Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib

 

Dekabrın 29-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda qurumun 2016-cı il üzrə illik hesabatı və 2017-ci ilin birinci yarısında nəzərdə tutulmuş tədbirlər müzakirə olunub.

Komitənin sədri Hicran Hüseynova yığıncağın mühüm tarixi dövrdə keçirildiyini, həm ölkəmizin müstəqilliyinin 25-ci ildönümünə, həm də qurumun yaranmasının 10 illiyinə təsadüf etdiyini deyib. H.Hüseynova bildirib ki, müasir demokratik Azərbaycan dövlətinin yaradıcısı Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və Onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, insanlar rahat yaşayır, quruculuq işləri aparılır. Müstəqilliyinin 25-ci ildönümünü yaşayan Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.

İlin vacib hadisələrindən danışan komitə sədri bildirib ki, aprel ayında qoşunların təmas xəttində düşmən tərəfindən atəşkəsin pozulması nəticəsində yaralanan, şəhid olan əsgərlərimizlə yanaşı, dinc əhali, xüsusilə qadın və uşaqlar maddi və mənəvi zərər görüblər. Onların ictimai-siyasi həyata inteqrasiya edilməsi, həyat şəraitinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən bütün qüvvələr səfərbər edilib. Lakin buna baxmayaraq, aprel döyüşləri müasir tariximizin şanlı səhifəsi kimi yaddaşlarda qaldı. Ölkə başçısının tapşırığı ilə komitənin əməkdaşları daim əsgərlərin, şəhid ailələrinin yanında olub, onlara mənəvi dəstək göstəriblər, Ağdamda, Tərtərdə, Goranboyda görüşlər keçiriblər.

H.Hüseynova qeyd edib ki, ölkəmiz müstəqilliyə çox mürəkkəb ictimai-siyasi və hərbi vəziyyətdə qovuşub. Belə bir çətinliyə baxmayaraq, dövlətimiz üçün qadın və uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Təsadüfi deyil ki, Azərbaycan ilk dəfəUşaq hüquqları və qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” beynəlxalq Konvensiyaya qoşulub. Keçən müddət ərzində ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində bir sıra mühüm qanunlar qəbul edilib və bu sahədə davamlı islahatlar aparılıb. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına vəəyyən stereotiplərin aradan qaldırılmasına təkan verib. Komitə tərəfindən ailə, qadın və uşaqların problemlərinin həlli istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamları ilə təsdiq edilmiş 7 Dövlət proqramı icra edilir. Diqqətə çatdırılıb ki, komitə Milli Məclis və onun müvafiq komitələri ilə sıx əməkdaşlıq edir. Parlamentdə yeni Ailə, qadın və uşaq məsələləri üzrə komitə yaradılıb və bu, dövlət siyasətinin daha da gücləndirilməsinə imkan verəcək.

Komitə sədri bildirib ki, ölkə başçısının sərəncamları ilə təsdiq edilən “Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası” və “2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri”ndən irəli gələrək ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi, uşaqların hüquqlarının müdafiəsi üçün müvafiq sənədlər hazırlanır. “Azərbaycan Ailəsi Strategiyası”nın hazırlanması artıq yekunlaşmaq üzrədir. “Uşaq Strategiyası” rəy üçün Nazirlər Kabinetinə təqdim olunub. “Uşaq Məcəlləsi” ilə bağlı ilkin hazırlıq prosesi aparılır.

Komitə tərəfindən “Məət zorakılığı üzrə” məlumat bankı yaradılıb. Məlumatlar toplanaraq təhlil olunur və problemlər araşdırılır. Aidiyyəti dövlət qurumları ilə birgə “Məət zorakılığının qarşısının alınması ilə bağlı” 2016-2018-ci illər üçün tədbirlər planı təsdiq olunub, işçi qrupunun yaradılması və öhdəliklərin yerinə yetirilməsi ilə bağlı ilk iclas keçirilib. Müvafiq dəstək və istiqamətləndirmə mexanizminin yaradılması məqsədi ilə Komitə BMT-nin Əhali Fondu və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” adlı layihəyə start verilib.

H.Hüseynova bildirib ki, ölkədə vahid dövlət uşaq siyasətini həyata keçirən komitə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Bu tədbirlər qaçqın və məcburi köçkün uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına və təhsilinin inkişafına, hüquqlarının müdafiəsinə yönəlib. Uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması da aktual məsələlərdəndir. “Biz istəyirik ki, onlar öz həmyaşıdlarının problemlərini ictimailəşdirsinlər, kömək etsinlər. Bu sahədə il ərzində müxtəlif təlimlər, treninqlər keçirmişik. Uşaq Forumlararası Əlaqələndirmə Şurası üçün yola saldığımız il çox əlamətdar olub. Növbəti il IV Uşaq Forumu keçiriləcək”, - deyə komitə sədri əlavə edib.

İclasda qurumun əməkdaşları komitənin 2016-cı il üzrə fəaliyyəti haqqında illik hesabatlarla çıxış ediblər. Komitənin carı il ərzində qanunvericiliyə dair hazırladığı sənəd və təkliflər barədə təqdimatla çıxış edən hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, uşaqlar övladlığa verildikdən sonra onlara nəzarətlə bağlı problemlər var. O qeyd edib ki, Ailə Məcəlləsinə əsasən, uşaqlar övladlığa verildikdən sonra həyat və şəraitinə nəzarəti yerli icra hakimiyyəti orqanları həyata keçirir, ancaq bu işdəəyyən boşluqlar var. Bununla bağlı xüsusi qaydalar olmalıdır. Bunun əsasında gələcəkdə həmin qaydalar hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunacaq.

Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, məət zorakılığı törədənlərin 92 faizi orta təhsillidir. O diqqətə çatdırıb ki, məət zorakılığını törədən şəxslərin 1,1 faizi ali, 3,8 faizi orta ixtisas, 3,2 faizi ilk peşə ixtisas, 91,9 faizi isə tam orta təhsillidir. Onun sözlərinə görə, ailə-məət zəminində törədilən cinayətlərə, zorakılıq hallarına gəldikdə isə cinayətlərin 95,7 faizi kişilərin, 4,3 faizi isə qadınların payına düşür.

Milli Məclis sədrinin müavini Bahar Muradova komitənin fəaliyyətini yüksək qiymətləndirərək ölkəmizdə ali qanunvericiliyin qadınlar üçün böyük imkanlar yaratdığını deyib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə qadın və uşaq hüquqlarının qorunması istiqamətində ciddi tədbirlər görülüb. Məət zorakılığının qarşısının alınması Azərbaycanın dövlət qadın siyasətinin tərkib hissəsidir. O bildirib ki, ölkəmizdə qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Son illərdə dövlət qadın siyasətinin gücləndirilməsi, eləcə də hüquqi bazanın yenidən təkmilləşdirilməsi istiqamətində qəbul olunan qanunlar bir daha göstərir ki, Azərbaycanda bu proses davamlı olub və heç bir mərhələdə dayanmayıb. Bahar Muradova Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx münasibətlər qurduğunu bildirib.

İclasda deputat Hadı Rəcəbli, Nazirlər Kabineti Aparatının elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqov və başqaları çıxış edərək qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə müxtəlif dövlət qurumlarının birgə layihələrinin effektiv nəticələr verdiyini diqqətə çatdırıblar.

Komitə sədrinin müavini Aynur Sofiyeva “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2017-ci ilin birinci yarısı üçün İş Planı” haqqında məlumat verib.

Sonda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova carı ilin uğurlarına görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən xüsusi plaketlə təltif olunub.

Yeni Azərbaycan.- 2016.- 30 dekabr.- S.5