BakıdaAnadolu rəngləriadlı konsert keçirilib

 

Dekabrın 23-də Heydər Əliyev SarayındaAnadolu rəngləriadlı konsert proqramı keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert Türkiyə Respublikası Mədəniyyət Turizm Nazirliyinin Bakıdakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Vətən torpağının müdafiəsi uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edənYeni Azərbaycanqəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan-Türkiyə münasibətlərinin Ulu öndər Heydər ƏliyevinBir millət, iki dövlətfəlsəfəsinə söykəndiyini deyib.

Tarixin mürəkkəb çətin mərhələsindən keçdiyimizi vurğulayan H.Babaoğlu bildirib ki, bu mərhələ millətlərin iradəsinin tarix qarşısında bir sınağıdır. O, əminliklə qeyd edib ki, bütün bu çətin proseslərə baxmayaraq qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq.

Konsert proqramı barədə danışan Milli Məclisin deputatı vurğulayıb ki, belə bir mədəniyyət hadisəsinin baş tutması, Anadolu rənglərinin Azərbaycanda nümayiş olunması xüsusi bir missiya daşıyır. Anadolunun zəngin mədəniyyətə sahib olduğunu söyləyən deputat diqqətə çatdırıb ki, Azərbaycan Türkiyə mədəniyyəti həm eyni mənbədən qaynaqlanır, həm coğrafi baxımdan bir-birini tamamlayır.

Çıxışına Bəxtiyar VahabzadəninAzərbaycan-Türkiyəşeirindən misraları səsləndirərək başlayan Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral bugünkü tədbirin iki qardaş ölkənin birliyini nümayiş etdirdiyini deyib.

Çıxışlardan sonra konsert proqramı başlayıb.

Anadolu rəngləriadlı konsert proqramında Türkiyə Respublikası Mədəniyyət Turizm Nazirliyi incəsənət idarəsinin nəzdindəki İstanbul Tarixi Türk Musiqi Cəmiyyətinin, Mehtər Qrupunun, Dövlət Xalq Rəqsləri Cəmiyyətinin, Ankara Türk Dünyası Musiqi Cəmiyyətinin, Konya Türk Musiqisi Cəmiyyətinin, Şanlıurfa Sivas Türk Xalq Musiqisi Xor Ansamblı ilə Ankara, İstanbul İzmir Klassik Türk Musiqisi Xor ansambllarının sənətçiləri eyni səhnədə çıxış ediblər.

Konsertdə tamaşaçılar mədəniyyətlərin beşiyi olan Anadolunun mehtər marşlarından türk xalq musiqisinə, xalq rəqsləri nümunələrindən klassik türk musiqisi nəğmələrinə, təsəvvüf musiqisindən türk dünyası musiqi nümunələrinədək geniş bir repertuarı dinləmə fürsəti əldə ediblər.

Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Yeni Azərbaycan.- 24 dekabr.- S.5