Azərbaycanda 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq
Prezident İlham Əliyev: ... Biz bu il çox ciddi iqtisadi islahatlar aparmışıq və bu islahatlar artıq öz nəticələrini verməkdədir
Daha bir il tarixə dönmək üzrədir. İllərin qovuşuğunda, adətən, keçilmiş yola nəzər salınır, əldə olunan uğurlar, əlamətdar hadisələr xatırlanır, növbəti il
üçün vəzifələr müəyyənləşdirilir. Bəs dünya üçün heç də adi keçməyən, qlobal miqyasda bir sıra
kataklizmlərlə, çətinliklərlə, ayrı-ayrı bölgələrdə qarşıdurmalarla yadda qalan
2016-cı il Azərbaycan üçün nə ilə əlamətdar olmuşdur?
İlk növbədə onu qeyd edə bilərik ki, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında son bir ildə respublikamızda postneft
dövrü üçün səciyyəvi olan və müasir
çağırışlarla səsləşən yeni iqtisadi modelin fundamental əsasları yaradılıb, bu
məqsədlə institusional, idarəetmə sahələri də daxil olmaqla bütün
istiqamətlərdə inkişaf üçün münbit zəmin yaradan tədbirlər
reallaşdırılıb, siyasi və iqtisadi məzmunlu vacib qərarlar qəbul edilib. Təsadüfi deyil ki, Prezident
İlham Əliyev bütövlükdə 2016-cı ili
ölkəmiz üçün islahatlar ili kimi səciyyələndirib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin
birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində Azərbaycanın mənzərəsinə diqqət çəkərək vurğulayıb ki,
2016-cı il dərin iqtisadi islahatlar ili kimi
tarixdə qalacaq.
Hədəf neftdən asılılığı
tamam aradan qaldırmaqdır
Son 13 ildə Azərbaycanın potensialının artması fonunda ölkəmizin qlobal iqtisadiyyata
inteqrasiyası da dərinləşib.
Elə
bu amil də dünya
miqyasında baş verən
arzuolunmaz proseslərin
Azərbaycana da
müəyyən dərəcədə mənfi təsirini
şərtləndirir. Ancaq qeyd etdiyimiz kimi, respublikamız yaranmış
şəraitdə də inkişafa istiqamətlənib. Prezident
İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı
çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ
də davam edirmi?”
mövzusunda keçirilən
panel-müzakirədə
vurğuladığı kimi, dayanıqlı inkişaf bizim məqsədimiz və
hədəfimizdir. Azərbaycanın
qarşıya qoyduğu hədəf isə yaxın perspektivdə neft amilindən
asılılığı tamam aradan qaldırmaqdan ibarətdir. Bu məqsədə çatmaq üçün
inkişaf strategiyasının konkret istiqamətləri
də müəyyənləşdirilib.
Prezident İlham Əliyev dünya birjalarında neftin qiymətinin aşağı
düşməsini ölkəmizdə qeyri-neft iqtisadiyyatının ayrı-ayrı sahələrinə sərmayələr yönəltmək baxımından fürsət kimi dəyərləndirərək deyib: “İndi isə biz özəlləşdirmə, iqtisadiyyatımızın
şaxələndirilməsi və biznes mühitinin yaxşılaşdırılması
da daxil olmaqla, neft və qazdan asılılığı azaltmaq
üçün irimiqyaslı islahatlar həyata keçiririk. Yeri gəlmişkən, neftin qiymətinin kəskin şəkildə - dörd dəfə ucuzlaşması bizim
üçün daha çox texnologiyaya, qeyri-neft
iqtisadiyyatına, kənd
təsərrüfatına,
informasiya-kommunikasiya texnologiyalarına sərmayə
yatırmaq baxımından fürsət
idi”.
Yeni şəraitdə innovasiyalara əsaslanan qeyri-neft sənayesi ilə paralel şəkildə geniş potensiala və güclü ənənələrə malik aqrar sektorun inkişafı da prioritet istiqamət kimi müəyyənləşdirilib. Cari ilin əvvəlindən
başlayaraq respublikanın müxtəlif
bölgələrində kənd təsərrüfatında yeni
ixrac imkanlarının yaradılması, o cümlədən də
baramaçılığın,
pambıqçılığın,
tütünçülüyün,
fındıqçılığın, meyvəçiliyin inkişafı istiqamətində zəruri tədbirlər görülüb,
fermerlərə dövlət dəstəyi daha da gücləndirilib. Ümumiyyətlə, Prezident İlham Əliyevin
qarşıya qoyduğu hədəf perspektivli sahələrin inkişafı hesabına
yaxın perspektivdə
neft amilindən
asılılığı tamam aradan qaldırmaqdan ibarətdir. Dövlət başçısı əminliyini ifadə edərək bildirib ki, biz növbəti illərdə bütün
planlarımızı uğurla həyata keçirə bilsək, ölkənin neftdən
asılılığını tamamilə aradan götürmək mümkün olacaq:
“Növbəti illərdə bütün planlarımızı uğurla həyata keçirə bilsək, qəti əminəm ki, Azərbaycan neftdən asılılığı
tamamilə aradan götürəcək”.
Biznes
mühitinin yaxşılaşdırılması istiqamətində atılan ciddi addımlar
özəl bölmənin inkişafına yeni impuls verib
2016-cı ildə respublikamızda sahibkarlıq subyektlərinin istehsal
imkanlarının artırılması məqsədilə həyata keçirilən genişməzmunlu islahatlar özəl sektorun investisiya cəlbediciliyinin artmasına,
sahibkarların yeni ideyalarını həyata keçirmələrinə və onların maddi
imkanlarını daha da artırmalarına əlverişli iqtisadi mühit
formalaşdırır. Ölkədə yaranmış yeni
şəraitdə biznes mühitinin
yaxşılaşdırılmasını təmin etmək
məqsədilə vergi
bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi
yükünün azaldılması, gömrük rəsmiləşdirilməsinin və bütün
idxal-ixrac əməliyyatlarının
tam şəffaf
aparılması xüsusi aktuallıq kəsb
edir. Bundan başqa, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında sahibkarlıq
subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb,
lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya”
portalının yaradılmasına başlanılıb.
Məmnunluqla vurğulamaq yerinə düşər ki, cari ilin əvvəlindən bəri aparılan islahatlar ölkədə sahibkarlığın
inkişafına yeni impuls verib. Çoxminli sahibkarlar
ordusu dövlətin
göstərdiyi hərtərəfli
qayğıdan ruhlanaraq yeni şəraitdə ölkədə iqtisadi fəallığın
artmasına öz töhfələrini vermək əzmi nümayiş etdirirlər. Sahibkarlar dövlət
başçısından gələn təşəbbüsləri dəstəkləyərək yeni istehsal müəssisələrinin yaradılmasına fəal şəkildə investisiyalar yönəldirlər. Prezident
İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş
iclasındakı nitqində sahibkarların ölkədə gedən proseslərə fəal şəkildə qoşulmalarını
xüsusi diqqətə çatdıraraq vurğulayıb: “Azərbaycanda biznes mühitinin
yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi
addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu
işlərə artıq
böyük ruh yüksəkliyi
ilə
qoşulurlar”.
Aparılan
islahatlar ölkədə maliyyə inklüzivliyinin artmasını təmin edəcək
Ölkədə aparılan islahatlar kontekstində bank-maliyyə sektorunun yeni inkişaf
strategiyası müxtəlif istiqamətləri əhatə edən çoxsaylı tədbirlərin geniş spektrini özündə cəmləşdirir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin
birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində Azərbaycanda bütün
iqtisadi-maliyyə sektorunun aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq inkişaf etdirilməsinin zəruriliyinə diqqət çəkərək vurğulayıb: “Azərbaycanda bütün
iqtisadi-maliyyə sektoru aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında inkişaf etməlidir. İlk
növbədə, idarəetmə mexanizmləri təkmilləşdirilməlidir, şəffaflıq tam şəkildə təmin edilməlidir”.
Yeni şəraitdə ölkədə maliyyə xidmətlərinin inkişafının təmin edilməsi və bu sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi baxımından Prezident
İlham Əliyevin 3 fevral 2016-cı il tarixli müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmasının
mühüm əhəmiyyəti var. Yaranmış vəziyyətdə meydana çıxan
çağırışlardan biri isə bank sektorunun
sağlamlaşdırılması ilə bağlıdır. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, 2015-ci ilin sonuna qədər ölkədə 43 bank, 27 sığorta təşkilatı, 48 bank olmayan
kredit təşkilatı, 109 kredit ittifaqı və 5 investisiya şirkəti fəaliyyət göstərib. Ekspertlərin qənaəti budur ki, Azərbaycan miqyaslı ölkə üçün bu
qədər bankın olması
məqbul deyil.
Digər
tərəfdən, bir sıra banklar ciddi likvidlik
problemi yaşayırlar. Bu kimi reallıqlar
nəzərə alınaraq 2016-cı ildə respublikamızda
bankların konsolidasiyası həyata
keçirilib.
Yeni şəraitdə ölkənin bank-maliyyə sisteminin fəaliyyətinin daha səmərəli qurulmasını, eyni
zamanda, vətəndaşların sosial müdafiəsini hədəfləyən qərarlardan söhbət açarkən Prezident İlham Əliyevin “Əmanətlərin tam
sığortalanması haqqında” qanunun tətbiqi barədə imzaladığı
müvafiq Sərəncamın önəmini xüsusi qeyd etmək lazımdır. Sənədə əsasən, ölkə ərazisində fəaliyyət göstərən banklarda vəsait yerləşdirən təxminən 6 milyon əmanətçinin depozitlərinin qarşıdakı 3 il müddətində tam sığortalanması nəzərdə tutulub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin
birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində əmanətlərin tam şəkildə sığortalanmasının
həm sosial,
həm də iqtisadi əhəmiyyətinə diqqət çəkərək bildirib: “Əmanətlərin tam
sığortalanması haqqında qərar qəbul edilmişdir. Bu həm
sosial xarakter daşıyır, həm
də, əlbəttə
ki, bank sektoruna əhali
tərəfindən inamı
artırır. İndi bütün əmanətlər sığortalanıb”.
Təşviq mexanizminin işə salınması, “Made in
Azerbaijan” brendinin yaradılması ixrac imkanlarının
artırılması baxımından böyük önəm daşıyır
Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında
imzaladığı Fərmanda yerli məhsulların ixracı ilə bağlı bir sıra mühüm
məsələlərin geniş spektri öz əksini tapıb.
Aparılan islahatlar, stimullaşdırıcı təşviq mexanizminin işə salınması
respublikanın ixrac potensialının artırılmasına
müsbət təsir göstərəcək.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş
iclasındakı nitqində həyata keçirilən islahatların böyük səmərə verəcəyinə əminliyini ifadə edərək bildirib ki, gələn il həm idxalın azalması, həm ixracın
artırılması istiqamətində çox yaxşı nəticələr olacaq: “... Biz bu il çox ciddi iqtisadi islahatlar
aparmışıq və bu islahatlar artıq öz nəticələrini verməkdədir. İdarəetmə istiqamətində, digər sahələrdə,
ixracı stimullaşdırmaq, idxaldan
asılılığı azaltmaq üçün bir
çox önəmli
qərar və sərəncamlar
qəbul edildi,
imzalandı. Beləliklə, əminəm
ki, gələn il həm idxalın
azalması, həm
ixracın artırılması istiqamətində çox
yaxşı nəticələr olacaq”.
Ölkəmizin yeni satış bazarlarına çıxması
imkanlarının artırılması məqsədilə görülən tədbirlər sırasında “Made in
Azerbaijan” brendinin yaradılmasına göstərilən davamlı səyləri xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi:
“... Biz artıq “Made in Azerbaijan” brendini yaradırıq. İndi
xüsusi işlər
gedir, vəsait
ayrılıb. Bizim heyətlər
bütün ölkələrə getməlidirlər, gəzməlidirlər,
təqdimatlar
keçirməlidirlər”.
Bir qədər bundan əvvəl Prezident İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların
araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin
xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında müvafiq Fərman imzalayıb. Dövlət
başçısının imzaladığı yeni Fərman ölkəmizdə ixracın təşviqi ilə bağlı
növbəti, daha məhsuldar və konkret hədəflərə hesablanan mərhələnin
başlandığını deməyə əsas verir.
Azərbaycan özünün dərinməzmunlu sosial siyasətinə çətin keçən 2016-cı ildə də sadiq qalıb
Müəyyən çətinliklər yaşanan 2016-cı ildə Azərbaycanda nəinki hər hansı bir sosial proqram
ixtisara salınmayıb, əksinə, respublikamızda bu sahədə yeni təşəbbüslər irəli sürülüb. Prezident İlham Əliyev 2015-ci ilin son
ongünlüyündə baş verən milli valyutanın devalvasiyasından sonra əhalinin aztəminatlı təbəqəsinin alıcılıq
qabiliyyətinin artırılması, milli valyutanın
devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının,
pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə 25-dən çox Fərman və Sərəncam imzalayıb. Dövlət
başçısının müvafiq Fərman və sərəncamları əsasında sosial ödənişlərin, əmək haqlarının,
pensiyaların artımı 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib.
Bir
sözlə, başa çatan il ərzində də ölkəmizdə sosial layihələr icra edilib.
Strateji
yol xəritələri milli iqtisadiyyatımızın və onun əsas sektorlarının
yaxın, orta və uzunmüddətli dövrdə inkişaf hədəflərini əhatə edir
Yeni iqtisadi modelin dəstəklənməsi baxımından Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Milli
iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” müvafiq Fərmanı böyük
aktuallıq daşıyır. Fərmanla nəzərdə tutulan tədbirlər ölkədə investisiya və
rəqabət mühitini daha da
yaxşılaşdırmaqla iqtisadi aktivliyin artmasına
müsbət təsir göstərəcək.
Müəyyənləşdirilən
yeni hədəflər Azərbaycanın
yaxın, orta və
uzunmüddətli
perspektivdə
inamlı inkişafını təmin
edəcək. Fərmanda qeyd edildiyi kimi,
dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara
uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli
bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi
bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi
inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda
duran əsas prioritet vəzifələrdəndir. Milli iqtisadiyyat və onun 11 sektoru üzrə strateji yol xəritələri müəyyənləşdirilərkən indiki dövrdə meydana
çıxan yeni çağırışlar və qarşıda duran
prioritet vəzifələr nəzərə alınıb.
Strateji yol xəritələri ölkənin iqtisadi sektorunda həyata keçirilən islahatların
ardıcıllığı nəzərə alınmaqla hazırlanıb. Sənəd 2016-2020-ci illər üçün iqtisadi
inkişaf strategiyasını və
tədbirlər planını,
2025-ci ilədək olan dövr
üçün uzunmüddətli
baxışı və
2025-ci ildən
sonrakı dövrə
hədəf baxışı
özündə
ehtiva edir.
Siyasi-hüquqi
islahatlar sabitlik, təhlükəsizlik və tərəqqiyə strateji töhfələr verir
Cari ildə demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində həyata keçirilən siyasi və hüquqi islahatlar da müstəsna əhəmiyyət kəsb edir. Ölkəmizdə müxtəlif sahələrdə
əldə edilən uğurların əsasında Prezident
İlham Əliyevin söylədiyi
kimi, iqtisadi və
siyasi islahatların paralel aparılması dayanır.
Dövlətimizin başçısı bildirib ki, möhkəm iqtisadi əsaslar olmasa, müstəqilliyimiz tam ola
bilməz: “Buna
görə də siyasi islahatlarla iqtisadi islahatlar paralel həyata keçirilir”.
Azərbaycanda həyata keçirilən siyasi və hüquqi xarakterli islahatlar, əsas etibarilə, siyasi sistemin təkmilləşməsinə, idarəetmənin effektivliyinin
artırılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının
müdafiəsinə və digər strateji məqsədlərə xidmət edir.
2016-cı il ərzində həyata keçirilən institusional islahatlar -
siyasi-hüquqi reformalar isə sabitlik, təhlükəsizlik və inkişaf kontekstində Azərbaycanın tərəqqi strategiyasının tərkib hissəsi kimi xarakterizə olunur. Konstitusiya
islahatları da məhz
bu sırada yer alır. Başqa sözlə, sentyabrın 26-da
ölkəmizdə keçirilən ümumxalq səsverməsinə
çıxarılan və
vətəndaşlar tərəfindən
birmənalı
şəkildə qəbul edilən
məsələlər
islahatlar kursunun siyasi-hüquqi müstəvidə də qətiyyətlə davam etdirildiyini göstərdi. Təsadüfi
deyil ki, siyasi-hüquqi və
institusional məsələlər
kontekstində vətəndaşların hüquq və
azadlıqlarının etibarlı qorunmasının, dövlət qurumlarının
məsuliyyətinin
artırılmasının, idarəetmə mexanizminin daha da təkmilləşdirilməsinin və digər məsələlərin referenduma
çıxarılması dövlətin
siyasi islahatları davam etdirmək
əzmində və niyyətində olmasının ifadəsidir.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2016.- 31 dekabr.- S.1.