Nərimanov rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib

 

Dünən Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2015-ci ilin yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclası keçirilib. Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.

Rayonun rəhbərliyi, Milli Məclisin deputatları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari il yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı Öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib. A.Fərzəliyev hesabat məruzəsində tədbir iştirakçılarının diqqətini rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə müvafiq dövr ərzində görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə və qarşıda duran vəzifələrə yönəldərək respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyünübu işlərin hazırda da uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Rayonda sənayenin əsas iqtisadi göstəriciləri barədə ətraflı məlumat verən icra başçısı ötən ilin yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafının davam etdirildiyinibu müddət ərzində xidmətlər də daxil olmaqla 2 milyard 359 milyon manatlıq məhsul istehsal olunduğunu, 2014-cü ilə nisbətən 94,9 faiz artım əldə edildiyini, istehlakçılara 2 milyard 348,4 milyon manatlıq və ya bütün sənaye məhsulunun 99,5 faizi qədər sənaye məhsulu göndərildiyini, həmçinin istehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisinin 88,7 faiz təşkil etdiyini, yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 3996 daimi yerinin yaradıldığını vurğulayıb. A.Fərzəliyev ilk Avropa Oyunlarının keçirilməsinə hazırlıqla əlaqədar ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrasının uğurla həyata keçirildiyini nəzərə çatdıraraq, ilk növbədə artıq şəhərimizin ən gözəl prospektlərindən birinə çevrilən Ziya Bünyadov prospektinin uzunluğu 15 km olan hissəsində yaşayış və qeyri-yaşayış binalarının fasadları və dam örtüklərinin yenidən qurulduğunu, yeni inşa olunan Olimpiya Stadionunun ətrafında sahəsi 15 hektar olan yamacda yaşıllıqların, həmçinin Böyük Şor gölü ətrafında Olimpiya Stadionuna yaxın ərazidə yeni bulvar zolağının və rayonun Heydər Əliyev prospekti ilə İ.Həsənoğlu küçəsinin kəsişməsində yeni parkın salındığını, eyni zamanda, paytaxtımızın giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq, istismar müddətini keçmişsökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 ədəd yaşayış binasının tikintisinin yüksək keyfiyyətlə davam etdirilərək həmin binaların yaxın müddətdə sakinlərin istifadəsinə veriləcəyini qeyd edib.

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 193 nömrəli tam orta məktəbdə yeni aktidman zallarının tikintisinin başa çatdırıldığını qeyd edən natiq hal-hazırda Elmi Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunda, Respublika Uşaq Reabilitasiya Mərkəzində, 21 saylı musiqi məktəbində əsaslı təmir işlərinin davam etdirilərək, bir sıra təhsil müəssisələrində mütəmadi olaraq cari təmir işlərinin aparıldığını əlavə edib.

A.Fərzəliyev hesabat dövründə rayonda gözdən əlillərin kompakt yaşadığı ərazidə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə açılışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən gözdən əlillər üçün 132 mənzildən ibarət yeni binanın istifadəyə verilməsinin əlilliyi və sosial qayğıya ehtiyacı olan insanlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu xüsusi vurğulayıb. Eyni zamanda, ötən dövr ərzində rayon rəhbərliyi tərəfindən 2529 nəfər vətəndaşın iştirakı ilə keçirilmiş 26 səyyar görüş və qəbullar zamanı edilən 239 müraciətdən 229-nun (96 %) öz müsbət həllini tapdığı, 10-nun isə (4%) nəzarətə götürüldüyü nəzərə çatdırılıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev ölkə həyatının bütün sahələrində həyata keçirilən islahatlar və əldə olunmuş uğurlar barədə danışaraq, hesabat dövründə rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri yüksək dəyərləndirib, geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirib, həmçinin Nərimanov rayonunun ölkəmizin bütün sahələrdə inkişafına bundan sonra da yeni töhfələr verəcəyinə əminliyini deyib. T.Tağıyev əldə olunmuş bütün uğur və nailiyyətlərin dövlətimizin başçısının həyata keçirdiyi ardıcıl və köklü islahatların, uğurlu siyasətin məntiqi nəticəsi olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev ötən ilin ölkəmiz üçün uğurlu olduğunu deyib. O qeyd edib ki, dünya ölkələrində baş verən böhran fonunda Azərbaycan inkişaf baxımından ən yüksək göstəricilərə malik olan dövlətlərdən biridir. A.Əliyev bildirib ki, Azərbaycan nəinki regionda, Şərqi Avropa məkanında ən inkişaf edən ölkədir. Onun sözlərinə görə, bu, ölkəmizdə uğurlu siyasətin həyata keçirilməsinin nəticəsidir. “Azərbaycan geostrateji baxımdan mühüm bir məkanda yerləşir. Ona görə də bəzi beynəlxalq güclər ölkəmizin inkişafını istəmirlər. Bu səbəbdən də Azərbaycanın uğurlarına kölgə salmaq üçün kampaniya aparırlar. Neftin qiymətinin ucuzlaşmasından sonra bu qüvvələr daha “həvəsli” görünürlər. Amma onların sevinməsinə ehtiyac yoxdur. Azərbaycan bu sınaqdan da uğurla çıxacaq. Ölkəmizdə yeni mərhələdə islahatlar həyata keçirilir ki, bu da tezliklə müsbət nəticələr verəcək”, - deyə A.Əliyev vurğulayıb. Millət vəkili Nərimanov rayonunda görülən işləri də müsbət qiymətləndirib.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında Azərbaycanda mövcud olan sabitliyin möhkəm əsaslar üzərində qurulduğunu bildirib. O qeyd edib ki, bu faktorun əsasında Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasi kursbu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Millət vəkili deyib ki, 2008-ci ildən dünyada, Avropada başlayan böhran indi Azərbaycan iqtisadiyyatına müəyyən təsir göstərir. Onun sözlərinə görə, yaranmış şərait Azərbaycan iqtisadiyyatının rəqabət və müqavimətqabiliyyətli olduğunu sübuta yetirdi. “Bir daha aşkar oldu ki, milli resursları səfərbər etməklə yeni iqtisadi münasibətlərin daha effektiv və keyfiyyətli şəkildə təşkil olunması üçün şərait var. O da bəlli oldu ki, Azərbaycan vətəndaşları öz Prezidentinin yanındadır və dövlət başçısının qəbul etdiyi qərarları dəstəkləyirlər. Faktlara diqqət yetirsək, görərik ki, Azərbaycanla müqayisədə MDB məkanında neft ölkələrinin milli valyutası bir neçə dəfə devalvasiyaya uğrayıb. Təbii ki, yaranmış vəziyyət qeyri-iqtisadi faktorlarla bağlıdır. Doğrudan da, ənənəvi olaraq tarix boyu siyasət iqtisadi maraqların arxasınca gedib. Elə bu gün də belədir. Ancaq kiçik bir fərqlə. Hazırkı mərhələdə müəyyən beynəlxalq qüvvələr siyasi-hərbi qərarlar qəbul edərək faktiki olaraq xalqların, ölkələrin milli sərvətlərini talan edir. Ancaq bu tendensiya uzunmüddətli ola bilməz. Çünki inkişafın və rəqabətin məntiqinə ziddir. Ona görə də yaxın və orta perspektivdə yeni real iqtisadi-siyasi münasibətlərin formalaşması bir zərurət kimi ortaya çıxacaq”, - deyə H.Babaoğlu vurğulayıb.

Nərimanov rayonunda həyata keçirilən quruculuq işləri ilə bağlı münasibətini bildirən millət vəkili ötən il rayonda görülən işləri yüksək qiymətləndirib. O deyib ki, ötən il ərzində bir rayonda 3 milyard manata yaxın məhsul istehsal olunması, 90 abituriyentin qəbul imtahanlarında 600-dən çox bal toplaması, nəqliyyat infrastrukturunun yenilənməsi və digər görülən işlər çox təqdirəlayiqdir.

Tədbirdə həmçinin rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov, Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Mənsurə Göyüşova və Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru Vilayət İsmayılov rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Onlar dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş abadlıq və quruculuq işlərini, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması naminə görülən tədbirləri diqqətə çatdırıb və Nərimanov rayonunda hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.

Hesabat iclasının yekununda A.Fərzəliyev Nərimanov rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, əhaliyə göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə ötən ildə görülən böyük işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.

Sonda rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən şəxslərə rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2016.- 8 fevral.- S.5