Beynəlxalq Multikulturalizm qış
məktəbi başlayır
Fevralın 8-də Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi
(BBMM), Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondu və
Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır,
paylaş-2016” adlı Beynəlxalq
Multikulturalizm qış
məktəbi layihəsinə
start verilir.
Mərkəzin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
2015-ci ilin yaz və payız semestrlərində “Azərbaycan
multikulturalizmi” və
“Multikulturalizmə giriş”
fənlərinin tədris
olunduğu xarici və yerli universitetlərdə
təhsil alan tələbələrin, nüfuzlu
elm adamlarının qatılacaqları
Beynəlxalq Multikulturalizm
qış məktəbi
fevralın 8-15-də Bakıda,
Qubada, Xaçmazda və Qusarda fəaliyyət göstərəcək.
BBMM-in layihələr şöbəsinin
müdiri Hikmət Babayev qış məktəbi ilə bağlı ətraflı
məlumat verərək
layihənin ideoloji əhəmiyyətini vurğulayıb:
“Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm
ili” elan edilib. Bu, Dövlət müşaviri, akademik Kamal Abdullayevin çıxışlarında qeyd
etdiyi kimi, həm də mərhəmət, şəfqət
və xoşməramlılıq
ili sayıla bilər və əslində, bütün
dünyaya Azərbaycan
tərəfindən göndərilən
bir mesajdır. Prezident İlham Əliyevin “Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır
və yaşayacaq” fikrini özünə deviz seçən qış məktəbi ötən ilin yayında keçirilən
beynəlxalq yay məktəbinin müsbət
nəticələrinə və
nailiyyətlərinə əsaslanaraq
təşkil edilir.
Artıq
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
yay və qış məktəbləri
ənənəyə çevrilməkdədir.
Qış məktəbinin təşkilində
əsas məqsəd Azərbaycana marağı
sevgiyə çevirmək
və bu sevgini ömür boyu ürəklərdə
yaşatmaqdır. Xarici
ölkə universitetlərindəki
tələbələrin, mütəxəssislərin
“Azərbaycan multikulturalizmi”
fənni ilə tanış olduqdan sonra Azərbaycana gəlmələri, fənn
vasitəsilə öyrəndiklərini
əyani şəkildə
öz gözləri ilə görmələri,
həmyaşıdları ilə
ünsiyyət qurmaları,
bu ünsiyyəti sonralar davam etdirmələri çox vacibdir. Qış məktəbinin təşkili
Azərbaycan multikulturalizminin
təbliğində mühüm
vasitədir və gələcəkdə xarici
tələbələr elmi
fəaliyyətlərində Azərbaycan təcrübəsinə
istinad edə biləcəklər. Ümumiyyətlə, ölkəmizdə olan, gələcəkdə öz
elmi və digər istiqamətlərdəki
fəaliyyətini Azərbaycanla
bağlayan hər bir xarici tələbə
öz ölkəsində
Vətənimizin təmsilçisidir.
Onların sevgisini qazanmağımız Azərbaycanı
sevən və onu hər an
müdafiəyə hazır
olan əcnəbi dostlarımızın dairəsini
genişləndirmək deməkdir”.
Şöbə müdirinin bildirdiyinə
görə, bu il Rusiya, İsveçrə,
Ukrayna, Türkiyə,
İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan,
Litva, İndoneziya, Yaponiya və Almaniyanın ali təhsil ocaqlarından
35–dən çox, eləcə
də Azərbaycanın
yerli universitetlərindən
12 nəfər olmaqla,
bütövlükdə 50–dən artıq tələbə Beynəlxalq Multikulturalizm qış məktəbində
iştirak edəcək.
Bu tələbələrə azərbaycanlı mütəxəssislərlə
yanaşı, müxtəlif
ölkələrdən professorlar
– BBMM-in Lissabon nümayəndəliyinin
rəhbəri, Lusofona
Universitetinin beynəlxalq
əlaqələr departamentinin
direktoru Teresa Damasio, Beynəlxalq Türk Akademiyasının prezidenti
Darxan Kıdırali, Ardahan Universitetinin rektoru, Qafqaz Universitetləri Birliyinin rəhbəri Ramazan Qorxmaz, BBMM-in Drezden filialının icraçı
direktoru Birgit Vaysberger,
Litva Pedaqoji Universitetinin alimi Vidas Kavaliauskas, “Xudojestvennaə literatura” nəşriyyatının baş
redaktoru G.V.Pryaxin, Moskva Açıq Təhsil İnstitutunun
UNESCO beynəlxalq təhsil
və miqrant uşaqların məktəbə
inteqrasiyası kafedrasının
müdiri Y.A.Qoryaçev
kimi tanınmış
alimlər mühazirələr
oxuyacaqlar. “İnanırıq
ki, xarici dostlarımızı Azərbaycanda
– Bakıda, Qubada, Xaçmazda, Qusarda keçiriləcək Beynəlxalq
Multikulturalizm qış
məktəbində bol
sevgi, əsl dostluq, sevinc dolu günlər, yaddaqalan müsabiqələr,
mənalı və intellektual görüşlər
gözləyir”, - deyə
o əlavə edib.
H.Babayev qeyd edib ki, Beynəlxalq Multikulturalizm qış məktəbinin proqramı çox zəngindir. Fevralın 8-də Bakı Slavyan Universitetində açılışı olacaq qış məktəbi ərzində tələbələrin Fəxri və Şəhidlər xiyabanlarını, Heydər məscidini, Bakıda yerləşən ibadət evlərini, Qubada və Qusarda ümummilli lider Heydər Əliyevin abidəsini, Quba Soyqırımı Memorialını ziyarət edəcəkləri nəzərdə tutulub. Qış məktəbi iştirakçılarının Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universiteti, Bilik Fondu, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı və Milli Azərbaycan Tarixi muzeyləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Heydər Əliyev Mərkəzi, Muğam Mərkəzi, Milli Olimpiya Komitəsi, Bakı Əyləncə Mərkəzi, Xaçmaz Rayon Tarix Diyarşünaslıq Muzeyi və Qubadakı Qırmızı Qəsəbədə maraqlı görüşləri planlaşdırılıb. Qış məktəbi boyu tələbələrin Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, Milli Məclisin komitə sədri, akademik Rafael Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlinski, Azərbaycan Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayev, Üzeyir Hacıbəyovun ev muzeyinin direktoru, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının Dövlət Rəqs Ansamblının rəhbəri, xalq artisti Afaq Məlikova, eləcə də digər rəsmi şəxslər və incəsənət xadimləri ilə görüşləri gözlənilir. Qış məktəbinin tədris hissəsində “Almaniya multikulturalizminin aktual məsələləri və Azərbaycan təcrübəsi”, “Qafqaz Albaniyası Azərbaycan multikulturalizminin tarixi köklərindən biri kimi”, “Rusiyanın təhsil sistemində multikulturalizm məsələləri”, “Türkdilli ölkələrdə multikulturalizm siyasəti”, “Yeni dünya nizamı və multikulturalizm”, “Cənubi Qafqazda geosiyasi vəziyyət” mövzularında mühazirələr dinləniləcək. Həmçinin “Dünya təcrübəsində multikulturalizm modelləri” mövzusunda “dəyirmi masa” təşkil ediləcək. Tədrislə yanaşı, tələbələrin istirahət saatlarının səmərəli təşkili də yüksək səviyyədə həyata keçiriləcək.
Qış məktəbinin rəsmi
bağlanış mərasimi fevralın 15-də
Bakıdakı “Modern” oteldə olacaq.
Yeni Azərbaycan.-
2016.- 3 fevral.- S.7