ki, bugünkü yubiley tədbiri ordu ilə yazıçılar arasında əməkdaşlığın bir nümunəsidir.

Xalq yazıçısı Anar hərbçi şair kimi yüksək dəyərləndirdiyi Abdulla Qurbanini 60 illik yubileyi münasibətilə təbrik edib, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra yubilyara Yazıçılar Birliyinin Fəxri fərmanı təqdim olunub.

AYB-nin sədrinə isə Respublika Veteranlar Təşkilatının “Veteran həmrəyliyimedalı təqdim edilib.

Xalq şairi Fikrət Qoca yubilyarın həyat yolundan, bədii yaradıcılıq axtarışlarından, xüsusilə onun vətənpərvərliyindən söz açıb. Qeyd olunub ki, Xalq yazıçısı Mirzə İbrahimovun Şərurda ilk məktəb muzeyi yaratdığına görəmöcüzə”, Xalq yazıçısı Süleyman Rəhimovunod-alovadlandırdığı gənc Abdulla bu gün teatrşünas, şair, publisist, rejissor polkovnik Abdulla Qurbanidir. O, 100-dən çox kitabın, 200-dən çox hərbi vətənpərvərlik mövzusunda yazılan mahnının, eləcə hərbi marş, rekviyem, oratoriya simfonik poemanın sözlərinin müəllifidir. Azərbaycan mədəniyyətinin inkişafında təbliğində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdünə layiq görülməsi isə Vətən üçün yaşanılan ömrə verilən ən yüksək dəyərdir.

Milli Məclisin deputatı Xanhüseyn Kazımlı isə Abdulla Qurbani ilə tez-tez cəbhə bölgəsində olduqlarını vurğulayıb, əsgərlərlə görüşlərindən danışıb, onun istər poeziyasının, istər publisistikasının, istərsə mahnı hərbi marşlara yazdığı mətnlərin Vətənə, torpağa məhəbbətdən rişələndiyini diqqətə çatdırıb.

Tanınmış ədəbiyyatşünas, professor Ənvər Əhməd isə yubilyarın anadan şair doğulduğunu, natiq tribun kimi sonradan yetişdiyini deyib. Qeyd edib ki, Abdulla Qurbaninin alovlu çıxışları hər zaman əsgərlərimizi döyüşə ruhlandırıb.

AZƏRTAC-ın Baş direktorunun müavini, şəhid atası Dağbəyi İsmayılov çıxışında Abdulla Qurbani ilə Murovdağa - ön cəbhəyə səfərlərindən söz açaraq hər zaman onun daxilindəki tükənməz enerjiyə heyran qaldığını bildirib. Vurğulayıb ki, Abdulla Qurbaninin daxilindəki bu enerji onun Vətən sevgisindən, doğma el-obaya bağlılığından qaynaqlanır. D.İsmayılov onu da diqqətə çatdırıb ki, bu gün hər bir şəhid ailəsində Abdulla Qurbanini tanıyır sevirlər. Abdulla Qurbaninin ssenarisi ilə keçirilən kütləvi vətənpərvərlik tədbirlərinin, televiziya tamaşalarının hər biri, şəhidlərə həsr etdiyi şeirlər mükəmməl vətənpərvərlik dərsidir. Məhz buna görə o, şəhid ailələrinin sevgisini qazana bilib.

Digər çıxış edənlər Silahlı Qüvvələrimizin ilk hərbi paradının aparıcısı olan, tamaşaçıları dinləyiciləri daim qürurlandıran Abdulla Qurbaninin hədər yerə yaşamadığı ömrünü Azərbaycana sərf etdiyini vurğulayıblar. Abdulla Qurbanini gözəl insan, etibarlı dost, yüksək mənəviyyat adamı, zəhmətkeş ziyalı kimi dəyərləndirərək ona ən xoş arzularını çatdırıblar.

Yubilyarı təbrik edənlər onun bundan sonra da fəaliyyəti, çıxışları duyğusal şeirləri ilə könüllərdə yer tutacağına inam ifadə ediblər.

Ölkəmizdə veteran hərəkatının gücləndirilməsində xidmətlərinə görə Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin qərarı ilə Abdulla Qurbani “General Həzi Aslanovyubiley medalı ilə təltif olunub.

Medalı Respublika Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təqdim edib.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Abdulla Qurbani bundan sonra da sözün və Vətənin keşiyində duracağını və yeni əsərləri ilə Azərbaycan ədəbiyyatına töhfələr verəcəyini deyib.

Yeni Azərbaycan.- 2016.- 20 dekabr.- S.6.