Prezident Kitabxanasının “Müstəqil Azərbaycan” adlı elektron resursu yenilənib

 

Hər bir xalqın dövlətçilik tarixində elə dövrlər olur ki, həmin dövrlər tarixə dönüş nöqtəsi kimi daxil olurciddi təhlil süzgəcindən keçirilir. XX əsrin əvvəllərində dünya dövlətləri cərgəsinə qoşulan Azərbaycanın cəmisi iki ildən sonra öz müstəqilliyini itirməsi və həmin əsrin sonlarında - 1991-ci il oktyabrın 18-də yenidən dövlət müstəqilliyinə qovuşmasından keçən zaman kəsiyi məhz belə dövrlərdəndir. Artıq Azərbaycanın dövlət müstəqilliyinə yenidən qovuşmasından 25 il ötür.

Müstəqilliyin ilk illərində xarici dövlətlər Azərbaycanın daxili işlərinə müdaxilə edir, ölkədə xaos hökm sürür, tez-tez hakimiyyət çevrilişləri baş verir, qanunsuz silahlı dəstələr hakimiyyət strukturlarına tabe olmaqdan imtina edir, iqtisadiyyat sürətlə geriləyir, əhalinin sosial vəziyyəti günü-gündən ağırlaşırdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyevin dövlət sükanının arxasına keçməsindən sonra əvvəlcə ölkədə anarxiyaya son qoyuldu, ardınca hüquqi dövlət quruculuğu sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Məhz Heydər Əliyevin titanik zəhməti sayəsində dövlətimiz dünya dövlətləri arasında öz layiqli yerini tutdu, icra olunan iqtisadi islahatlar nəticəsində Azərbaycan dinamik inkişaf mərhələsinə qədəm qoydu. 2003-cü ildən etibarən Heydər Əliyev kursunu layiqincə davam etdirən dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan regionun ən inkişaf etmiş dövlətinə çevrilib. Beynəlxalq aləmdə Azərbaycanın nüfuzu daha da yüksəlib, ölkəmiz dünyamiqyaslı mühüm tədbirlərin həyata keçirildiyi etibarlı dövlət imicini qazanıb.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları son 25 ildə Azərbaycanın keçdiyi yolu işıqlandıran elektron resursu yeniləyərək istifadəçilərin ixtiyarına təqdim edib.

Prezident Kitabxanasından AZƏRTAC-a bildirilib ki, “Müstəqil Azərbaycan” adlanan elektron resurs 8 fəsildən ibarətdir. Elektron resursunÜmumi məlumat” adlanan birinci fəsli “Azərbaycan bu gün”, “Müstəqilliyə qədərki tarixin qısa xülasəsi”, “Dövlət müstəqilliyinin bərpası və qorunub saxlanılması”, “Dövlət hakimiyyəti”, “Milli təhlükəsizliyin təminatı”, “Hüquqi dövlət quruculuğu” və “Azərbaycan beynəlxalq arenadaadlanan bölmələrdən ibarətdir. Bu fəsildə istifadəçilər 1993-1995-ci illərdə dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində görülən işlər, hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlar barəsində geniş məlumat əldə edəcəklər. Həmçinin istifadəçilər müstəqil Azərbaycanın ötən 25 il ərzində dünya birliyinə inteqrasiyası, beynəlxalq qurumlarla qarşılıqlı münasibətlərinə aid materiallarla da tanış olacaqlar.

Xronologiyaadlanan ikinci fəsli izləyən hər bir istifadəçi XX əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycanın üzləşdiyi bəlalar, Ermənistanın ölkəmizə ərazi iddiası və hərbi təcavüzü nəticəsində baş verən qanlı-qadalı hadisələr, müstəqilliyin ilk illərində meydana çıxan problemlər, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xilaskarlıq missiyası ilə həyata keçirdiyi tədbirlər nəticəsində yaranan sabitlikdinc quruculuq illəri, ölkəmizi dinamik inkişaf yolu ilə irəli aparan Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti haqqında xronoloji ardıcıllıqla məlumat əldə edə biləcəkdir.

Elektron resursun “Sənədlər” adlanan üçüncü fəslində dövlət müstəqilliyinin və dövlətçilik atributlarının bərpası, dövlət quruluşunun əsaslarına dair sənədlər (qanunlar, fərmanlar, sərəncamlar, qərarlar və s.), habelə müstəqilliyin ildönümləri ilə bağlı dövlətimizin başçılarının etdikləri nitqləri, çıxışları və müraciətləri toplanılıb.

Sosial-iqtisadi inkişafadlanan dördüncü fəsildə müstəqillik illərində ölkəmizdə bu sahədə görülən işlərə aid analitik materiallar “Sənaye”, “Kənd təsərrüfatı”, “Neft strategiyası”, “İnformasiya-kommunikasiya texnologiyaları”, “Regionların sosial-iqtisadi inkişafı”, “Təhsil”, “Elm”, “Səhiyyə”, “Mədəniyyət”, “Turizm” və “İdman” başlıqları altında ayrı-ayrılıqda əks etdirilib.

“Tədbirlər” adlanan beşinci fəsildə Azərbaycanın dövlət müstəqilliyinin ildönümləri ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərə və beynəlxalq konfranslara aid materiallar öz əksini tapıb.

Elektron resurslaradlanan altıncı fəsil dövlət quruculuğunun müxtəlif sahələrini özündə əks etdirən kitabların və məqalələrin elektron versiyalarını özündə toplayıb.

Biblioqrafiya” fəslində istifadəçilərə kitabxananın fonduna daxil olan və müstəqil Azərbaycanın həyatının mühüm sahələrini əhatə edən kitabların, qəzet və jurnal məqalələrinin, avtoreferatların biblioqrafiyası təqdim edilir.

Sonda verilən “Fotoqalereya” bölməsi müstəqil Azərbaycan Respublikasının keçdiyi tarixi yolu fotoların dili ilə özündə əks etdirir.

Azərbaycan, rusingilis dillərində tərtib edilərək http://republic.preslib.az ünvanında yerləşdirilən “Müstəqil Azərbaycan” elektron resursu vaxtaşırı olaraq yenilənir.

Yeni Azərbaycan.- 2016.- 29 dekabr.- S.7