YAP Gənclər Birliyi ötən il ərzində səmərəli fəaliyyət göstərib

 

YAP Gənclər Birliyinin 2015-ci il ərzində fəaliyyətinin yekunlarına və 2 fevral - Gənclər Gününə həsr olunmuş təntənəli mərasim keçirilib

Yanvarın 30-da “Kempinski” otelində Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin 2015-ci il ərzində fəaliyyətinin yekunlarına və 2 fevral - Gənclər Gününə həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” video çarxı nümayiş olunub. Daha sonra isə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin 2015-ci il ərzində fəaliyyətinə həsr edilmiş video çarx tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov YAP Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, bu qurum ötən 20 il ərzində fəallığı ilə seçilib. Z.Əsgərovun sözlərinə görə, partiyanın gənc üzvləri ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Birinci vitse-spiker Prezident İlham Əliyevin gənclərlə görüşünün əhəmiyyətini vurğulayıb, dövlətimizin başçısının qarşıda duran vəzifələrdən danışdığını, bu gün dünyada baş verən hadisələri ətraflı təhlil etdiyini söyləyib. Qeyd edib ki, bu gün ölkəmizə qarşı bizi istəməyən qüvvələr tərəfindən təzyiqlər edilir, ikili standartlar tətbiq olunur. Azərbaycan xalqı, ümumilikdə ölkə gəncliyi daha çevik olmalı və bizə qarşı yönələn məkrli əməllərə vaxtında cavab verə bilməlidir. “Beynəlxalq hüquq böyük dövlətlər üçün məşğuliyyət, kiçik dövlətlər üçün məhdudiyyətdir. Bunu hər kəs bilməlidir və hər bir Azərbaycan gənci işlədiyi sahədə bilikli olmalıdır. Ölkəmizə qarşı aparılan ikili standartlar bizim ümidimizi azaltmamalıdır. Bu gün Azərbaycan güclü, inkişaf etmiş ölkədir. Azərbaycanın güclü iqtisadiyyatı, ordusumüdrik siyasi rəhbərliyi var. Ölkə rəhbərliyinin möhkəm iradəsi var” - deyə, Z.Əsgərov vurğulayıb.

Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova isə bildirib ki, YAP Gənclər Birliyi hər birimiz üçün doğmadır. Özününbu partiyanın sıralarına böyük ümidlərlə daxil olduğunu deyən B.Muradova qeyd edib ki, biz Azərbaycanın güclüsuveren dövlət olmasına inanaraq bu partiyaya qoşulmuşuqyola çıxmışıq: “Yolumuzu Ulu öndər Heydər Əliyevin parlaq ideyaları işıqlandırıb. Bu ideyalar bizi Azərbaycan naminə fədakarlığa və qəhrəmanlığa ruhlandırıb və bu gün də ruhlandırır”.

Ötən illər ərzində Azərbaycanın sürətli inkişaf yolu keçdiyini bildirən Milli Məclis sədrinin müavini deyib ki, YAP bu inkişaf prosesinin önündə gedən, ictimai, iqtisadi tərəqqinin, dövlətimizin möhkəmləndirilməsinin, dövlət quruculuğunun müasir standartlara uyğunlaşdırılmasının hərəkətverici qüvvəsi kimi çıxış edib. Bu prosesdə iştirak Azərbaycanın vətəndaşları üçün əsl siyasi məktəb olub.

YAP Gənclər Birliyinin rəngarəng, çoxistiqamətli və çoxşaxəli fəaliyyət göstərdiyini vurğulayan B.Muradova bildirib ki, bu qurum Azərbaycan gənclərini ictimai-siyasi fəaliyyətə hazırlayan təşkilatdır: “Bu təşkilatın sıralarında yetişən, mətinləşən, Azərbaycan uğrunda fədakarlığa hazır olan gənclərimiz məhz YAP Gənclər Birliyində formalaşır, əsl siyasi məktəb keçirlər. Bu gün gənclər müxtəlif dövlət və hökumət qurumlarında, o cümlədən Milli Məclisdə təmsil olunur, YAP-ın və dövlətimizin qarşısında duran vəzifələrin yerinə yetirilməsində yüksək fəallıq göstərirlər. Hər bir dövlətin qarşısında duran vəzifələrdən biri də ölkənin inkişafını, qüdrətinin artmasını təmin etməklə yanaşı, gənc nəslin sağlam ruhda yetişməsinə, dövlət quruculuğu işinə, ictimai-siyasi həyata cəlb olunmasına imkan yaratmaqdır. Bu baxımdan bu gün Azərbaycanda gənclər üçün hər cür şərait yaradılıb. Azərbaycan gəncləri sabaha böyük ümidlərlə baxırlar və onların fəaliyyətini istiqamətləndirən Yeni Azərbaycan Partiyasının sıralarında vahid amal ətrafında sıx birləşiblər”.

Tədbirdə həmçinin YAP Gənclər Birliyinin fəal üzvləri Arzu Həsənzadə və Elman Aslanov çıxış edərək bu gün ölkəmizdə uğurla davam etdirilən gənclər siyasətindən, dövlətin gəncliyin inkişafına qayğısından bəhs ediblər.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov tədbirdə çıxış edərək YAP Gənclər Birliyinin üzvlərini, eləcə də bütün ölkə gəncliyini Gənclər Günü münasibətilə təbrik edib. Əli Əhmədov qeyd edib ki, gənclər ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edironlar öz fədakar fəaliyyətləri ilə Azərbaycanın inkişafına öz töhfələrini verirlər. Bugünkü gənclik Azərbaycanın parlaq gələcəyinin olduğunu təsdiqləyir” - deyən Əli Əhmədovun sözlərinə görə, bu gün dövlət tərəfindən gənclərin inkişafına hər cür şərait yaradılıb. Gənclər isə bu şəraitdən istifadə edərək yüksək bilik və bacarıq əldə etməklə gələcəkdə dövlətimizin inkişafı üçün daha böyük uğurlar qazana biləcəklər.

Əli Əhmədov bildirib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunan 2 fevral - Gənclər Günü ölkəmizdə gənclik hərəkatının inkişafına mühüm töhfə verib: Bu gün gənclərimiz ölkəmizin həyatında fəal iştirak edir, qazandıqları uğurlarla təkcə valideynlərini, yaxınlarını deyil, eyni zamanda, üzvü olduqları qurumları, o cümlədən Yeni Azərbaycan Partiyasını, bütün cəmiyyətimizi və dövlətimizi sevindirirlər. Gənclərimizin inkişafı, nailiyyətləri və əldə etdikləri uğurlar bizim hər birimiz üçün qürur mənbəyinə çevrilir. Bugünkü gənclik Azərbaycanın gələcəyinin bariz ifadəsi və təsdiqi sayıla bilər. Bu gün dövlət tərəfindən gənclərin inkişafı üçün hər cür şərait yaradılıb. Gənclər bu imkandan yararlanaraq yüksək bilik və bacarıq əldə etməklə gələcəkdə dövlətimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdə fəal iştirak edəcəklər”.

O vurğulayıb ki, YAP Gənclər Birliyi ölkəmizin gənclik hərəkatının ön sıralarında gedən mühüm qüvvədir. Ölkəmizin fəal gənclərinin böyük hissəsinin YAP Gənclər Birliyinin sıralarında birləşdiyini qeyd edən YAP-ın Sədr müavini qurumun 2015-ci il ərzindəki fəaliyyətini yüksək qiymətləndirib. 2015-ci ilin noyabrında ölkəmizdə parlament seçkilərinin keçirildiyini xatırladan Əli Əhmədov gənclərin YAP-ın seçki kampaniyasında çox fəal iştirak etdiyini deyib. Onun sözlərinə görə, partiyanın bu seçkilərdə böyük uğur qazanmasında YAP gənclərinin fədakarlığının da mühüm rolu olub. Bu siyasi prosesdə iştirak etməklə gənclərin təcrübə qazandıqlarını deyən YAP Sədrinin müavini gələcək seçkilərdə onların potensialından istifadə oluncağını diqqətə çatdırıb. Onun fikrincə, ötən il ərzində YAP Gənclər Birliyinin aktual mövzularla əlaqədar çoxsaylı layihələr həyata keçiriməsi də təşkilatın səmərəli fəaliyyətinin göstəricidir.

Ümummilli lider Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının 667 min nəfər üzvu var ki, onların 40 faizi gənclərdir. Bu, təxminən 260 minə qədər gənc deməkdir. Əlbəttə ki, bu, böyük güc deməkdir. Hesab edirəm ki, Azərbaycan tarixində YAP Gənclər Birliyi qədər böyük bir siyasi gənclər təşkilatı olmayıb. Burada çox fədakar, Vətənini, dövlətini sevən, Heydər Əliyev ideyalarına sadiq olan, Prezident İlham Əliyevin siyasətini dəstəkləyən gənclər birləşib. Biz YAP Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndiririk. Partiyamız gənclərə hər zaman dəstək verirbunu davam etdirəcək”, - deyə YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin gənclər siyasəti Azərbaycanın mövcud imkanlarından istifadə edərək gənclərimizin daha yüksək formalaşmasına, bu günün və gələcəyin layiqli vətəndaşı kimi yetişməsinə səfərbər edilməsindən ibarət olub. YAP Sədrinin müavini məmnunluq hissi ilə deyib ki, Gənclər Gününün təsis olunmasından bu günə qədər keçən illər ərzində Azərbaycanda müasir gəncliyin inkişafı üçün böyük işlər görülüb. “Təbii ki, bu işlərin əsasını Heydər Əliyev ideyaları təşkil edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin də əsasında dayanan bu ideyalar gənclər üçün daha geniş imkanların yaradılmasından ibarətdir. Azərbaycanın inkişafı və artan imkanları gənclərlə bağlı siyasətimizin daha əhatəli şəkildə həyata keçirilməsi üçün əlavə imkanlar yaradır. Bu gün ölkəmizdə layiqli gənclik formalaşıb. Azərbaycan gəncliyi yüksək biliklərə yiyələnməklə, müasir dünyagörüşünə sahib olmaqla, eyni zamanda, azərbaycançılıq ideyalarına yiyələnməklə ölkəmizin layiqli vətəndaşları kimi yetişirlər. Biz Azərbaycanın gələcəyini bu gün formalaşan, gələcəyə ümidlə baxanözünü gələcəyə hazırlayan gənclərdə görürük. Təbii ki, hər bir xalqın gələcəyi gənclərlə bağlıdır. Bu mənada biz də Azərbaycanın gələcəyini Ümummilli lider Heydər Əliyev tövsiyələrinə istinad edərək bugünkü ölkə gəncləri ilə bağlayırıq. Həqiqətən, bütün parametrləri ilə Azərbaycanın gələcəyinin layiqli təmsilçiləri olmağa qadir olan gənclik formalaşıb” - deyən Əli Əhmədovun sözlərinə görə, bu gənclərin əhəmiyyətli bir hissəsi YAP-ın Gənclər Birliyində toplaşıblar.

Baş nazirin müavini qeyd edib ki, Prezidentimizin gənclərlə bağlı siyasətinin mərkəzində dayanan əsas ideya gəncləri layiqli vətəndaş, vətənpərvər insanlar kimi yetişdirməkdən ibarətdir. Onun fikrincə, layiqli vətəndaş, vətənpərvər insan, sadəcə olaraq, sözdə Azərbaycanı sevən gənclər olmamalı, eyni zamanda, Azərbaycanın inkişafı üçün özünün potensialını ortaya qoymağı bacaran insan olmalıdır: “Prezident İlham Əliyev ölkə gəncliyinin bu parametrlər üzrə formalaşıb inkişaf etməsi üçün bütün imkanlardan səmərəli şəkildə istifadə edir. Təhsil infrastrukturunun yaxşılaşdırılmasından tutmuş, təhsilin keyfiyyətinin yüksəldilməsinə qədər həyata keçirilən bütün işlər, islahatlar məhz bu məqsədin reallaşmasına xidmət edir. Eyni zamanda, gənclərimizin ölkəmizdən kənarda, müasir dünya səviyyəsində olan universitetlərdə təhsil almaları üçün geniş Dövlət Proqramının həyata keçirilməsi də bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşmaqdadır. Bu gün çoxlu sayda gənclərimiz yüksək reytinqli dünya universitetlərində təhsil alırlar. Onlar dünyanın inkişaf meyillərini, yüksək biliklərini Azərbaycana gətirirlər və bu biliklər əsasında ölkəmizin inkişafına əlavə təkanlar verəcək böyük qüvvədirlər. Həmin gənclərin böyük əksəriyyəti vətənə qayıdaraq ölkəmizin gələcəkdə daha yüksək inkişaf etməsinə təkan verəcəklər. Eyni zamanda, onlar xaricdə ölkəmizi layiqincə təmsil edirlər”.

Gənclərin bu gün dövlət işlərinə də geniş şəkildə cəlb olunduğunu deyən Əli Əhmədov bildirib ki, dövlət idarəçiliyində çox məsul vəzifələrə irəli çəkilmiş gənclər var. O, belə gənclər arasında YAP üzvlərinin də olmasını sevindirici hal kimi dəyərləndirib. İcra katibinin fikrincə, bu ondan xəbər verir ki, gələcək Azərbaycanın formalaşmasında YAP gəncləri də yaxından iştirak edirlər:Biz Azərbaycanın gələcəyinə baxarkən bu gün əldə etdiyimiz səviyyədən gələcəkdə daha yüksək səviyyədə dayanmağa layiq olan Azərbaycanın formalaşmasını arzu edirik. Bu arzu bu gün gəncliyimizin istək və arzuları ilə tamamilə uyğun gəlir. Bu uyğunluq Azərbaycanın bundan sonra da sürətli inkişafının çox fundamental əsaslarından birini təşkil edir. YAP elə bir siyasi təşkilatdır ki, gənclər burada gələcək Azərbaycanın formalaşmasında yaxından iştirak edirlər. Gənclərimiz həmişə milli dəyərlərimizə, adət-ənənələrimizə sədaqəti ilə seçilirlər. Əgər dünya dəyişirsə, dəyərlər dəyişirsə, təbii ki, Azərbaycanın dəyərləri də müsbət mənada inkişaf edir. Həm milli, həm dünyəvi, həm də inkişaf edən dəyərləri mənimsəyən ən əhəmiyyətli sosial qrup gənclikdir. Amma milli dəyərlərimiz heç zaman unudulmamalıdır, azərbaycançılıq ideyaları öndə olmalıdır. Azərbaycanda gənclərin vətən uğrunda fədakarlıq göstərməsi üçün hər cür şərait yaradılıb və inanırıq ki, gənclər ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün hər şeyə hazırdır”.

Gəncliyin üzərinə bundan sonra da böyük vəzifələrin düşdüyünü deyən Əli Əhmədov onların dövlətimizin gələcək inkişafında iştirakı ilə bağlı tövsiyələr verib. Qeyd edib ki, gənclər yüksək biliklərə sahib olmalı, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər, dövlətçiliyimizi qorumalıdırlar. Eyni zamanda, müasir gənclik Azərbaycanı dünya miqyasında daim layiqincə təmsil etməlidir. Çünki Azərbaycanın gələcəyi məhz gənclərin əlində olacaq. Həmçinin gənclər daim milli-mənəvi dəyərlərimizə də sadiqliyini nümayiş etdirməlidir. “Həqiqətən, YAP-ın sıralarında təkcə say etibarilə çoxlu gənclər birləşməyib, eyni zamanda, kifayət qədər yüksək intellekt sahibi olan, vətənpərvərliyi ilə seçilən, yüksək biliklər mənimsəmiş gənclər cəmləşib ki, bugünkü və daha çox gələcək Azərbaycan haqqında daha aydın təsəvvürlərimizin formalaşmasına təkan verir. YAP-ın gəncləri Azərbaycanın ictimai-siyasi həyatında yüksək fəallıq nümayiş etdirirlər. YAP-ın gəncləri sözün həqiqi mənasında özündə böyük siyasi gücü, mənəvi gücü, gənclik enerjisini birləşdirir və bu gün Azərbaycanın gələcəyinə inamla baxmaq üçün çox etibarlı əsaslar yaradır. Qeyd etmək istəyirəm ki, Azərbaycan gəncləri onlara gənclik gününü bəxş etmiş Ulu öndər Heydər Əliyevin ideyalarını heç zaman unutmurlar, əksinə fəaliyyətlərində bütünlüklə bu ideyalara istinad edirlər. Çünki bu ideyalar onların formalaşmasında bilavasitə başlıca rol oynayıb”, - deyə YAP Sədrinin müavini vurğulayıb.

Artıq Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən Əli Əhmədov bildirib ki, YAP üzvləri, o cümlədən gənclər bu inkişaf prosesində yaxından iştirak etməlidirlər. Gənclərə öz fəaliyyətlərində uğurlar arzulayan Əli Əhmədov deyib ki, partiyada təmsil olunan gənclər həmişə düzgün mövqedən çıxış edərək milli maraqların qorunmasına xidmət ediblər.

Daha sonra YAP Gənclər Birliyinin yaradılmasında xidməti olan və partiyanın işində fəallığı ilə seçilən bir qrup şəxs, o cümlədən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev mükafatlandırılıblar. Həmçinin bir sıra gənclər müxtəlif nominasiyalar üzrə təltif olunublar.

Eləcə də, YAP sıralarına yeni qoşulmuş gənc sənət adamlarına üzvlük vəsiqələri təqdim olunub.

Tədbir tanınmış sənət adamlarının konsert proqramı ilə davam edib.

YAP İcra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvlərindən Abel Məhərrəmov və Eldar İbrahimov, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyev, AMEA-nın I vitse-prezidenti İsa Həbibbəyli və digər qonaqlar mərasimdə iştirak ediblər.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2016.- 2 fevral.- S6