Ölkəmizi dünyada layiqincə təmsil etməyə qadir olan Azərbaycan gəncliyi
yetişib
Şahin İsmayılov: İstənilən sahədə Azərbaycan gənci öz dövlətinin bayrağını şərəflə dalğalandırmaq gücündədir
Müsahibimiz Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılovdur:
- Şahin müəllim, bu günlər ölkəmizdə 2 fevral - Gənclər Günü geniş qeyd olundu. Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti haqqında fikirlərinizi bilmək istərdik.
- 2 fevral - Gənclər Günü Azərbaycan gəncliyinin bayram günüdür. Artıq 20 ildir ki, ölkəmizdə yetişən gənclər bu bayramı qeyd edir. Uzaqgörənliyi ilə Azərbaycan gənclər siyasətinin əsasını qoyan Ulu öndər Heydər Əliyevin gənclərimizə bəxş etdiyi bu gün hər il yüksək əhval-ruhiyyə ilə qeyd edilir.
Əsası məhz 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması ilə qoyulmuş və 1996-cı il 2 fevral tarixində keçirilmiş ilk Gənclər Forumunda möhkəmləndirilmiş Azərbaycan gənclər siyasəti keçən 20 il ərzində böyük uğurlarla müşayiət olunub. Ulu öndərin gənclər sahəsində atdığı qərarlı addımlar Azərbaycanın gələcəyi üçün görülən əvəzsiz bir iş idi. Ümummilli liderin gənclər üçün gördüyü işləri, əlbəttə ki, cənab Prezident İlham Əliyev böyük səy və uğurla davam etdirdi. Gənclər siyasəti xətti dövlətin siyasi kursunda prioritetə çevrildi. Bir-birinin ardınca gənclərlə bağlı qanunlar, qərarlar, proqramlar qəbul olundu. Keçən müddətdə 8 dəfə Gənclər Forumu keçirildi. Gənclərin potensiallarının dəyərləndirilməsi, onların sosial rifah halının yaxşılaşdırılması, yaradıcılıq və idman bacarıqlarının dəstəklənməsi, təlim-tərbiyəsi, yaxşı vətəndaş kimi yetişdirilməsi, keyfiyyətli təhsil almaları, sağlam həyat tərzinin təbliği istiqamətində xeyli işlər görüldü. Cənab Prezidentin 2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramı”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu kimi digər sənədləri imzalaması gənclərimizə verilən dəyərin bariz nümunələridir. Cənab Prezidentin növbəti mühüm addımı 2007-ci ili Azərbaycanda “Gənclər ili” elan etməsi oldu.
- Qeyd etdiniz ki, gənclərlə əlaqədar bir sıra dövlət proqramları qəbul olunub. Sizcə, Dövlət proqramları nə kimi nəticələr verir?
- Qəbul olunan Dövlət proqramlarında öz əksini tapmış müddəaların icrası, ümumilikdə Azərbaycan gənclərinin fəallaşması, onların ictimai aktivliyinin və eyni zamanda, gənclər təşkilatlarının işinin səmərəliliyinin artması ilə nəticələndi. Bu gün gənclər təşkilatlarının gəncliyimizin inkişafına yönəldilmiş fəaliyyəti, təşəbbüs və layihələri dövlət tərəfindən böyük dəstək görür. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təsis edilməsini xüsusi vurğulamaq lazımdır.
Yürüdülən uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə millətinə, xalqına faydalı olan, milli-mənəvi dəyərlərimizə sadiq, Ulu öndərimizin azərbaycançılıq ideyasını davam və inkişaf etdirən, bilikli, bacarıqlı və dünyada ölkəmizi layiqincə təmsil etməyə qadir olan Azərbaycan gəncliyi yetişib. Gənclərimiz ölkənin iqtisadi, siyasi, elmi həyatında öz sözlərini deyir və əməli işləri ilə bunu təsdiqləyirlər. Azərbaycanı dünyanın bir çox ölkələrində təmsil edən, haqq səsimizi dünya ictimaiyyətinə çatdıran və Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə səylə çalışan gənclərimiz var. Onlar Ali Baş Komandanımızın yürütdüyü siyasətə hərtərəfli dəstək olurlar.
- Ümumiyyətlə, müasir Azərbaycan gəncini necə xarakterizə edərdiniz?
- Müasir Azərbaycan gənci ölkə daxilində və dünyada baş verən prosesləri izləməklə yanaşı, onları analiz edir, düzgün nəticələr çıxarır, hətta qlobal problemlərin həlli istiqamətində fikir və mülahizələr yürüdür. Azərbaycan gənci bu gün dünyanın bir sıra ali orqanlarında kifayət qədər uğurla ölkəsini təmsil edir. Bu təmsilçiliyi ictimai-siyasi, təhsil, idman, səhiyyə və sair sahələrdə görmək mümkündür. İstənilən sahədə Azərbaycan gənci öz dövlətinin bayrağını şərəflə dalğalandırmaq gücündədir. Dünyanın ən müxtəlif elmi-mədəni mərkəzlərinə fikir versək, mütləq orada bir Azərbaycan gəncini görə bilərik. Azərbaycan gəncinin siması artıq çoxsaylı xarici dil bilən, intellektual, informasiya və kommunikasiya texnologiyaları sahəsindəki yenilikləri dərindən mənimsəyən, analitik düşüncəli, azərbaycanlı olduğunu heç zaman unutmayan bir şəxs kimi xatırlanır.
- Ölkə Prezidenti tərəfindən 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Sizcə, multikulturalizmin,
tolerantlığın, bütövlükdə
bəşəri dəyərlərin
qorunub saxlanmasında Azərbaycan gəncinin rolu nədən ibarətdir?
- Cənab Prezident İlham Əliyevin
2016-cı ili Azərbaycanda “Multikulturalizm
ili” elan etməsi heç də təsadüfi deyil. Uzun illərdir ölkəmizdə
xalqların milli birliyi, ən müxtəlif dinlərin vəhdəti mövcuddur.
Ölkə başçısının da qeyd etdiyi
kimi, multikulturalizm, tolerantlıq Azərbaycanın
həyat tərzidir.
Məhz bu kimi səbəblərdən
irəli gələrək,
cari il
“Multikulturalizm ili” elan olundu. Mən və
rəhbərlik etdiyim
təşkilat üzvləri
xaricdə səfərlərdə
olarkən həmin ölkələrin təmsilçiləri
Azərbaycanın multikultural
ölkə olmasından,
tolerantlıq nümunəsi
sayılmasından sevə-sevə
söhbət açıblar.
Eyni zamanda, biz gənclər də ölkəmizdəki bu dəyərlərin təbliği
istiqamətində iş
aparmışıq və
aparırıq da. Təbii olaraq nəsillərin mübadiləsi prosesi baş verir. Azərbaycan gəncləri multikultural dəyərlərin, tolerantlıq
ənənələrinin davam
etdirilməsi istiqamətində
əməli işlər
görməkdə hər
zaman maraqlıdırlar.
Azərbaycan gəncində dini
dözümsüzlük, radikallıq,
digər xalqlara qarşı aqressiya yoxdur. Bu, əsrlərdən
keçib bizlərə
gələn tarixi missiyadır. Ata-babalarımız bu adət-ənənəni, yaşam
tərzini qoruyub saxlayıb bizlərə çatdırıblar. Bizim də
borcumuz onu qoruyub gələcək nəsillərə ərməğan
etməkdir.
Əlbəttə, sadaladıqlarımız 20 il ərzində
görülən işlərdir.
Ancaq “Gənclər bizim gələcəyimizdir” prinsipi
dövlətimizin yürütdüyü
gənclər siyasətinin
ana xəttini təşkil edir. Bu fikri cənab
Prezidentin 29 yanvar tarixində bir qrup gənclə növbəti dəfə görüşməsi bir
daha təsdiq etdi. Görüşdən belə bir qənaətə gəldik
ki, Azərbaycan gənclər siyasəti eyni templə davam etdiriləcək və gənclər siyasəti dövlətin prioriteti olaraq qalacaqdır.
Bu, o deməkdir ki, hələ görüləcək
çox iş var, siyasi kursun
davam etdirilməsində
hər bir gəncin öz rolu və yeri
var. Hər bir Azərbaycan gənci öz xoşbəxt gələcəyi üçün
üzərinə düşən
məsuliyyəti dərk
etməlidir.
- Şahin müəllim, rəhbərlik etdiyiniz Azərbaycan Tələbə
Gənclər Təşkilatları
İttifaqının (ATGTİ) fəaliyyəti haqqında
da məlumat verməyinizi xahiş edirik...
- 30 min gənci ətrafında birləşdirən, tərkibinə
109 təhsil müəssisəsinin
tələbə özünüidarəetmə
orqanı olan Tələbə Gənclər
Təşkilatı daxil
olan Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqı
da dövlət gənclər yararlanıb.
Yeni Azərbaycan.-
2016.- 3 fevral.- S.6